23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

NEMƏT PƏNAHLININ QOHUMLARI SIXIŞDIRILIR

2012-02-20

Partiya sədrinin bacısı oğlu polis bölməsinə aparılıb

Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlının bacısı oğlu Ramin Bəylərov srağagün Nərimanov Rayon Polis İdarəsinin 5-ci bölməsinə aparılıb. Bu haqda redaksiyamıza N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verdi. H.Pənahlı bildirdi ki, R.Bəylərov N.Pənahlının uzun müddətdir yataq xəstəsi olan anası Sara Pənahlını həkim müayinəsinə aparmalı imiş.

R.Bayramov dedi ki, onu polis bölməsinə “Elit” ticarət mərkəzinin qarşısında yerləşən maşın qarajının qarşısından aparıblar: “Həmin qarajda icarəyə verdiyimiz traktor var. Qarajın yanında qoymuşdum. Orda ”parkovka"nı qadağan edən işarə də yoxdur. Gəlib gördüm ki, polislər traktorun şinlərini buraxdırıblar. Aramızda narazılıq yarananda məni bölməyə apardılar".
R.Bəylərov dedi ki, bölmənin təhqiqatçısı Aqil Cəfərov onu şərləmək istəyib: “Dedi ki, üzünə adam qoyaram. Otaqdakı kompüteri göstərib, bunu sındırıb boynuna yazaram dedi”.
R.Bəylərov dedi ki, günün sonunda heç biz izahat olmadan onu sərbəst buraxıblar.
R.Bəylərov dayısına görə təzyiqlərə məruz qaldığı qənaətindədir: “Dayımgilə az-çox kömək edənlərdən biri də mənəm. Traktorun icarəsindən beş -on manat qazanırıq. Onu da kəsmək istəyirlər”.
Qeyd edək ki, N.Pənahli xuliqanlıq maddəsi ilə ittiham olunaraq, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Leyla İLQAR

1477 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008