23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

2012-02-09

Rahim Hacıyev: “Vəziyyətin ciddiliyini nəzərə alan İP məsələnin ictimai müzakirəyə çıxarılmasını qərara aldı”

İctimai Palatanın Koordinasiya Şurasının dünən saat 15.00-a təyin olunan toplantısı təxirə salınıb. Qurumun katibliyindən verilən xəbərə görə, toplantının təxirə salınması kəskin hava şəraiti ilə bağlıdır. Yolların buz bağlaması, çovğun Koordinasiya Şurasının üzvlərinin bir araya gəlməsini çətinləşdirdiyi üçün ümumi razılıqla iclasın keçirilməməsi məqsədəuyğun hesab olunub. Koordinasiya Şurasının toplantısı gələn həftə keçiriləcək.

Fevralın 14-də isə İctimai Palata son zamanlar qəzetlərə təzyiqlərin artması, onların vəzifəli məmurlar tərəfindən məhkəmələrə verilməsi, xüsusən də qəzetlərin yayımına maneələr yaradılması ilə bağlı dəyirmi masa keçirəcək.
Bu barədə məlumat verən İP Koordinasiya Şurasının üzvü, “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirdi ki, müstəqil mətbuatın durumu, söz azadlığı və qəzetlərin yayımı ilə bağlı kritik vəziyyət yaranıb. Vəziyyətin ciddiliyini nəzərə alan İctimai Palata məsələnin ictimai müzakirəyə çıxarılmasını qərara aldı: “İctimai Palata ictimaiyyət üçün böyük əhəmiyyət kəsb eləyən problemləri qaldırır, onların müzakirəsini təşkil edir, həlli yollarını axtarır. Çox təəssüflər olsun ki, mətbuata təzyiqlər səngimir. Əksinə, bir qədər də artıb. Elə bu yaxınlarda ”Azadlıq" və “Yeni Müsavat” qəzetlərinin nazirin oğlunun şikayəti ilə cərimələnməsi göstərdi ki, azad mətbuat hədəfdədir. “Yeni Müsavat” qəzetinin üstündə isə daha çox məhkəmə iddiası var. İcra hakimiyyətindən asılı olan məhkəmə sisteminin əli ilə qəzetlər sıxışdırılır. Başqa bir problem isə ondan ibarətdir ki, hakimiyyət ən müxtəlif üsulları tətbiq etməklə, mətbuatı zəiflədir. Bu üsullardan biri mətbuatın yayılmasına problemlər yaratmaqdır. Əl yayımın qarşısı alınıb. Mümkün qədər əhalinin az hissəsinin mətbuatla təmasda olmasına nail olmağa çalışırlar. Qəzet köşklərinin götürülməsi, onların yerinə başqa köşklərin qoyulmaması prosesi gedir. Bəzi yerlərdə isə yeni görkəmdə köşklər qoyulur ki, onlar bir başa hakimiyyətin nəzarətindədir. Həmin köşklərdə demək olar ki, qəzet satışı həyata keçirilmir. Balaca supermarketlərə bənzəyir. O köşkləri təşkil edən və işlədənlər üçün qəzet satışı sonuncu dərəcəli məsələdir. Bu, bilavasitə hakimiyyətin qəzetlərin satışının mümkün qədər azaldılması siyasətinin tərkib hissəsidir. Vəziyyətin bu həddə çatmasını nəzərə alan İctimai Palata qərara gəldi ki, məsələni xüsusi müzakirəyə çıxarmaq, cəmiyyəti məlumatlandırmaq, səfərbər etmək və problemin aradan qaldırılması istiqamətində addımlar atmaq zərurəti yaranıb. Ona görə də bu mövzu ilə bağlı ayrıca dəyirmi masa keçiriləcək".
R.Hacıyev dedi ki, dəyirmi masaya Mətbuat Şurasından, hakimiyyətdən, mətbuat yayımı firmalarından qonaqların dəvət olunub-olunmaması məsələsi İctimai Palatanın Koordinasiya Şurasında müzakirə ediləcək və müvafiq qərar qəbul olunacaq.

ETİBAR

277 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008