23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜSAVAT DEPUTAT QRUPUNUN ÜZVLƏRİ İŞSİZDİR

2012-02-20

İkram İsrafil mühacirətə getmək haqqında düşünür, İltizam Əkbərliyə isə QHT yaratmaq imkanı belə verilməyib...

Vaxtaşırı mətbuatda Milli Məclisin sabiq deputatlarının hazırkı fəaliyyəti, məşğulluq yerləri barədə materiallar dərc olunur. Həmin yazılardan görünən budur ki, parlamentin iqtidardan olan və ya hakimiyyətə yaxınlığı ilə fərqlənən eks-deputatları ən müxtəlif sahələrdə işlə təmin olunub, yaxud onlara kommersiya fəaliyyəti ilə məşğul olmaq imkanları yaradılıb.

Əslində ali qanunverici orqanın təmsilçisi kimi azı 5 illik təcrübə qazanmış şəxslərin təcrübəsindən dövlətçiliyimiz naminə istifadə olunması kifayət qədər normal hal olardı. Ancaq təəssüf ki, bu məsələdə də ayrı-seçkilik siyasəti davam edir. 2005-2010-cu illərdə Milli Məclisin üzvü kimi fəaliyyət göstərmiş Müsavat deputat qrupunun 5 üzvünün hansı işlə məşğul olduğunu öyrənmək istədik. Məlum oldu ki, müxalifətçi olduqlarına görə onların adi işlərdə çalışmasına belə imkan verilmir.
Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli ictimai-siyasi fəaliyyətdən başqa hər hansı işinin olmadığını bildirdi: “Heç kimsə bizə iş təklif etməyib”. Arzu bəy işlə bağlı müraciət etmədiyini vurğuladı: “İnşallah, biz hakimiyyətə gələcəyik, ondan sonra iş məsələlərini həll edəcəyik”.
A.Səmədbəyli bu situasiyanın onun üçün təəccüblü olmadığını qeyd etdi: “Bu gün əksər müxalifət nümayəndələri, liderlər, onların ailə üzvləri, yaxınları, ümumiyyətlə, bu hakimiyyətin siyasətini qəbul etməyən insanların böyük əksəriyyəti işsizdir. Bu da çox anormal vəziyyətdir. Fakt budur ki, bu hakimiyyət insanları çörəklə imtahana çəkir. Çox əcaib bir vəziyyətdir”.
Müsavat başqanının müşaviri İkram İsrafil dedi ki, deputatlıq fəaliyyətindən sonra hər hansı işin qulpundan yapışmaq imkanı olmayıb: “Açığı, əmək kitabçamızı da Milli Məclisdən götürməmişik. Beş illik fəaliyyətimiz dövründə yaxın hesab etdiyimiz bir neçə deputatlarla mənim aramda işlə bağlı müzakirələr olub. Həm onlar mənim işləyib-işləmədiyimlə maraqlanıb, həm də mən özüm etibar elədiyim adamlarla iş söhbəti eləmişəm. Amma bu məsələ sıradan bir məsələ olmadığından işlə təmin olunmağımız reallaşmayıb. Bu buzun sınmasına çox böyük ehtiyac var. Nə olsun ki, biz Müsavat Partiyasının üzvləriyik. Bir partiyanın üzvü olmaq o demək deyil ki, həmin adamlar işləməməlidir. Açığı, bu, başadüşülən münasibət deyil”.
İkram İsrafil qeyd etdi ki, iş təklifi olarsa, onu qəbul etməyə hazırdır: “Mən səmimi danışmağı sevirəm. Mənim ixtisasım mühəndislikdir. Bu dəqiqə elə bir situasiyadır ki, hətta hansısa idarə və müəssisədə, zavodda belə ailəni dolandırmaq üçün işləməyə hazıram. Mən böyük iddialarda da deyiləm. Hətta bir neçə müəssisə rəhbərləri ilə də dostyana söhbətimiz olub. Onlar da məni işə götürməyə ehtiyat edirlər. Amma bu vəziyyətin nə qədər davam edəcəyi mənimçün qeyri-müəyyəndir”.
İkram bəy onu da dedi ki, 7 nəfərlik ailə üzvü vaxtilə onun maaşına baxıb: “Bu gün iki övladım tələbədir, biri ödənişli təhsil alır. Ailədə isə işləyən yoxdur. Bu gün mən seçim qarşısında qalmışam. Açığı düşünürəm ki, bəlkə Azərbaycandan Rusiyaya gedim. Çünki ailəni dolandırmaq lazımdır”.
İltizam Əkbərli də işsizdir: “Mən heç yerdə işləmirəm, ailəmə də heç yerdən pul gəlmir. Allah ümidinə yaşayırıq”. Ailə tərkibinin 4 nəfərdən ibarət olduğunu deyən İ.Əkbərli onu da qeyd etdi ki, kimlərsə bu fikirləri oxuyub onların aciz durumda olduqlarını zənn etməsin. Sabiq deputat işlə bağlı heç yerə müraciət etmədiyini vurğuladı: “Bizim adımız müxalifətdir deyə, heç məktubumuzu oxuyan da yoxdur. Vəziyyəti bildiyim üçün harasa iş üçün müraciət etməyi mənasız saydım. Hətta biz QHT yaratmaq təşəbbüsündə bulunduq, ona da imkan vermədilər ki, ”müxalifətə olmaz". Hazırda Müsavatın İmişli rayon təşkilatının sədri kimi siyasi fəaliyyətlə məşğulam, İctimai Palatanın iclaslarında müntəzəm iştirak edirəm. İşimiz bundan ibarətdir".
Qəzetimizin danışmanı kimi fəaliyyət göstərən Pənah Hüseyn isə dedi ki, xalq hakimiyyəti yaxındadır: “Bu ölkənin demokratikləşməsi bir çox problemləri həll edəcək, o cümlədən də insanların iş və maddi problemini. Biz də bunun üçün çalışırıq”.
Mobil telefonuna zəng çatmadığından professor Nəsib Nəsibli ilə əlaqə saxlaya bilmədik.

E.PAŞASOY

1036 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008