 |
Siyasət
İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB 2012-02-13 Artıq rəhbərlikdəki bir sıra şəxslər arasında ilkin razılıq əldə edildiyi deyilir
|
Dünən Müsavat Partiyasının Şirvan şəhər təşkilatının ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda ölkədə və Şirvan şəhərində ictimai-siyasi vəziyyət müzakirə edilib. Ümumi yığıncaqda əsas müzakirə mövzusu Müsavat Partiyasının martın 3-4-də keçirilməsi planlaşdırılan 8-ci qurultayı və qurultaya hazırlıq məsələləri olub. Şirvan şəhər təşkilatının qurultay nümayəndələri seçilib. Ümumi yığıncaqda Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Valeh Hümbətoğlu iştirak edib. Müsavat Partiyasının qurultayına isə 20 gündən az vaxt qalıb. Qurultaya Bakı Əl Oyunları İdman Sarayının ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə Müsavat Partiyasının göndərdiyi müraciətə isə 3 həftə keçməsinə baxmayaraq cavab verilməyib. Belə görünür ki, hakimiyyət cavabı gecikdirməklə Müsavatı qeyri-müəyyən vəziyyətdə qoymaq və qurultay hazırlıqlarına mənfi təsir etmək istəyir. Müsavat başqanının müavini, qurultaya hazırlıq komitəsinin üzvü Gülağa Aslanlı bildirdi ki, meriyadan hələ də cavab gözləyirlər. Cavab mənfi olacağı halda hansı addımların atılacağına gəlincə isə G.Aslanlı dedi ki, bu məsələ yalnız meriyanın cavabından sonra müzakirə oluna bilər: “Müsavatın qurultayında, qonaqlarla birlikdə, təxminən 1000 nəfərin iştirakı gözlənilir. Ona görə də məkan seçimində biz bunu nəzərə almışıq. Bakı Şəhər İcra Hakimiyyəti də bu məsələləri nəzərə almalıdır”. Hakimiyyət qurultaya yer ayırmayacağı halda ali toplantının vaxtının dəyişəcəyi ehtimalına gəlincə, G.Aslanlı bildirdi ki, istənilən variantın seçilməsi Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin və partiyanın rəhbər strukturunun qərarından sonra məlum olur: “Qurultayın vaxtının dəyişməsi məsələsi hazırda müzakirə mövzusu deyil”. G.Alanlı qurultaya hazırlıq işlərinin davam etdiyini və yüksək səviyyədə qurultay keçirəcəklərini dedi. Ali toplantıya hazırlıqla yanaşı Müsavat üzvləri arasında İsa Qəmbərin partiyanın başqanı postunda qalması və bunun nizamnamə pozuntusuna yol verilmədən reallaşdırılması istiqamətində müzakirələr də gedir. İsa Qəmbərin başqanlıqda qalmasında təkid edənlərin ən optimal variantı tapdıqları deyilir. Qurultayda həmin variantın tətbiq olunması barədə partiya rəhbərliyindəki bir sıra şəxslər arasında ilkin razılıq əldə olunduğu iddia edilir. Bu variant qurultayın elan olunmuş vaxtda-martın 3-4-də keçirilməsini, iki seçkinin - Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) üzvlərinin seçkisinin qurultayda keçirilməsini, başqan seçkisinin isə bu qurultayda keçirilməməsini nəzərdə tutur. Eləcə də partiya nizamnaməsinə heç bir dəyişiklik edilmir. Qurultay sadəcə, başqanın səlahiyyət müddətini uzadır. Bununla da İsa Qəmbər 2013-cü il prezident seçkilərinə qədər başqan qalır. Beləliklə, həm Müsavat prezident seçkilərinə İsa Qəmbərin başqanlığı altında gedir, həm də nizamnamə pozuntusuna yol verilmir. Müsavat Partiyası MNTK sədri İbrahim İbrahimli də bu variantın mümkünlüyünü və onun nizamnamə pozuntusu olmadığını təsdiqləyib. İsa Qəmbər isə nə bu variant barədə, nə də ümumiyyətlə başqan seçkisi mövzusunda heç bir fikir bildirmir. ETİBAR 2290 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|