 |
Siyasət
2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR 2012-02-08 Arif Hacılı, Məhəmməd Məcidli, Zülfüqar Eyvazlı və Babək Həsənov barələrində çıxarılan hökmün dəyişdirilməsini istəyir
|
Ötən ilin 2 aprel aksiyası zamanı həbs edilən vicdan məhbusları Arif Hacılı və Məhəmməd Məcidli onlara təyin olunmuş cəzanın üçdə birini başa vurduqları üçün cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi üçün Suraxanı Rayon Məhkəməsinə müraciət ediblər. Bu barədə Arif bəyin vəkili Nemət Kərimli “Yeni Müsavat”a məlumat verib. Vəkilin sözlərinə görə, A.Hacılının səhhəti normaldır, saxlanma şəraitindən narazılığı yoxdur. Həmin cəzaçəkmə müəssisəsində saxlanılan digər vicdan məhbusları Zülfüqar Eyvazlı və Babək Həsənov da onlara təyin olunmuş cəzanın ikidə birini çəkdiklərinə görə cəzanın çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsini istəyirlər. N.Kərimli bildirdi ki, bunun üçün vicdan məhbusları Suraxanı Rayon Məhkəməsinə müraciət ediblər. Qeyd edək ki, A.Hacılı və M.Məcidli Səbayel Rayon Məhkəməsinin 3 oktyabr tarixli qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Babək Həsənov və Zülfüqar Eyvazlı isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.PAŞASOY 449 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|