23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

2012-02-13

Pənah Hüseyn: “Bu məsələdə seçim iqtidarındır”

İctimai Palatanın bəzi bəyanat və açıqlamalarında “Euorvision” musiqi yarışması mərkəzi xətt almaqdadır. İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli qurumun son sessiyasında bəyan edib ki, “Eurovision” Azərbaycan üçün bir fürsətdi. İP qətiyyən bu tədbirin ölkəmizdə keçirilməsinə mane olmamalıdır. Əksinə, bununla bağlı dünya və iqtidara mesajlar verməlidir.

Mesaj isə bundan ibarət olmalıdır ki, ya Azərbaycandakı vicdan məhbusları azad olunmalıdır, ya da “Eurovision” üçün ölkəmizə gələn minlərlə jurnalist yalnız siyasi məhbuslardan və korrupsiyadan danışacaq. Əli Kərimli bunun üçün ciddi hazırlıqların da olduğunu açıqlayıb. Hazırlıqların bir məqamını açıqlayan AXCP sədri hakimiyyətə xəbərdarlıq edib ki, minlərlə adam siyasi dustaqların şəkilləri olan köynəklər geyinib, dünyanın hər yerindən gələn jurnalistlərin qarşısına çıxacaq: “Hakimiyyətə deyirəm ki, bu cür arzuolunmaz situasiya istəmirsə, vicdan məhbusları azad edilməlidir”.
İP-in ötən vicdan məhbusları ilə bağlı keçirdiyi Dəyirmi Masada da məhbuslar azad edilməyəcəyi halda “Eurovision” yarışmasından dünyanın diqqətinin Azərbaycanda vicdan məhbusların olduğuna yönəldilməsi üçün istifadə olunacağı müzakirə edilib. Srağagün isə İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn bizə açıqlamasında məlumat verdi ki, “Eurovision” mahnı yarışması öncəsi həm vicdan məhbuslarının azad olunması tələbi ilə, həm də ümumiyyətlə, ölkədəki vəziyyətlə, islahatlar tələbi ilə kütləvi etiraz aksiyalarının keçirilib-keçirilməməsi İctimai Palatada müzakirə olunur. Ən müxtəlif aksiyaların keçirilməsi təklifləri var: “O cümlədən mənim tərəfimdən təklif olunub ki, bu məsələ xüsusi sessiyanın müzakirəsinə çıxarılsın və konkret münasibət müəyyən edilsin. Yəni bu gün üçün bu məsələ barədə hər hansı siyasi qərar yoxdur. Hesab edirəm ki, İctimai Palatanın ”Eurovision" mahnı yarışması öncəsi tutacağı mövqe hakimiyyətin vicdan məhbusları ilə bağlı tutacağı mövqe ilə əlaqəli olmalıdır. Qərar qəbul edilərkən baxılmalıdır ki, vicdan məhbusları azadlıqdadır, ya yox. Dünyanın bir sıra nüfuzlu beynəlxalq insan haqları təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınmış 16 vicdan məhbusunun olduğu bir şəraitdə “Eurovision” kimi tədbirin burada keçirilməsi anormal hal olar. Xüsusən buna bizim sükut etməyimiz və heç nə olmayıbmış kimi davranmağımız da mümkün deyil. Bunu nə bizim öz vicdanımız, nə tərəfdarlarımız qəbul edər. Azərbaycan cəmiyyəti də bunu başa düşməz".
P.Hüseyn vurğuladı ki, ümumi yanaşmada İctimai Palata “Eurovision” kimi böyük bir tədbirin Azərbaycanda keçirilməsinin əleyhinə olmayıb, indi də əleyhinə deyil və bunun dövlətimizin təbliği üçün istifadə olunmasını məqsədəuyğun hesab edir: “Bu məsələdə seçim İctimai Palatanın yox, iqtidarındır. ”Eurovision"un mümkün qədər normal keçməsi iqtidar vicdan məhbuslarını azad etsə, təbii ki, vicdan məhbusları məsələsi ilə bağlı həmin yarışma qabağı aksiyalar da olmayacaq, vicdan məhbusları azad edilsə həmin yarışma öncəsi ümumiyyətlə, kütləvi aksiyalar keçirilməsində İctimai Palatanın tərəddüdlər götürməsi də mümkündür".

E.SEYİDAĞA

1247 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008