23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

“BİZ “EUROVİSİON”a KİMİ ÇOX CİDDİ AKSİYALAR KEÇİRƏCƏYİK”

2012-02-08

İctimai Palata vicdan məhbusları ilə bağlı xüsusi toplantı keçirdi
İsa Qəmbər: “Hakimiyyətin dəyişikliklər etmək fikri olmasa da, dəyişikliklər olacaq”
Əli Kərimli: “İndi Səməd Seyidovu qabağa verərək cəmiyyəti arxayınlaşdırırlar ki, vicdan məhbusları martda azad olunacaq”

7 fevralda Müsavat Partiyasının qərargahında İctimai Palata vicdan məhbusları ilə bağlı dəyirmi masa keçirdi. Təşkil olunmuş xüsusi tədbirdə vəkillər, ziyalılar, siyasətçilər, media təmsilçiləri iştirak edirdilər. Dəyirmi masada vicdan məhbuslarının durumu, onların azad olunması istiqamətində həyata keçirilən işlər və atılmalı olan addımlar müzakirəyə çıxarıldı. Dəyirmi masa iştirakçıları çıxışları zamanı hakimiyyətə vicdan məhbuslarını dərhal azad etmək üçün müraciət etdilər.

Tədbiri giriş sözü ilə İctimai Palata KŞ üzvü Mehriban Vəzir açdı. O, tədbir iştirakçılarına təşəkkür etdi ki, belə bir havada gəliblər. Sonra sözü Müsavat başqanı İsa Qəmbərə verdi. İsa bəy çıxışı zamanı dəyirmi masanın mahiyyəti barədə tədbir iştirakçılarına məlumat verdi: “Hər kəsə bəllidir ki, bizim üçün ən önəmli hadisələrdən biri həbsdə olan dostlarımızın, silahdaşlarımızın məsələsidir. Əvvəla, ona görə ki, dostlarımız bir ilə yaxındır ki, günahsız olaraq məhbəsdədir. İctimai Palatada təmsil olunan insanlar heç vaxt haqq yolunda, mübarizə yolunda həbs olunmuş dostlarımızın taleyinə biganə yanaşa bilməz. Eyni zamanda onların azad olunması Azərbaycanda dəyişikliklər istiqamətində birinci addım ola bilər. Hakimiyyətin dəyişikliklər etmək fikri olmasa da, dəyişikliklər labüddür və bu olacaq. Bu rejim bunu dərk etməlidir”.

İsa bəy çıxşı zamanı prezident İlham Əliyevin qatıldığı Münhen konfransı barədə də danışdı: “İlham Əliyev məlum suala verdiyi cavabla öz mahiyyətini bir daha göstərdi. Hər kəs gördü ki, o, ünvanlanan suala o qədər yüksək səviyyədə cavab verə bilmədi. Məndə yaranan təəssürat isə belə oldu, İlham Əliyevi məruzəçi kimi oraya dəvət ediblər ki, ona o sualı versinlər.

Düzdür, hakimiyyət televiziyaları sualı verən adamı elə təqdim etdilər ki, guya lazımsız biridir. Amma həmin şəxs Almaniyanın Xarici Siyasət və Təhlükəsizlik İnstitutunun direktorudur, Almaniyanın ən önəmli araşdırma mərkəzlərindən birinin rəhbəridir. Ərəb ölkələri üzrə böyük mütəxəssisdir. Qafqaz regionunda gedən ən ciddi araşdırmaların müəllifidir. Sual həqiqəti əks elətdirdiyindən, İlham Əliyev cavab verməyə çətinlik çəkdi”.

O, çıxışı zamanı “Eurovision”la bağlı da danışdı: "Bu musiqi yarışmasının biz də tərəfdarıyıq. Azərbaycan gənclərinin qələbəsini biz də təbrik etdik. Amma yaxın günlərdə dostlarımız azad edilməyəcəksə, biz “Eurovision”a kimi çox ciddi aksiyalar keçirəcəyik. Bu, həm kütləvi aksiyalar olmalıdır, həm də yaradıcı yanaşmaqla flashmoblar olmalıdır. Məhbusların olduğu, azadlıqların olmadığı barədə ölkəmizə gələn jurnalistlər artıq məlumatlıdırlar".

