 |
Siyasət
TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ 2012-02-13 Natiq Miri: “Azərbaycandakı proseslərdə aparıcı faktor qardaş ölkəyə məxsusdur”
|
Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qərbi Yaxın Şərqdə demokratiyanı təhlükəsizliyə qurban verməməyə çağırıb. Bunun ardınca o, hakimiyyətlərin atadan oğula keçdiyi dövrün artıq arxada qaldığını bəyan edib. Bir sıra siyasi təhlilçilər hesab edir ki, Türkiyənin xarici işlər naziri bu bəyanatla həm Azərbaycan kimi ölkələrə də işarə etmiş olub. Siyasi təhlilçilərin fikrincə, Türkiyənin əsas maraq dairəsinə daxil olan ölkələrdən birinin Azərbaycan olduğu nəzərə alınsa, bu mənada Davudoğlunun bəyanatında Azərbaycanın da nəzərdə tutulduğu şübhəsizdir. XİN rəhbərinin bu cür bəyanatla məhz Vaşinqtonda çıxış etməsinin də təsadüfi olmadığı vurğulanır.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, bəyanatın məhz ABŞ-da verilməsi avtoritar və totalitar rejimlərin sonunu gətirmək yönündə konkret qərarların olduğu və bu qərarlarda Türkiyənin ciddi rol aldığı deməkdir: “Bu qərarların həyata keçirilməsi yönündə bir ilə yaxındır başlanan prosesləri izləyirik. Əhməd Davudoğlunun dediyi bu gerçəyin sadəcə, onun dili ilə ifadəsidir. Artıq dünyanın bütün güc mərkəzlərində verilən bu qərar onu göstərir ki, bundan sonra dünyanın bu inkişaf ruhuna uyğun olmayan dövlətlər, rejimlər ayaqda qala bilməyəcək. Yəni bu cür inkişaf prosesini duyub və buna uyğun inkişaf edən dövlətlər, iqtidarlar ayaqda duracaq. Bu, bütün dünya dövlətlərinə, eyni zamanda Azərbaycana da aiddir. O ki, qaldı Türkiyə xarici işlər nazirinin o cür bəyanatlarının dolayısı ilə Azərbaycana da aid olduğu üçün bunun iki ölkə hakimiyyətləri arasında münasibətlərə zədə vurma ehtimalına, həmin mövqenin ortaya qoyulması təkcə Türkiyənin iradəsi ilə ortaya çıxan məsələ deyil, ona görə münasibətlərə zərbə vurmamalıdır. Türkiyənin bu cür davranışı düşmənçilik kimi qəbul olunmamalıdır və qəbul olunmayacaq. Çünki fikir verirsinizsə, Yaxın Şərqdə gedən proseslərdə Türkiyədə bir gözləmə mövqeyi oldu. Bu cür gecikmə və gözləmə mövqeyi təbii ki, Yaxın Şərqdə müsəlman xalqlar tərəfindən birmənalı qəbul olunmadı və Türkiyənin əleyhinə işləməyə başladı. Türkiyə də bunu anladı və prosesə ciddi müdaxilə etmək xəttini tutdu. Bu cür davranış da Türkiyəni yaxın şərqdə həlledici fiqura gətirib çıxardı. Artıq yaxın Şərdə İsrail yeganə həlledici və balanslaşdırıcı güc deyil. İsrail bu missiyanı Türkiyə ilə bölüşmək məcburiyyətindədir. Bu həqiqəti artıq bütün dünya qəbul etmək üzrədir”. Politoloqun sözlərinə görə, ABŞ-ın Avrasiyaya hökmranlıq etmək strategiyası var və bu strategiyada Türkiyə önəmli rol alıb: “Vaşinqton bilir ki, Avrasiyaya hökmranlıq bütün dünyaya hökmranlıq etmək deməkdir. Avrasiyaya hökmranlıq etmək projesinin içində Türkiyəyə çox vacib və həlledici bir rol ayrılıb. Türkiyə bu böyük oyunun içində öz oyununu oynayır. Bu oyunun içərisində Türkiyə həm də regional səviyyədə həlledici oyunçuya çevrilməkdədir. Türkiyə hakimiyyəti artıq bəyan edib ki, dəyişikliklər prosesində yalnız xalqların iradəsinin yanında olacaq. Yəni o xalqlar ki, dəyişikliklər istəyir Türkiyə onların yanında olacaq. Bu, həm Yaxın Şərq, həm də Türkiyənin yaxın ətrafında olan İrana və Azərbaycana da aiddir. Suriya və İran məsələsində olduğu kimi, Azərbaycandakı proseslərdə də həlledici faktor, səs Türkiyəyə məxsus olacaq. ABŞ regionda gedəcək prosesləri Türkiyənin vasitəsilə idarə etmək istəyəcək. Ona görə də şübhəsiz, Azərbaycan da daxil olmaqla region ölkələri ilə bağlı həlledici faktor Türkiyənin mövqeyi olacaq”. Etibar SEYİDAĞA 920 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|