23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

İP XALQI HƏRƏKATA QOŞMAQ PLANI HAZIRLAYIB

2012-02-07

Sistemli proqramda sosial şəbəkələrdə tələbələrlə xüsusi iş aparılması nəzərdə tutulub

İctimai Palata son sessiyasında “2012-ci ildə İctimai Palata fəaliyyətinin məqsəd və hədəfləri” adlı sənədi qəbul etməklə 2012-ni xalq hərəkatı ili elan edib. Bu isə ortaya suallar çıxarıb. İP xalq hərəkatını hansı resurslarla, nə ilə reallaşdırmağı planlaşdırır? Xalqı siyasi proseslərə necə, hansı siyasi üsullarla qoşacaq?

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sənədin müəlliflərindən biri Pənah Hüseyn bildirdi ki, 2012-ci ili köklü demokratik dəyişikliklər ili elan edib. Bu köklü dəyişikliklər ili də konkret olaraq “Demokratiyaya keçidin Yol Xəritəsi”ndə nəzərdə tutulan islahatlar proqramı şəklində ortaya qoyulub. Eyni zamanda köklü demokratik dəyişikliklər azadlıqlar və ədalət uğrunda dinc, ardıcıl çoxsaylı kütləvi aksiyalar formasında ümumxalq etiraz hərəkatının başlanması, hazırlanması, təşkili və həyata keçirilməsi 2012-ci ildə İctimai Palatanın fəaliyyətinin başlıca hədəfini təşkil edir: “O cümlədən prioritet vəzifə kimi 2012-ci ildə kütləvi aksiyaların keçirilməsi istiqaməti elan olunub. Bunun üçün kütləvi aksiyalar ideyasının təbliği, aksiyaların ideoloji, psixoloji, siyasi, təşkilati və texniki əsaslarının yaradılması, o cümlədən ərazi və təşkilatlar üzrə strukturlaşdırılmış, mərkəzləşdirilmiş mitinq komitələrinin yaradılması sənəddə istiqamətlərin içərisində yarımistiqamətlər kimi nəzərdə tutulur. O ki qaldı konkret olaraq bu ildə prioritet istiqamət kimi kütləvi hərəkatın elan olunmasının nəyə əsaslanmasına, bu, Azərbaycan cəmiyyətinin bir tərəfdən köklü demokratik dəyişikliklər tələbinin güclənməsi, ikincisi isə avtoritar idarəçilik rejimindən narazılığının kəskin şəkildə artması ilə əlaqələndirilir. Hesab edirik ki, bu, sosial tələbin və narazılığın siyasi, təşkilati ifadəsi kimi İctimai Palatanın özünün istər tərəfdarlarının sayı, istər təşkilati mexanizmlərinin indiki səviyyəsi imkan verir ki, sistemli şəkildə bu iş qurulsun və həyata keçirilsin. O baxımdan, qarşıya qoyulan hədəfə yerinə yetirilməsi mümkün olan bir vəzifə kimi baxırıq. İstinad nöqtəsi əlbəttə ki, ilk növbədə İctimai Palatanın üzvləri və yerli şöbələri olacaq”.
Xalqı prosesə hansı üsullarla qoşmağa gəlincə, P.Hüseyn İctimai Palatanın bu istiqamətdə də proqramının olduğunu dedi: “İctimai Palatanın qəbul elədiyi fəaliyyət planı kompleks proqramdır, sistemli şəkildə bir-biri ilə bağlıdır. Proqramda 12 istiqamət nəzərdə tutulur ki, bunların içərisində milli demokratik qüvvələrin birliyinə nail olmaq önə çəkilir. Digər tərəfdən isə indiki rejimə qarşı çıxış eləyən bütün qüvvələrin birliyinə nail olmaq vəzifəsi qarşıya qoyulub. Bunlar bir-biri ilə bağlı olsa da, həm də fərqli çərçivələri olan məsələlərdir. Bu istiqamətdə ciddi təbliğati, təşkilati işlərin görülməsi və həyata keçirilməsi nəzərdə tutulur. İkincisi, gəncləri kütləvi şəkildə prosesə cəlb etmək proqramda əksini tapır. Hər bir ictimai-siyasi köklü dəyişikliklərin əsas hərəkətverici qüvvəsini gənclik təşkil edir. O baxımdan da demokratik qüvvələrin birliyi ilə yanaşı gənclər hərəkatları ilə aparılan iş və konkret olaraq İctimai Palatanın özünün gənclik qollarının möhkəmlənməsi, fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. O cümlədən gəncliyin əsas mütəşəkkil şəkildə mövcud olduğu tələbə gəncliyin rolunun artırılması, prosesə cəlb edilməsi də proqramda nəzərdə tutulur. İstər ənənəvi təşkilatlanma, istər müasir təşkilatlanma forması olan sosial şəbəkələr formasında təşkilatlanma həqiqətən çox ciddi mərhələyə çatmaqdadır. Sosial şəbəkələrdə gənclərlə ciddi iş aparılacaq. Kütləvi hərəkatın hazırlanmasında bunun müsbət təsiri olacaq”.
Həmsöhbətimizin sözlərinə görə, İctimai Palatanın özünün kölgə idarəçilik strukturunun bütün iearxiyalar üzrə yaradılması məsələsi də bu işə xidmət edəcək: “Çünki aparılan hesablamalar göstərir ki, kölgə idarəçilik strukturunun aşağılardan başlayaraq yuxarılara qədər qurulması təxminən 50 min nəfərin bu şəbəkəyə cəlb edilməsini nəzərdə tutur ki, bunların da çoxu potensial kütləvi hərəkatın iştirakçılarıdır. Vətəndaşların mülkiyyət, sosial hüquqları ilə bağlı müdafiə işi də proqramda bu məqsədə də xidmət edir. Bir sözlə, biz bir-biri ilə sıx əlaqədə olan, bir-birini stimullaşdıran bir sistemli fəaliyyəti həyata keçməyi planlaşdırırıq. Bunun nəticələri dinc, kütləvi xalq hərəkatının yaranmasına imkan verəcək”.

Etibar SEYİDAĞA

711 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008