|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Sabah saat 12-də İctimai Palata son zamanlar qəzetlərə təzyiqlərin artması, xüsusən də qəzetlərin yayımına maneələr yaradılması ilə bağlı Dəyirmi Masa keçirəcək. İP Koordinasiya Şurasının üzvü Mehriban Vəzirin bu toplantının keçirilməsi üçün ciddi zərurət yarandığını bildirdi. Müstəqil mətbuatın durumu, qəzetlərin yayımı ilə bağlı kritik vəziyyət yarandığını söyləyən KŞ üzvü vəziyyətin ciddiliyini nəzərə alan İctimai Palatanın məsələnin ictimai müzakirəyə çıxarılmasını qərara aldığını və bu toplantıda təkcə jurnalistlərin deyil, hər kəsin ciddi yanaşaraq iştirak etməsinin vacibliyini dedi: “Azad mətbuatın susdurulması cəmiyyət üçün böyük təhlükədir. İctimai Palata ictimaiyyət üçün böyük əhəmiyyət kəsb eləyən problemləri qaldırır, onların müzakirəsini təşkil edir, həlli yollarını axtarır. Çox təəssüflər olsun ki, mətbuata təzyiqlər səngimir. Əksinə bir qədər də artıb. Elə bu yaxınlarda ”Azadlıq" və “Yeni Müsavat” qəzetlərinin nazirin oğlunun şikayəti ilə cərimələnməsi göstərdi ki, azad mətbuat hədəfdədir. İcra hakimiyyətindən asılı olan məhkəmə sisteminin əli ilə qəzetlər sıxışdırılır. Başqa bir problem isə ondan ibarətdir ki, hakimiyyət ən müxtəlif üsulları tətbiq etməklə mətbuatı zəiflədir. Bu üsullardan biri mətbuatın yayılmasına problemlər yaratmaqdır. Əl yayımın qarşısı alınıb. Mümkün qədər əhalinin az hissəsinin mətbuatla təmasda olmasına nail olmağa çalışırlar. Qəzet köşklərinin götürülməsi, onların yerinə başqa köşklərin qoyulmaması prosesi gedir. Bəzi yerlərdə isə yeni görkəmdə köşklər qoyulur ki, onlar bir başa hakimiyyətin nəzarətindədir. Həmin köşklərdə demək olar ki, qəzet satışı həyata keçirilmir. O köşkləri təşkil edən və işlədənlər üçün qəzet satışı sonuncu dərəcəli məsələdir". ETİBAR 144 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB |
| Yeni MÜSAVAT © 2008 |
|