23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

SABİQ YAP-çı COŞDU

2012-02-08

Ariz Abduləliyev: “Azərbaycanın adının dəyişdirilməsinin əleyhinəyəm”

“Azərbaycanın adının dəyişdirilməsi ilə qətiyyən razı deyiləm. Bu təkliflə çıxış edənlər gündəmə gəlmək naminə populist ideyalar səsləndirirlər. Təəssüf ki, bəzi siyasətçilər və deputatlar arasında belə fikirləri səsləndirənlər tapılır. Bizim ölkəmizin adı var. O da Azərbaycandır”.

Bu sözləri Yeni Azərbaycan Partiyasının keçmiş üzvü, “91-lər”in vacib fiqurlarından biri olan Ariz Abduləliyev Azərbaycanın adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulması təklifinə dair münasibətini bildirərkən deyib.
Qeyd edək ki, Milli Məclisin son iclasında deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin səsləndirdiyi bu təklifi YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da dəstəkləyib.
A.Abduləliyev dedi ki, Azərbaycan adına tək coğrafi məkan kimi yanaşmaq olmaz: “Bunun siyasi prosedurları da var. Biz beynəlxalq hüquqi sənədlərə Azərbaycan Respublikası kimi imza atmışıq. Bu problemlər necə olacaq? Mən bu təklifə emosional çılğınlıq kimi yanaşıram. XXI əsrdə məsələlərin bu cür emosional qoyulmasına razı deyiləm. Onda gərək İrandan soydaşlarımızın yaşadığı coğrafi məkanlara Cənubi Azərbaycan adı verilməsini tələb edək. Azərbaycan sözündə tariximiz də mədəniyyətimiz də var. Bunu ideologiyalaşdırmaq lazım deyil. Niyə Şimali və Cənubi Koreya adından nümunə götürməliyik? AFR və ADR niyə birləşdi? Əgər Azərbaycanı birləşdirə bilsək, başqa məsələ. Cənubi və Şimali Koreya dünya xəritəsində var. Biz özümüzü Şimali Azərbaycan adlandırsaq, sabah bizdən soruşsalar ki, Cənubi Azərbaycan haradır? Cənubi Azərbaycanı xəritədə göstərə biləcəyik? Yox”.

Leyla İLQAR

1148 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008