 |
Siyasət
MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR 2012-02-09 Hüseyn Məlik: “İsa Qəmbər gedərsə, Müsavatda təlatümlər ola bilər” Arzu Səmədbəyli: “Qurultayda şəxsən mən nizamnamədəki həmin maddənin ləğvi təşəbbüsünü qaldıracağam” “İsa Qəmbərin fikrinin dəyişməsini yox, nizamnamənin dəyişməsini istəyirik”
|
Müsavat Partiyasının Səbayel rayon təşkilatının Şurasında növbəti qurultayda başqan seçkiləri ilə bağlı məsələ müzakirə edilib və qərar verilib qurultayda başqan seçkiləri gündəlikdən çıxarılsın. Təklif edilib ki, qurultayda başqan, MNTK hesabat versin, Məclis üzvləri seçilsin. Ancaq indiki həssas situasiyada partiyada təlatümlər olmasın deyə mövcud başqanın səlahiyyətləri prezident seçkilərinə qədər uzadılsın. Bu barədə “Bizim Yol”a Müsavat başqanının müşaviri Hüseyn Məlik məlumat verib.
O bildirib ki, bu məsələ səsə qoyularkən onun əleyhinə çıxan və ya bitərəf qalan olmayıb. Hətta Səbayel təşkilatından olan 23 qurultay nümayəndəsindən 19-u bu qərarı dəstəkləyib. Başqa rayon təşkilatlarına da analoji qərarın çıxarılması məqsədilə müraciət edilib. Müsavat Partiyasının gələcək başqanının kim olacağı məsələsinə toxunan Hüseyn Məlik deyib ki, İsa Qəmbərdən sonrakı dönəm üçün başqa bir namizəd görmür: “Mən ancaq İsa Qəmbəri görürəm. Hesab etmirəm ki, partiyada İsa Qəmbəri əvəz edə biləcək başqan olsun. Müsavatda birləşdirici siyasi fiqur, xarizması ola lider indiki başqan İsa Qəmbərdir. Mənim dediklərim təzyiq və şantaj kimi qəbul edilməsin. Əgər Müsavat Partiyasında başqan dəyişikliyi olarsa, şəxsən mən özümün hansı formada partiyada qalacağımı düşünə bilmirəm. Arif Hacılı mənim yaxın dostumdur. Amma mən Müsavatda İsa Qəmbərdən başqa bir başqan görmürəm. İsa Qəmbər gedərsə, Müsavatda təlatümlər ola bilər. Mən 2003-cü ildə bura İsa Qəmbərə görə gəlmişəm. Onu lider olaraq qəbul etmişəm. Ondan sonrakı dönəmdə necə olacağımı düşünə bilmirəm”. Yayılan məlumatlara görə, bu fikirdə olanların sayı yetərincədir. Onlardan birinin də Müsavat Məclisinin sədri Arzu Səmədbəylinin olduğu iddia edilir. Bizə çatan bilgilərə görə, o da yaxın ətrafına deyib ki, İsa Qəmbərin başqan olmadığı partiyada qalması mümkün deyil.
Bu iddialarla bağlı Arzu Səmədbəylinin özünü danışdırmaq təşəbbüsü göstərdik. O, müxbirimizə bildirdi ki, hər hansı bir mətbuat orqanında “İsa Qəmbər başqan olmayacağı halda partiyadan gedəcəyəm”, bəyanatını səsləndirməyib: “Çünki mən partiyadaxili məsələləri partiyanın daxilində yoldaşlarımla müzakirə edirəm”. A.Səmədbəyli dedi ki, dünyanın ən demokratik ölkələrində, hətta Amerikada da siyasi partiyaların nizamnamələrində seçki senzləri, qadağalar yoxdur. Çünki siyasi partiya siyasi hakimiyyət deyil. Partiyanın lideri partiyasının öncüllüyünü qoruyub saxlaya, partiyanı uğurlara apara bilirsə, onun öz postunda qalmasına heç bir qadağa qoyulmamalıdır: “İsa Qəmbərin başqanlığı altında Müsavat çox böyük uğurlara imza atıb. Müsavatın iştirak etdiyi bütün seçkilərdə seçicilərin əksəriyyəti Müsavata, onun namizədinə səs verib. Bu, başqa məsələdir ki, hakimiyyət seçkiləri saxtalaşdırıb, zorakılığa əl