 |
Siyasət
PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR 2012-02-12 Şəmsiyyə Bəylərqızı: “Əfşar Süleymaninin İranda məhkəməsi açıq qalıb, o, övladından imtina etdi”
|
Sabiq baş nazir Pənah Hüseyn və İranın Azərbaycanda səfiri olmuş Əfşar Süleymani arasında qalmaqal davam edir. Fevralın 4-də ANS-in “Ən yeni tarix” tok-şousunun çəkilişləri zamanı P.Hüseyn və Ə.Süleymani arasında münqaişə yaranıb. Əfşar Süleymaninin Elçibəy haqqında ifadələrinə Pənah Hüseyn kəskin etiraz bildirib və baş verən qarşıdurma nəticəsində çəkilişlər dayandırılıb. Daha sonra olay barədə məlumat mətbuata sızıb. Qeyd edək ki, hər iki şəxs məsələ ilə bağlı mətbuata danışıblar. Məsələ ilə bağlı Lent.az saytına danışan sabiq səfir olanlara görə Pənah Hüseyni ittiham edib. Eyni zamanda, Ə.Süleymani Pənah Hüseynin ona xitabən iki ildir ki, “arvad məhkəmələrində süründüyünü” deməsinə cavab olaraq “bu da elə sənin işindi” söyləməsinə aydınlıq gətirib. Sabiq səfir bunu “sözgəlişi” dedyini bildirib. Sitat: “Sadəcə, Pənah Hüseynin sözlərinə cavab olaraq dedim ki, bu da sənin kimilərin işidir. Yəni bu, deyilən sözə bir reaksiya idi, vəssalam”. Lakin biz bu fraqmentin üzərinə bir qədər işıq salamağa qərar verdik. Azərbayacan milli-azadlıq hərəkatının liderlərindən biri və Elçibəy iqtidarının baş naziri olmuş Pənah Hüseynə qarşı iddialarla çıxış edən Süleymaninin düşdüyü “arvad məhkəməsi” nə deməkdir?
Qeyd edək ki, cənab Süleymani 2004-2006-cı illərdə Azərbaycanda səfir vəzifəsində çalışıb və bu zaman yazar və hüquq-müdafiəçisi Şəmsiyyə Bəylərqızı ilə İran hökumətindən gizli olaraq, evlənib. Ancaq daha sonra nigah pozulub. Bundan sonra Ə.Süleymani Ş.Bəylərqızına qarşı məhkəmə iddiası qaldıraraq onu pullarını mənimsəməkdə ittiham edib. Əfşar Süleymani Ş.Bəylərqızı ilə nikahından dünyaya gələn Yılmaz Süleymaninin onun oğlu olmadığını da iddia edib. Eyni zamanda, Ş.Bəylərqızı qarşılıqlı iddia qaldırıb. Ötən gün bu barədə qəzetimizə danışan Şəmsiyyə Bəylərqızı Əfşar Süleymanı ilə aralarında olan məhkəmə prosesinin artıq yekunlaşmaq üzrə olduğunu dedi: “Əfşar Süleymani valideynliyə sığmayan bir işi gördü, az sayda bir insanın edə biləcəyini edərək övladından imtina etdi. Ancaq buna baxmayaraq ekspertiza və məhkəmə bizim xeyrimizə qərar verdi. Bakıda biz 3 məhkəmə instansiyasından keçdik. Ali Məhkəmənin qərarını aldıq, atalıq hüququ təsdiqləndi. Ekspertizanın cavabı alındı və Ali Məhkəmə onu təsdiqlədi. Eyni zamanda alimentin verilməməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət olunub və 2011-ci ilin avqustunda məhkəmənin qərarı ilə onun Azərbaycandan çıxmasına qadağa qoyulub. Ancaq Sərhəd Xidməti buna baxmayaraq, qərardakı bir hərfi (”o" yaxud da “ü”) əsas götürərək qadağaya əməl etmədi. Bundan sonra qərarda düzəliş edilərək, yenidən Sərhəd Xidmətinə təqdim olunub. Hələ 2008-ci il noyabrın 17-də məhkəmə Ə.Süleymaninin aliment ödəməsi ilə bağlı qərar versə də, o, bu günə qədər aliment ödəməyib. Üçüncü məhkəmə prosesi isə mənim uşağı xaricə aparmaq hüququmla bağlı idi. Faktiki olaraq bu adamın nə Miqrasiya Xidmətində qeydiyyatı var, nə də ona yaşamaq üçün icazə verilməyib. İrana gedib gəlir, burda daimi qeydiyyatı yoxdur. Bununla bağlı olaraq məhkəmə mənim xeyrimə qərar verib". Ş.Bəylərqızının sözlərinə görə, Əfşar