23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

YAP-çı DEPUTATIN TƏHQİRLƏRİNƏ ZİYALILARDAN SƏRT TƏPKİ GƏLDİ

2012-02-07

Siyavuş Novruzov: “Ziyalılar Forumunun üzvləri fərarilərdir”
Eldar Namazov: “Aristotel və Lütfi Zadə məntiqi ilə yanaşı, bir Siyavuş Novruzov məntiqi də var”
Aslan İsmayılov: “Mən ölkəni dağıtmaqda, alçaltmaqda Siyavuş Novruzov kimilərə çata bilmərəm”

“Ziyalılar Forumu qeyri-qanuni bir şeydir, özlərini ”ziyalı" adlandıranların bir toplantısıdır. Bu bir qrup adam vaxtilə - Azərbaycanın qlobal problemləri olan dövrdə Azərbaycanı qoyub qaçan, ölkəmiz haqqında bir dənə də olsun dəyərli məqalə verməyən adamlardır. Gətirib bir dənə məqalə göstərsinlər ki, ermənilərə qarşı bir yazı yazıblar. Vaxtilə erməni ziyalıları Dağlıq Qarabağla bağlı mübarizə aparanda bunlar Moskva restoranlarında yeyib-içirdilər. İndi də gəlib özlərini ziyalı adlandırırlar". Bu açıqlama Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzova məxsusdur (APA).

