 |
Siyasət
MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ 2012-02-11 Dialoqun mövzusu ilə bağlı Müsavatla AXCP-nin mövqeyi haçalandı
|
YAP icra katibinin müavini Siyavuş Novruzov YAP-ın illik hesabatının, o cümlədən maliyyə hesabatının açıqladığını nümunə kimi göstərərək müxalifət partiyalarını da analoji hesabatları açıqlamağa çağırıb. O deyib ki, müxalifət partiyaları maliyyə hesabatı açıqlamırlar. Açıqlasınlar görək hansı mənbədən maliyyələşirlər: “Əlbəttə, onlar qaranlıq mənbələrdən maliyyələşirlər, ona görə də hesabat verə bilmirlər”. S.Novruzov müxalif partiyaları maliyyələşmə mövzusunda dialoqa da çağırıb: “Biz Azərbaycanın taleyüklü məsələləri ilə bağlı daim dialoq aparmağa hazır olduğumuzu bəyan etmişik. Siyasi partiyalar bir-biri ilə düşmənçilik aparmalı deyil ki... Amma onların yalnız bir fikri var ki, Azərbaycanda qarışıqlıq düşsün, gərginlik yaransın və hakimiyyətə gəlsinlər”. YAP-çı deputatın çağırışına və iddialarına müxalifətin münasibətinə gəlincə, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı öncə bildirdi ki, müxalifətin ölkədə qarışıqlıq yaratmağa çalışdığı barədə iddialar əsassızdır. Müxalifət Azərbaycanda demokratik islahatların dinc yolla həyata keçirilməsində maraqlı olduğunu dəfələrlə bəyan edib, konkret addımlarla sübuta yetirib. Ölkədə daim gərgin siyasi mühitin olmasında hakimiyyət dairələrinin maraqlı olduğu da dəfələrlə sübuta yetirilib: “Müxalifətin önəmli hissəsinin təmsil olunduğu İctimai Palata ötən il ”Demokratiyaya yumşaq keçidin Yol Xəritəsi" adlı sənəd hazırlayıb hakimiyyətə təqdim etdi. Bu sənəd bizim ölkədə qarşıdurmanın olmasında maraqlı olmadığımızı rəsmən ortaya qoyur. Hakimiyyət isə həmin sənədi qəbul etmədi. Təkcə bu fakt onu təsdiqlədi ki, gərginliyin tərəfdarı müxalifət yox, iqtidardır. «Yol Xəritəsi»ndə dialoq məsələsi də əksini tapır. Bu da onu göstərir ki, biz islahatlar, milli məsələlərlə bağlı dialoqun tərəfdarıyıq. Hakimiyyət təmsilçiləri isə dialoq tərəfdarı olduqlarını desələr də əməldə bunun əksini ortaya qoyurlar". G.Aslanlı dedi ki, S.Novruzovun təklif etdiyi maliyyə hesabatı məsələsində dialoq keçirilməsi əslində Azərbaycan üçün milli əhəmiyyətli məsələ deyil. Lakin müxalifət istənilən mövzuda dialoq aparmağa hazırdır: “Bizim heç bir qaranlıq fəaliyyətimiz yoxdur ki, dialoqdan qaçaq”. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə müxalifətin qarışıqlıq yaratmaq istədiyi barədə S.Novruzovun iddialarına G.Aslanlının verdiyi cavaba yaxın münasibət ortaya qoysa da YAP-la partiyaların maliyyə hesabatı mövzusunda dialoq aparılmasının əleyhinədir. F.Qəhrəmanlı hesab edir ki, partiyalar arasında dialoq üçün bu cür mövzu təklif olunması primitiv və yanlışdır. Çünki dialoqun predmeti ölkədə demokratik islahatların keçirilməsi ilə bağlı ola bilər: “Dialoq özlüyündə bir siyasi aksiya kimi hakimiyyət və müxalifət arasında birgə səylər tələb edən problemlərin həlli ilə bağlı ortaq məxrəc anlayışını daşıyır. Dialoq siyasi məhbusların azad olunması, sərbəst toplaşma azadlığının təmin edilməsi, ölkədə seçkilərin demokratik keçirilməsi, iqtisadi, siyasi, hüquqi sahədə islahatların aparılması və s. mövzularda ola bilər. YAP-ın açıqladığı maliyyə hesabatı saxtadır, bu səbəbdən də hakim partiya bu mövzuda da danışa bilməz. Bu mövzuda da onların dialoq təklifini qeyri-səmimi saymaq olar”. ETİBAR 1586 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|