Süleymani məhz onunla aralarında olan anlaşmazlıqlar və nikah məsələsinə görə, 2009-cu ilin sentyabrında həbs olunub. İki aya yaxın həbsdə qaldıqdan sonra girov müqabilində azadlığa buraxılıb: “Onun İranda da məhkəməsi davam edirdi. Ancaq həmin vaxt Bakıda məhkəmə prosesi davam etdiyindən İrandakı prosesi açıq saxladılar. Pul qarşılığında zaminə buraxıldı. İran hökumətini əsas narahat edən məsələ Əfşar Süleymaninin səfir işlədiyi vaxt Azərbaycanda ailə qurması və bu barədə İran hökumətinə bəyanat verməməsidir. Amma həmin məhkəmə hələ ki, açıq saxlanılıb. Həmin vaxt Əfşar Süleymani Bakıda rəsmi orqanlardan məktublar alıb İrana apardı. İki ölkə arasında razılaşmaya görə, eyni məsələ üzrə iki ölkədə məhkəmə olsa, birində bu, təxirə salına bilər. Əfşar Süleymani də İran rəsmilərini inandırdı ki, Bakıda bəraət alacaq. Ancaq məhkəmə onun xeyrinə qərar vermədi. İndi məsələ təxirə düşüb”. Ş.Bəylərqızının deyir ki, Ə.Süleymaninin ona qarşı pul tələbi məhkəmədə sübuta yetirilməyib. Xatırladaq ki, sabiq səfir Ş.Bəylərqızının ona məxsus olan külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edirdi. Ş.Bəylərqızının sözlərinə görə, Əfşar Süleymani 3 il əvvəl İranda məhkəmə tərəfindən həbs olunmaq təhlükəsi ilə üzləşdiyi zaman siyasi proseslərə qatılıb və bununla özünü sığortalamağa çalışıb: “Əfşar Süleymani Xatəmi tərəfdarıdır. Məhəmməd Xatəmi İran prezidenti olarkən səfir vəzifəsinə təyinat alıb. Onun Xatəmi ilə maraqları üst-üstə düşürdü. Süleymani Mirhüseyn Musəvini o zaman dəstəklədi ki, həmin vaxt Bakıda onun məhkəmə çəkişmələri gedirdi. İranda da ona qarşı itiham qaldırılmışdı. Əfşar seçki prosesinə qatılmaqla ona qarşı olan məhkəmə iddialarından sığortalanmağa çalışdı. Yəni, həbs olunacağı təqdirdə ona qarşı siyasi təzyiqlərin olduğunu iddia edə biləcəkdi”. Keçmiş həyat yoldaşı iddia edir ki, Əfşar Süleymaninin Azərbaycanda və Gürcüstanda biznesi var. Eyni zamanda Bakıda himayə olunur: “Əfşar Süleymani Azərbaycan hakimiyyəti barəsində bir sıra tənqidi çıxışlarından sonra ona qarşı münasibət yaxşı deyildi. Ancaq sonradan o, bəzi məmurlarla anlaşa bildi. Eyni zamanda onun ”Azersun" şirkətinin prezidenti Abdolbari Gözəl və iranlı işadamı Paulo Pərvizlə yaxın münasibətləri, biznes əlaqələri vardı. Birgə tikinti layihələri vardı. Bu layihənin bir hissəsini indi Gürcüstana aparıblar. Gürcüstanda evlər tikib satırlar. Əfşar Süleymaninin qardaşı Şapur Süleymani isə “Azersun”da çalışır". Məsələnin maraqlı tərəfi budur ki, bunca ciddi məişət problemləri, məhkəmə çəkişmələri və öz ölkəsinin hakimiyyəti ilə konfliktləri olan, son vaxtlar İrana buraxılmayan, “başqa kişidəndir”- deyə, öz övladından imtina edən birisini ANS ciddi bir müzakirəyə tərəf olaraq dəvət edib. Həm də kimlərlə - prezident səlahiyyətli sabiq spiker (Yaqub Məmmədov), sabiq baş nazir (Pənah Hüseyn), sabiq səfir (Nəsib Nəsibli) və sair. Hansı ki, eyni efirdə vaxtilə sabiq səfir imtina etdiyi həyat yoldaşı ilə debata çıxaraq, bütün Azərbaycanı maraqlandırmışdı... Məsələlərə dair Əfşar Süleymaninin də fikirlərini almaq istədik. Lakin artıq 3-cü dəfədir ki, onunla telefon əlasqəsi yarada bilmirik. Əfşar bəyin sözü olsa, onları da dinləməyə və dərc etməyə hazırıq. KƏNAN 1451 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|