23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

2012-02-10

Səidə Qocamanlı: “Əhəd Məmmədlinin saxlanıldığı cəzaçəkmə müəssisəsindəki problemlərin həllinə çalışacağıq”
Mehman Sadıqov: “Havanın soyuq olması ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir”

Şaxtalı və qarlı havalar cəzaçəkmə müəssisələrinə də təsirsiz ötüşməyib. Vicdan məhbusu Əhəd Məmmədlinin bibisi Ruqiyyə Məmmədova qəzetimizə açıqlamasında demişdi ki, 14 saylı cəzaçəkmə müəssisəsində vəziyyət acınacaqlıdır: “Əhədin saxlanma şəraiti ağırdır. Saxlandığı yerdə istilik sistemi yoxdur. Yer rütubətlidir, yataq dəstləri yaş vəziyyətdə olur. Əhədin çarpayısı pəncərənin qarşısında yerləşir.

Pəncərənin də şüşələri qırıq olduğundan qar demək olar ki, Əhədin üstünə yağır.
Buna görə də onun səhhətində problemlər başlayıb. Hətta ona tibbi yardım da göstərilir. Əgər bu şəraitdə çox saxlanılsa, səhhəti daha da ağırlaşacaq. Cəzaçəkmə müəssisəsində su problemi də var. Məhbuslar qarı əridib su kimi istifadə edirlər”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, soyuq hava şəraiti ilə əlaqədar cəzaçəkmə müəssisələrində önləyici tədbirlər görülür: “Ümumiyyətlə, 14 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı deyilənlərdən sonra tərəfimizdən müvafiq araşdırmalar aparılıb. Şüşənin sınıq olması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Həmçinin kəskin hava şəraiti ilə bağlı cəzaçəkmə müəssisələrində qışa hazırlıq lazımi səviyyədə getmişdi. Eyni zamanda son günlər havaların soyuq keçməsi ilə əlaqədar lazımi tədbirlər həyata keçirilir. Hər hansı problemlər var idisə, bu, cəzaçəkmə müəssisəsinin işi ilə bağlı deyil, su xətlərinin donması ilə bağlı ola bilər. Ancaq bütün cəzaçəkmə müəssisələrində su ehtiyatı olur ki, problemlər olanda həmin ehtiyat suyu bir neçə gün işlətmək olar”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qəzetimizə bildirdi ki, ümumiyyətlə, Bakı qışa hazır olmayan ölkədir: “Biz evdən çıxa bilmirik. Suyumuz yox, qazımız gəlmir. O ki qaldı cəzaçəkmə müəssisələrinə, deyə bilərəm ki, yaxşı hava şəraitində də onların vəziyyəti pis olur. Qalmışdı soyuqlu, şaxtalı havada. Hər dəfə bu acınacaqlı vəziyyətlə bağlı məlumat veririk. Müəssisələrdə antisanitariya baş alıb gedir. Qəzetlərdən öyrənəndən sonra da zəng vurmuşuq və müəssisələrə vəziyyətin düzəldilməsi ilə bağlı məlumat vermişik. Vicdan məhbuslarının 6-sı müalicə alır. Əhəd Məmmədlinin də müalicə alması ilə bağlı müraciətlər etmişik”.
Digər hüquq müdafiəçisi Səidə Qocamanlı 14 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı artıq onlara çoxsaylı şikayətlər daxil olduğunu dedi: “Biz həmin cəzaçəkmə müəssisəsindəki vəziyyəti düzəltməyə çalışacağıq. Tək Əhəd Məmmədli deyil, oradakı digər məhbusların vəziyyəti də bizi narahat edir. Orda olanlar hamısı insandır. Biz ümumilikdə oradakı vəziyyəti düzəltməyə çalışacağıq”.
Qeyd edək ki, Əhəd Məmmədli Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinidir. Gənc fəal ötən il aprelin 2-də paytaxtın mərkəzində İctimai Palatanın keçirdiyi mitinq zamanı həbs edilib. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu elan edib.

Elmin BƏDƏLOV

232 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008