|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Müsavat Partiyasının qurultayı yaxınlaşdıqca, təşkilat daxilində təbii olaraq iddialılar da daha açıq kontekslə danışmağa başlayırlar. Müsavat Divanının üzvü Vurğun Əyyub “Bizim yol” qəzetinə verdiyi müsahibəsində deyib ki, İsa Qəmbər başqanlıqdan getmək mövqeyində qalsa, dünya dağılmayacaq: “Müsavat Partiyası qurultayını keçirəcək və yeni başqan seçiləcək. Fikrimcə, İsa Qəmbərdən sonra da partiyanın bütövlüyünü qoruyan, onu irəliyə apara bilən şəxslər var”. “Dediyiniz şəxslərdən biri Vurğun Əyyub ola bilərmi”, sualına o, belə cavab verib: “Bəli, mən özümü də həmin şəxslər sırasında görürəm. Sadəcə, mən bir sıra məsələləri götür-qoy elədim. Mənim üçün fərqi yoxdur ki, orada Vurğun Əyyub olsun və ya Qubad İbadoğlu olsun. Mənim üçün əsas odur ki, düşündüklərimi partiya həyatında realizə edə bilən adam olsun. Belə adamlardan birincisi elə Müsavatın Divan üzvü Qubad İbadoğludur. Başqan seçkiləri keçiriləcəksə, mən Qubad İbadoğlunu müdafiə edəcəyəm. Özünün gənc olması, perspektivi, beynəlxalq əlaqələri, cəmiyyətdəki müsbət imici və başqa məqamları nəzərə alaraq hesab edirəm ki, İsa Qəmbərdən sonra partiyanı ən yaxşı təmsil edəcək şəxslərdən birincisi Qubad İbadoğludur”. Elşad MƏMMƏDLİ 2358 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB |
| Yeni MÜSAVAT © 2008 |
|