ataraq Müsavatın qələbəsini oğurlayıb. Müsavat bütün təzyiqlərə baxmayaraq ölkədə xalqın ən sevimli partiyası olaraq qalır. İsa Qəmbərin cəmiyyətdə olan nüfuzu onun Müsavat başqanı qalmasını zəruri edir. Mən İsa Qəmbərin başqanlıqdan getməsinin əleyhinəyəm. Mən bilirəm ki, Müsavatda böyük əksəriyyət mənimlə bu məsələdə həmfikirdir. Hətta Müsavata, İsa Qəmbərə zaman-zaman tənqidi yanaşan kənar qüvvələr, şəxslər də İsa bəyin başqanlıqdan getməsinin Müsavatın, demokratik düşərgənin zərərinə olacağını bəyan edirlər”. A.Səmədbəyli bəyan etdi ki, qurultayda nizamnamədəki məlum qadağa maddəsinin aradan qaldırılması problemin həll olunması demək olacaq: “Həmin maddə çıxarılarsa qurultay nümayəndələrinin böyük əksəriyyəti İsa Qəmbərin başqanlığa namizəd olmasını təkid edəcəklər və çox ciddi vəziyyət yaranacaq. Bəzi adamlar, jurnalistlər bu məsələdə hər şeyi İsa Qəmbərin üzərinə yönəldirlər. Bu, yanlış və ya qərəzli mövqedir. Biz İsa Qəmbərin fikrinin dəyişməsini istəmirik ki. Biz indi nizamnamənin dəyişməsini istəyirik, İsa Qəmbərin fikrinin dəyişməsini yox. İsa Qəmbər indiyə qədər fikrini nizamnamənin tələbinə uyğun ifadə edib. Biz indi İsa Qəmbərə demirik ki, fikrin dəyişsin! sonra nizamnaməni dəyişək. Mən deyirəm ki, biz nizamnaməni dəyişəndən sonra İsa Qəmbərin fikrini dəyişməyə ehtiyac olmayacaq. Bəziləri deyir ki, nizamnamə dəyişsə belə, İsa bəy namizədliyini verməyəcəksə, bu dəyişikliyin mənası qalmır. Mən hesab edirəm ki, Müsavat qurultayının üzvləri, bütün müsavatçılar qurultayda İsa Qəmbərin başqanlıqda qalmasını təkid edəcəksə, İsa bəy əqidədaşlarına hörmətlə yanaşacaq. Odur ki, biz mütləq nizamnaməni dəyişməliyik. Qurultayda şəxsən mən nizamnamədəki həmin maddənin ləğvi təşəbbüsün qaldıracağam və səsverməyə qoyulması məsələsini irəli sürəcəyəm. İnanıram ki, bu təşəbbüs müsbət həll olunduqdan sonra digər məsələlər öz həllini tapacaq”.
A.Səmədbəyli vurğuladı ki, məsələnin bu şəkildə qoyulmasının başqanlığa namizədliyini irəli sürəcəyini bəyan edən vicdan məhbusu Arif Hacılıya qarşı olması kimi qələmə verilməsi tamamilə yanlışdır: “Qətiyyən Arif bəyə qarşı olmaqdan, etimadsızlıqdan söhbət getmir. Arif bəy Müsavatda başqan olmağa layiqli insanlardandır. Amma Arif Hacılının özü də bəyan edib ki, nizamnamənin dəyişilməsinin və İsa Qəmbərin başqan qalmasının tərəfdarıdır. Çünki Arif bəy də bilir ki, İsa bəyin Müsavat başqanı olması Müsavat üçün zəruridir. Qarşıda Müsavatı böyük mübarizə gözləyir. Bu mübarizədə bizə İsa Qəmbərin başqanlığı lazımdır. İsa Qəmbərin belə bir mərhələdə başqanlıqdan getməsi bizim işimizə hansı xeyri verir, bizə hansı üstünlüyü qazandırır? Heç nə. İsa bəy Müsavat üçün məsuliyyət daşıyır, hamının qəbul elədiyi liderdir. Ona görə də bu reallığı nəzərə almalıdır”. İsa Qəmbərin bu reallığı nəzərə almayacağı halda partiyadan qopmaların baş verməsi ehtimalına gəlincə, A.Səmədbəyli dedi ki, bu variant ən qəbuledilməz variantdır. İsa Qəmbərin başqanlıqda qalmasına nail olunmalıdır ki, hər hansı arzuedilməz hallar da olmasın. Etibar SEYİDAĞA 963 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|