O, Ziyalılar Forumunda təmsil olunan şəxsləri “fərari ziyalılar” adlandırıb: ““Əsgərlikdən qaçan əsgərlə Vətəni dar gündə qoyub qaçan ziyalının heç bir fərqi yoxdur. Hansı ki, həmin ağır illərdən sonra Azərbaycanda islahatlar aparıldı, ictimai-siyasi stabillik yarandı, ölkədə hərtərəfli inkişaf getdi. Yalnız bundan sonra bu adamların yadına düşdü ki, ziyalıdırlar. Ziyalı kiminsə dostu olmaq, yaxud elmi titula malik olmaq demək deyil. Ola bilər ki, bir adam yaxşı rejissor olsun, amma heç bir insani keyfiyyəti olmasın. Beləsi ziyalı hesab oluna bilməz. Yaxud hansısa alim Vətəni, milləti ilə bağlı heç nə etməyibsə, ziyalı sayıla bilməz. Ziyalılar Forumuna yığışanlar hansısa işi düz gətirməyənlər, yaxud özünün şəxsi problemləri həll olunmayan şəxslərdir. Guya Azərbaycan gəncliyi ilə bağlı məsələ qaldırırlar, müraciət edirlər... Azərbaycan dövləti ölkə gəncliyi üçün kifayət qədər addım atıb. Deyirlər ki, guya gənclərin problemi ilə məşğul oluruq. Bəs indiyə qədər harada idiniz? Rüstəm İbrahimbəyov indiyə qədər imkanlarından istifadə edərək neçə gənci Rusiyanın incəsənət, rejissorluq fakültələrində oxudub, yaxud oxumağa göndərib, kömək edib? Bir nəfərin adını çəksin. Çəkə bilməz, çünki etməyib. Rafiq Əliyev deyir Lütfi Zadə ilə dostam. Halbuki Lütfi Zadədən istifadə edərək ABŞ-da, digər ölkələrdə uşaqlarını oxutdurub. Öz övladlarından başqa heç kimin oxumağına kömək etməyib".
S.Novruzov Ziyalılar Forumunun sabiq üzvü, vəkil Aslan İsmayılovu da sərt tənqid edib: “Dağıstanın hansısa ali məktəbinin filialını bitirib, deyir, mən həyat tarixi keçmişəm. Aslan İsmayılov deyir bunu... Axı sən nə həyat keçmisən? Sən Gürcüstan vətəndaşı olmusan. Yaxşı hüquqşünas olsaydın, Moskva Dövlət Universitetində, yaxud Leninqradda oxuyardın. Ən azından Tiflis Dövlət Universitetini bitirərdin. Şimali Qafqazda hansısa məlum olmayan bir institut qurtarıb gəlib deyirsən ki, həyat yolu keçmişəm. Sən Azərbaycanda 20 ildir özünə iş tapa bilmirsən, nə həyat yolu keçəcəksən?”
Eldar NamazovZiyalılar Forumunun üzvü Eldar Namazov isə teleqraf.az-a açıqlamasında bildirib ki, Ziyalılar Forumuna qarşı bu tipli məntiqə, reallığa, həqiqətə sığmayan bəyanatları, bəsit fikirləri daimi şərh etmək, ona vaxt sərf etməyə lüzum görmür: “Bir müddət əvvəl də Siyavuş Novruzov buna bənzər ittihamlarla çıxış etmişdi. Həmin ittihamda belə bir ifadə vardı ki, Rafiq Əliyev Əbdürrəhman Vəzirovun dövründə vəzifədə olub. Onun harası ziyalıdır”.
E.Namazov qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ziyalılar bir araya gələrkən bu tipli yanaşmalar da müzakirə mövzularından biri olub: “Onda mən Rafiq müəllimə dedim ki, siz tez-tez müsahibələrinizdə iki məntiqdən - Aristotel və Lütfi Zadə məntiqindən danışırsınız. Qeyri-səlis məntiq nəzəriyyəsindən danışanda Rafiq müəllim tez-tez bu ifadələrdən istifadə edir. Rafiq müəllimə dedim ki, mən bu fikirlərlə razı deyiləm. Ən azı Azərbaycanda Aristotel və Lütfi Zadə məntiqi ilə yanaşı, bir Siyavuş Novruzov məntiqi də var. Ona görə ki, ”Rafiq müəllim Vəzirov dövründə vəzifədə çalışıb, onun harası ziyalıdır" fikrini nə Aristotel məntiqi, nə də Lütfi Zadə məntiqi ilə izah etmək mümkündür. Ziyalılar bu fikirlərə xeyli güldülər. Rafiq müəllim dedi ki, mən Eldarın bu qeydi ilə razıyam. Doğrudan da üç məntiqdən söhbət getməlidir, iki məntiqlə hər şeyi izah etmək mümkün deyil".
