23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

2012-02-10

Aslan İsmayılov: “Siyavuş Novruzovun sahiblərinə səslənirəm, onun ipini yığsınlar”

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov öz ampluasına sadiq qalaraq növbəti qalmaqallı açıqlama ilə çıxış edib. O, YAP-ın saytında dərc olunan növbəti müsahibəsində demokratik düşərgədə olan bir çox insanların ünvanına təhqiramiz ifadələr işlədib. Bir neçə gün öncə də o, vəkil Aslan İsmayılovun haqqında xoşagəlməz ifadələr səsləndirmişdi. Təbii ki, Aslan İsmayılov da bunu cavabsız qoymamışdı və ona tutarlı bir reaksiya vermişdi. Dünənki açıqlamasında isə S.Novruzov daha da qəzəblənərək vəkilin haqqında əndazəni aşan ifadələr işlədib.

O, “bəziləri var ki, adını vəkil qoyub, amma vəkillik tamam başqa bir institutdur. Məsələn, mən 12 ildir ki, millətimin vəkiliyəm və bununla da fəxr edirəm. Vəkillik peşəsi çox gözəl bir peşədir. Amma ayrı-ayrı idarə və müəssisələrdə işləyib, rüşvət üstündə, oğurluq üstündə qovulub sonradan vəkillik peşəsini seçmək dəllallıqdır. Aslan İsmayılov bu gün vəkilliklə yox, dəllallıqla məşğuldur” deyə qeyd edib: “...Aslan İsmayılov mənim keçdiyim yolların heç 10 faizini keçməyib. Təkcə parlament jurnalistləri tərəfindən hər il təsis olunan ən fəal deputatlar sırasında qalib oluram, seçicilərin hüquqlarının müdafiəsi ilə məşğul olan ən fəal deputatlardan sayılıram. Mən 20 ildir eyni əqidəyə malikəm, eyni yoldayam. Aslan İsmayılovun isə sürtülmüş sifəti hər 6 aydan bir fərqli istiqamətlərə baxır. Aslan İsmayılov bir dəfə göstərsin ki, məhkəmədə kasıb bir adamın hüququnu müdafiə edib. Harada imkanlı adam varsa, Aslan İsmayılov onun vəkili olur. Çünki o, yala qulluq edir. Aslan İsmayılov istəyirsə, mən "Azercell"dən onun mənə ayda neçə dəfə zəng edib hansısa KİV orqanında iqtidarı təriflədiyi ilə bağlı sözlərini mətbuata təqdim edim. Aslan İsmayılov mənim qapımı açıb-örtməyi belə özünə şərəf bilir... Aslan İsmayılovun danışığına qulaq asan istənilən bir adam görür ki, onun başında papağı, əlində sazı çatmır”...
S.Novruzovun bu açıqlamasına Aslan İsmayılov çox qısa cavab verdi: “Mən bu adamın kimliyi, ağlının hansı səviyyədə olması barədə ötən açıqlamamda ətraflı danışmışam. Görünür, düz hədəfi vurduğumdan Siyavuş Novruzov belə bərk qeyzlənib və bir səhifəlik müsahibəsinin yarısını mənə həsr edib. Ona geniş cavab vermək fikrim yoxdur. Sadəcə, bu adamların sahiblərinə səslənirəm ki, onun ipini yığsınlar. İngilis yazıçısı Oskar Uayld demişkən, düşməni də seçəndə ehtiyatlı olmaq lazımdır”.

Elşad MƏMMƏDLİ

4423 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008