Daha sonra dəyirmi masada çıxış edənlərdən sabiq siyasi məhbus Mehdi Mehdiyev söz aldı. O, çıxışı zamanı vicdan məhbuları ilə bağlı konkret təkliflər irəli sürdü: “Bizlər hər birimiz məhbəsdə yatan dostlarımız üçün kampaniya aparmalı, bunu ardıcıl, dayanmadan davam etdirməliyik”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə siyasi məhbusların mübarizələrinin nəticəsində həbs olunduğunu vurğuladı: “Onların azadlığa çıxması isə bizim mübarizəmizin nəticəsindən asılı olacaq. Bizim ”Eurovision"la bağlı fikirləşdiyimiz kampaniyaları indidən aparmağımız düzgün olmazdı. Çünki bizim sözümüzü dünyaya çatdıracaq jurnalistlər hələ ölkəmizə gəlməyibsə, bizim o kampaniyaları aparmağımız bir effekt verməyəcək".

Tədbirdə çıxış edən Müsavat Məclisinin və İP-in üzvü Mustafa Hacıbəyli dedi ki, burada yalnız tədbirdən-tədbirə danışmaq yox, konkret iş görmək, dustaqların azadlığı üçün konkret və sistemli fəaliyyət lazımdır. İP üzvü, tanınmış hüquqşünas Vaqif Hacıbəyli isə əhatəli çıxışında vicdan məhbusları ilə bağlı yaranmış vəziyyətin dəqiq təhlilini verdi və təkliflər irəli sürdü.

Daha sonra çıxış edən sabiq baş nazir Pənah Hüseyn “Eurovision”la bağlı İctimai Palatanın növbədənkənar sessiyasının çağırılmasının vacibliyini qeyd etdi: “Yaxın bir ayın qrafikinə piket və flashmobların keçirilməsi ilə bağlı tədbirlərin salınması vacibdir. Hava şəraitindən aslı olmayaraq çovğunda, qarda aksiyalar keçirməliyik”.
Tədbirin yekununda isə AXCP sədri Əli Kərimli çıxış etdi: “Artıq dünya, bəşəriyyət daha bir diktator haqqında qərarını verib. Bəşər Əsəd üçün sayılı günlər qalıb. İndiyə kimi bu hakimiyyət Bəşər Əsədi müdafiə edirdi. Son proseslər isə onu göstərdi ki, artıq hakimiyyət Bəşər Əsədi müdafiə etməkdən imtina edib. Bu o deməkdir ki, dünyada barmaqla sayıla biləcək qədər az diktatorun hamısının sonu yaxınlaşır və hakimiyyət bu siyahıdan kənarlaşmaq cəhdi göstərərək, imitasiya edir”.

Əli bəy çıxışı zamanı Azərbaycan hakimiyyətinin demokratiyanın imitasiyası xəttinə qayıtdığını vurğuladı: “İndi bu hakimiyyət bütün dünyaya göstərməyə çalışacaq ki, Azərbaycanda yarımçıq da olsa, demokratiya var. Biz isə çalışmalıyıq ki, dünyaya bəyan edək ki, burada demokratiyanın heç əlamətləri də yoxdur. Biz bütün prosesləri itkilərimizə yönəldib əsas işimizi yaddan çıxarmamalıyıq. Konkret olaraq indiyənə kimi müəyyən işlər görülüb. Belə götürsək vicdan məhbuslarının müdafiəsi çox gözəl təşkil olunub. Bir-birimizdən, toplumdan hesabat istəməliyik. Birgə plan qurub, mübarizəmizə davam etməliyik. İndi Səməd Seyidovu qabağa verərək cəmiyyətimizi arxayınlaşdırırlar ki, vicdan məhbusları martda azad olunacaq. Yeganə müdafiə şərti o olmalıdır ki, biz elə bir mühit yaratmalıyıq ki, vicdan məhbuslarını həbsdə saxlamaq bu hakimiyyətin ziyanına işləsin”.

Tədbirin gedişindən belə anlaşıldı ki, İP siyasi dustaqlarla bağlı olduqca sərt bir xəttə start verib və bu proses getdikcə yüksələn xətt üzrə davam etdiriləcək.
Dəyirmi masanın yekununda vicdan məhbusları ilə bağlı bəyanat qəbul olundu.
Sonda isə qeyd edək ki, İctimai Palatanın daha bir dəyirmi masası fevralın 14-də keçiriləcək. Həmin toplantının isə mövzusu son zamanlar qəzetlərə təzyiqlərin artması, xüsusən də qəzetlərin yayımına çox ciddi maneələr yaradılması ilə bağlı olacaq.

Fərahim İLQAROĞLU

4014 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008