Hüquqşünas Aslan İsmayılov Siyavuş Novruzovun onun haqqında dediklərinə sərt cavab verib. A.İsmayılov “Yeni Müsavat”a verdiyi açıqlamada “Aslan İsmayılovun kim olduğunu, həyat yolunun nədən ibarət olduğunu dərk etməyə Siyavuş Novruzovun ağlı çatmaz” deyə qeyd etdi: Aslan İsmayılov“Mən orta məktəbi Azərbaycan dilində bitirib, o dönəmdə SSRİ-də ən güclü hüquq fakültəsi olan Kuban Dövlət Universitetində (Krasnodar şəhərində) hüquq təhsili almışam. Bu universitetin tarixində yeganə qafqazlı olaraq hüquq fakültəsini qırmızı diplomla bitirmişəm. Təhsilimi başa vurduğum il də Stavropol vilayətinin Neftekumsk rayonuna hakim işləməyə göndərilmişəm. Sonra Andropov rayonunda hakim işləmişəm. 1986-89-cu illərdə SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosunun, o cümlədən Qorbaçovun bağı yerləşən Zelençuk royununun məhkəmə sədri olmuşam. Kislovodsk, Yessentuki, Pyatiqorsk şəhərlərinin məhkəmə sədrləri bura vəzifəyə gəlməyə can atırdı. 1989-cu ildə Azərbaycana gəlib burada Respublika Prokurorluğunda çalışmışam. 1993-94-cü illərdə Heydər Əliyevin yanında - Prezident Aparatında baş məsləhətçi işləmişəm. 93-cü ilin avqustunda Milli Məclisdə Rəhim Qazıyev Heydər Əliyevi təhqir edəndə, Siyavuş Novruzov kimi YAP-çılar hamısı siçan deşiyində gizlənəndə onu yeganə müdafiə edən mən olmuşam. 1996-cı ildə Budapeştdə Mərkəzi Avropa Universitetində oxumuşam. 2000-2002-ci illər ərzində Varşavada, Strasburqda, Vyanada, Jenevada, beynəlxalq insan haqları üzrə ali kursları bitirmişəm. Dəfələrlə Avropa Şurasının Strasburq ofisində, ATƏT-in Varşava, Vyana ofislərində, BMT-nin Jeneva, Nyu York ofislərində çıxışlarım olub. Amerikanın Kolumbiya, Pitzburq, Fordom universitetlərində mühazirələr etmişəm. Bir çox beynəlxalq nüfuzlu qurumların - Karneqi, Nelson Ledski fondlarının, "Azadlıq Radiosu"nun ofislərində, Amerika Ali Məhkəməsində, Nyu York Ali Məhkəməsində - Siyavuş Novruzovu onların qapısından içəri buraxmazlar - çıxışlarım olub. Eyni zamanda fəlsəfə doktoruyam. Novruzov deyir ki, Aslan İsmayılov 20 ildir özünə vəzifə tapa bilmir. Heyf ki, onda hüquqşünas diplomu var, amma hüquqşünas ağlı yoxdur. Olsaydı bilərdi ki, bütün dünyada hüquqi savadı olmadan istənilən vəzifədə işləmək olar, hətta Azərbaycan hakimiyyətində ən ağılsız adam nazir də işləyə bilər, amma ağlı, savadı olmayan adam vəkil işləyə bilməz. Onun ağlı, dünyadan xəbəri yoxdur bilə ki, hüquq təhsili olan adamlar üçün ən prestijli peşə vəkillikdir. Bundan başqa, Novruzovun rəhbərləri mənə hüquq-mühafizə sistemində ən yüksək vəzifə tutmağı təklif ediblər. Mənim Sumqayıt hadisələri ilə bağlı gördüyüm işləri, Sumqayıt faciəsi haqda kitabımla həyata keçirdiklərimi Azərbaycan üçün bütün YAP-çılar eləməyiblər. Bunlar ölkəni ancaq dağıtmaqda usta olublar. Mən ölkəni dağıtmaqda, alçaltmaqda Siyavuş Novruzov kimilərə çata bilmərəm. Mənim də, Siyavuş Novruzovun da həm zahiri görünüşümüzü, həm də danışıq qabiliyyətimizi ölkə vətəndaşları görüblər. Oxucular müəyyən etsin ki, ikimizdən hansımız daun xəstəsinə oxşayırıq. Yazıq o siyasətə ki, orada Siyavuş Novruzovun adı var. Əgər onun siyasətdən anlayışı olsaydı, qəzet, kitab oxusaydı bilərdi ki, mən artıq bir aydan çoxdur Ziyalılar Forumunda yoxam. Bundan da məlumatsızdır. Aydınlıq üçün deyim ki, mənim bir oğlum Amerikada oxuyub, təhsilini başa vurduqdan sonra ölkəyə qayıdıb, hərbi xidmətini başa vurub, amma sonra burada iş tapa bilmədiyi üçün xaricə gedib orada iş tapıb çalışır. Digər oğlum isə BDU-nu bitirdi, hərbi xidmətə getdi, bunun ardınca Almaniyada təhsilini davam etdirir. Övladlarımın təhsil almasında mənim hansısa bir rolum olmayıb, öz savadları ilə oxuyublar. Siyavuş Novruzov kimilərin Aslan İsmayılova qiymət verməyə ağlı çatmaz".

Elşad MƏMMƏDLİ

4378 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008