 |
Siyasət
“AZƏRBAYCAN XARİCİ TƏHDİDLƏR QARŞISINDA İMMUNİTETSİZ VƏZİYYƏTDƏDİR” 2012-02-19 Natiq Miri: “Qarabağ məsələsi ən azı yaxın 2-3 ildə NATO-nun prioriteti olmayacaq”
|
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev fevralın 15-də Brüsseldə NATO Baş katibi Anders Foq Rasmussenlə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Rasmussen deyib ki, Azərbaycan və NATO bir çox ümumi dəyərləri bölüşür, müxtəlif sahələrdə əməkdaşlıq edir: “Biz NATO-nun Əfqanıstandakı əməliyyatlarına verdiyi dəstəyə görə Azərbaycana minnətdarıq. Və Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün ötən il imzalanan Fəaliyyət Planı üzrə də işlərin gedişindən məmnunuq”. Prezident İlham Əliyev isə bildirib ki, Azərbaycan NATO ilə əməkdaşlığa və inteqrasiyaya böyük önəm verir. İlham Əliyev deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Qeyd edək ki, bir çox müşahidəçilər Azərbaycan prezidentinin Brüssel səfərini Qərb-İran qarşıdurması fonunda gerçəkləşdirilməsinə diqqət çəkir və əsas müzakirələrin bu mövzularda aparıldığını qeyd edir. Siyasi şərhçi Natiq Mirinin sözlərinə görə, Azərbaycan və NATO arasında münasibətlər əməkdaşlıq səviyyəsində davam edir və beynəlxalq təşkilatın Azərbaycanla bağlı əsas marağı Əfqanıstana yüklərin daşınmasında Bakının verdiyi dəstəkdir. N.Miriyə görə, rəsmi Bakının NATO-ya inteqrasiya prosesini ləngitməsi ölkəmizin maraqlarına cavab vermir: “Azərbaycan və NATO arasında münasibətlər əməkdaşlıq səviyyəsində davam edir. Üstəlik, Əfqanıstana göndərilən yüklərin 3-də biri Azərbaycan ərazisindən keçməklə aparır. Bildiyimiz kimi, NATO hələ 2014-cü ilə qədər Əfqanıstanda qalmağı planlaşdırır. Bu istiqamətdə NATO-Azərbaycan münasibətlərinin bundan sonra da davam edəcəyi aydındır. Ancaq çox təəssüflər ki, münasibətlər bundan o tərəfə inkişaf edə bilmir. Çünki Azərbaycan hakimiyyəti balanslaşdırılmış siyasət aparır və hesab edir ki, NATO-a üzvlük istiqamətində atılan addımlar qonşu Rusiyanı qıcıqlandıra bilər. Bu baxımdan da Azərbaycan beynəlxalq təşkilatla məsafə saxlayır, neytral ölkələr qrupuna üzv oldu. Mən hesab edirəm ki, bu, Azərbaycan dövləti tərəfindən atılan çox yanlış bir addım idi. Çünki indiki məqamda, Azərbaycanın bir neçə istiqamətdə təhdid olunduğu bir zamanda neytral qalmayıb, dünyanın əsas güc mərkəzlərindən biri olan NATO ilə ciddi əlaqələr qursaydı, ciddi inteqrasiya baş vermiş olsaydı, mənə elə gəlir ki, Azərbaycan öz təhlükəsizliyinə qarant ala bilərdi. Məhz bu yanlış siyasət nəticəsində İran və ölkəni təhdid edən digər təhlükələr qarşısında Azərbaycan bir növ immunitetsiz vəziyyətdədir. Bu baxımdan mən düşünürəm NATO ilə yüksək səviyyədə münasibətlər qurulmalı və Gürcüstanın atdığı addımların davamı olaraq NATO-ya inteqrasiya istiqamətində ciddi işlər görməlidir”. O ki qaldı Brüssel görüşündə Qarabağ məsələsinin müzakirəsinə, N.Mirinin qənaətinə gröə, Qarabağ münaqişəsi NATO-nun prioritetlərinə daxil deyil. Ekspertə görə, həm Qarabağ münaqişəsi, həm də İran mövzusunda hər hansı ciddi qərarların qəbulu real deyil: “Aydın məsələdir ki, Qarabağ münaqişəsi NATO-nun prioriteti deyil. Sözdə deyilmiş olsa da, bu münaqişə NATO üçün gündəm mövzusu deyil və ən azı yaxın 2-3 ildə bu münaqişənin NATO-nun gündəliyinə daxil olacağını düşünmürəm. O ki qaldı İran məsələsinə, təbii ki, bu məsələ qlobal hadisə olaraq NATO-nun gündəm mövzusunu təşkil edir. İran məsələsi prezident İlham Əliyevin Brüssel səfərində NATO baş katibi ilə görüşündə müzakirə olunub. Ancaq inanmıram ki, bu mövzuda müzakirələrdən başqa hər hansı addım atılsın. Çünki bildiyiniz kimi, İran problemində tərəf NATO deyil. Münaqişə olacaqsa, bu zaman tərəf İsrail olacaq. Və bu zaman təbii ki, ABŞ İsraili müdafiə etməyə çalışacaq. Ancaq NATO-nun bir təşkilat kimi bu prosesə qoşulacağını güman etmirəm”. KƏNAN 966 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|