23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

2012-02-11

Eldar Namazov: “Forumda birinci fiqura çevrilmək iddiam yoxdur”

Tanınmış vəkil Aslan İsmayılovun Ziyalılar Forumundan getməsinin səbəbləri bəlli olub. A.İsmayılov qurumdan ayrılmasının səbəbləri haqda indiyədək danışmasa da, buna dair çox kiçik bir açıqlama verib. O, “Bizim Yol” qəzetinə verdiyi müsahibəsində deyib ki, forumdan fikir ayrılığına görə uzaqlaşıb. Fikir ayrılığının kiminlə olması barədə suala isə A. İsmayılov belə cavab verib: “Bu məsələni dəqiqləşdirmək istəmirəm. Ən azı yaxın gələcəkdə hər şey bəlli olacaq, insanlar hər şeyi müəyyən edəcək. Mən forumun gördüyü müsbət işlərə xələl gətirməmək üçün susmağa üstünlük verirəm. Qoy, məni ittiham etsinlər, mən buna dözməyə hazıram. Amma ölkəyə xeyri olsun”.

Bunun ardınca A.İsmayılova belə bir sual verilib: “İnformasiyaya görə, siz forumdan çıxanda Rüstəm İbrahimbəyov mövqeynizlə razılaşmayıb və sair..” Vəkilin buna cavabı belə olub: “Yox, elə şey olmayıb. Mənim birinci gündən etirazım Eldar Namazova olub. Mən istəməmişəm ki, o, forumda aparıcı fiqura çevrilsin. Bitdi, bundan başqa bir söz deməyəcəm”.
A.İsmayılovun dediklərinə Eldar Namazovun münasibətini öyrənməyə çalışdıq. Politoloq dedi ki, A.İsmayılovun Ziyalılar Forumundan getdikdən sonra verdiyi açıqlamalarda razılaşdığı və razılaşmadığı məqamlar var: “Razılaşdığım məqam odur ki, Ziyalılar Forumu doğrudan da cəmiyyət üçün müsbət işlər görür, ona görə də bunun ətrafında hər hansı söz-söhbət yaranmasını istəmir. Bu fikirlə tam razıyam. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, Ziyalılar Forumu açıq, ziyalıların müzakirə aparması, ölkədəki vəziyyəti dəyərləndirmək üçün yaradılmış tribunadır. Bura gəlib iştirak edən hər bir iştirakçıya minnətdarıq, gələ bilməyənlərə də cansağlığı arzulayırıq. Razılaşmadığım məqam isə mənim burada birinci fiqura çevrilmək istəməyim haqda deyiləndir. İqtidar mətbuatında bu haqda yazılar dərc olunanda da buna münasibətimi açıqlamışam. Ziyalılar Forumu Azərbaycanın ən görkəmli elm adamlarını, ictimai xadimləri özündə birləşdirən qurumdur, kiminsə təşkilatı deyil. Burada toplaşan ziyalılar - Cəmil Həsənli, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Rafiq Əliyev və digər şəxslər bizim ağsaqqallarımızdır. Biz sadəcə bu forumda Rüstəm müəllimi sədr seçib onun ətrafında toplaşmışıq. Bu tipli söhbətləri mən heç yaxın buraxmaq istəmirəm”.

Elşad MƏMMƏDLİ

2222 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008