 |
Siyasət
MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB 2012-02-10 Tofiq Yaqublu: “İsa Qəmbər bu hakimiyyətin başı üstündə “Domokl qılıncı”dır” Mehman Cavadoğlu: “Siyavuş Novruzovun bu cür açıqlamaları artıq cəmiyyəti bezdirib”
|
“Son zamanlar Müsavat Partiyasının sədri İsa Qəmbər başqanlıq seçimləri ilə bağlı manipulyasiyalar edir. Aydın məsələdir ki, bu praktikanı İsa Qəmbər hələ Xalq Cəbhəsi dövründən həyata keçirirdi. O zamanlar da Xalq Cəbhəsinin daxilində intriqalar yaratmışdı, oranı parçalayıb müxtəlif insanları üz-üzə qoymuşdu. Bunun nəticəsində isə Zərdüşt Əlizadə, Etibar Məmmədov və bu kimi bir qrup insan Xalq Cəbhəsindən ayrıldı”. APA-nın xəbərinə görə, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın saytına müsahibəsində deyib. S.Novruzov bildirib ki, bu formada İ.Qəmbər Xalq Cəbhəsinin tərkibində özünün partiyasını yaratmağa nail olub: “O zaman Şimali Azərbaycan Demokratik Partiyasını yaradan və Ali Sovetin sədri işləyən İsa Qəmbər sonradan öz vəzifə səlahiyyətlərindən istifadə edərək Mənsur Əliyevin yaratdığı Müsavat Partiyasını ələ keçirdi. Bu gün də Müsavatda analoji proses həyata keçirilir. Vaxtilə Müsavat sədrliyinə layiq ola biləcək insanların hamısı oradan uzaqlaşdırılıb. Məsələn, Sülhəddin Əkbər, İbrahim İbrahimli onun-bunun əli ilə, təhqirə məruz qoyularaq oradan uzaqlaşdırıldı. Vurğun Əyyub birinci müavin ola-ola, proseslərdən və partiyadan kənarlaşdırıldı. Bu gün Arif Hacıyevin həbsxanadan çıxmamasını ən çox arzulayan elə İsa Qəmbərdir”. S.Novruzov deyib ki, təkcə A.Hacılı sədrliyə namizədliyini irəli sürə bilər: “Yerdə qalanların hər biri ən yaxşı halda 20-30 səs qazanmaq gücünə malikdir. O insanlar Müsavata sədrlik etmək qabiliyyətində deyillər. Bu baxımdan İsa Qəmbər başqanlıqda qalmaq üçün bu cür oyunlardan çıxır. Onun planı 2013-cü ilə qədərdir. Ona görə yox ki, prezidentliyə namizədliyini irəli sürmək istəyir, ona görə ki, ayrı-ayrı beynəlxalq təşkilatlardan yenidən maliyyə dəstəyi almaq fikrindədir. Bununla isə o, sadəcə, öz maliyyə vəziyyətini düzəltməyə çalışır”.
S.Novruzovun sayıqlamalarla dolu müsahibəsinə münasibət bildirən Müsavat başqanının müavini Tofiq Yaqublu onun söylədiklərini biabırçılıq adlandırdı: “Həmişəki kimi, Siyavuş Novruzov real məntiqə söykənməyən fikirlər deyib. O özünü deputat sayırsa şərlənərək həbs olunan Arif Hacılının azadlığını tələb etməlidir. Amma öz günahını İsa Qəmbərin üstünə atır, bu, biabırçılıqdır. Xaricdən maliyyələşmə məsələsinə gəlincə, dəfələrlə bəyan etmişik ki, Müsavat Partiyası üzvlərinin topladığı ianə hesabına dolanır. Əgər xaricdən maliyyə almaq barədə fakt varsa, onda günahkar tapılıb cəzalandırılsın”. T.Yaqublu hesab edir ki, hakimiyyət İsa Qəmbərin başqanlıqdan səmimi şəkildə getməsini qəbul edə bilmir: “İqtidar saxta referendum keçirməklə bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyəti aradan qaldırdı. Əsl oyun bu idi. Bəli, müsavatçılar İsa Qəmbərin başqanlıqdan getməsini istəmirlər və bunda səmimidirlər. Ancaq başqan fikrində qətidir və gedəcəyini deyib. Ümumiyyətlə, Siyavuş Novruzov, Mübariz Qurbanlı səviyyəsində olanlardan vaxtaşırı bu sayaq açıqlamalar eşidirik. İsa Qəmbər bu hakimiyyətin başı üstündə ”Domokl qılıncı"dır. Siyavuş Norvuzov ola bilsin belə açıqlama vermək üçün göstəriş alıb, ola bilsin özünə Müsavata hücum etməyi borc bilir. Bu illər ərzində müxalifətə hücumlar, həbslər heç bir fayda verməyib. Müsavat Partiyası güclənib və hakimiyyətin çarəsiz çırpıntıları nəticə verməyəcək. Partiyanın qurultayı da ciddi bir hadisəyə çevriləcək". Müsavat başqanının digər müavini Mehman Cavadoğlu isə deyir ki, YAP-çı deputatın bu cür açıqlamaları artıq Azərbaycan cəmiyyətini bezdirib: “Siyavuş Novruzovun məntiqsiz, yalan fikirlərini artıq cəmiyyətdə ciddiyə alan yoxdur. Çünki onun bu sözləri zərrə qədər həqiqəti əks etdirmir. O baxımdan düşünürəm ki, onun dedikləri İsa Qəmbərə və Müsavata qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir”. Emil SALAMOĞLU 2375 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|