|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Yaxınları vicdan məhbusları Tural Abbaslı və Əhəd Məmmədli ilə görüşüb. Bu barədə “Yeni Müsavat”a məlumatı T.Abbaslının anası Başxanım Abbasova deyib. B.Abbasovanın sözlərinə görə, oğlunun ciddi narazılığı yoxdur: “Turalın şikayəti yoxdur. Hər kəsə salam göndərdi. Onu müdafiə edənlərə təşəkkürünü bildirdi. Eyni zamanda dünyanın ən nüfuzlu təşkilatı olan ”Amnesty İnternationalın" onlarla bağlı başlatdığı kampaniyaya görə təşkilata da minnətdarlığını bildirdi". Ə.Məmmədlinin bibisi Ruqiyə Məmmədova isə bildirdi ki, vicdan məhbusunun saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsində vəziyyət acınacaqlıdır: “Əhədin saxlanma şəraiti ağırdır. Saxlandığı yerdə istilik sistemi yoxdur. Yer rütubətlidir, yataq dəstləri yaş vəziyyətdə olur. Məhbusların arasında vərəm xəstələri də var. Ventilyasiya sistemi də yoxdur. Əhədin çarpayısı pəncərənin qarşısında yerləşir. Pəncərənin də şüşələri qırıq olduğundan qar demək olar ki, Əhədin üstünə yağır. Buna görə də onun səhhətində problemlər başlayıb. Hətta Əhədə tibbi yardım da göstərilir. Əgər bu şəraitdə çox saxlanılsa, Əhədin səhhəti daha da ağırlaşacaq. Yorğan, döşəyi suyun içində idi. Hətta cəzaçəkmə müəssisəsində su problemi var. Məhbuslar qarı əridib su kimi istifadə edirlər. Son iki həftədə isə hamam işləməyib. Antisanitariya baş alıb gedir”. Elmin BƏDƏLOV 362 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB |
| Yeni MÜSAVAT © 2008 |
|