23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

AXCP İZDİHAMLI MÜŞAVİRƏ KEÇİRDİ

2012-02-20

Əli Kərimli: “Avtoritarizm üzərində qələbəyə çox qalmayıb”

Fevralın 18-də AXCP-nin müşavirəsi keçirilib. Müsavat Partiyasının qərargahında keçirilən müşavirədə qələbəlik olub. Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə əsasən 2011-ci ildə AXCP sıralarına üzv olan şəxslər iştirak edib. Müşavirədə əvvəlcə partiya funksionerlərinin yeni cəbhəçilər qarşısında çıxışları olub. AXCP sədrinin müavini Gözəl Bayramlı partiyanın siyasi irsi barədə danışıb. AXCP sədrinin müavinləri Asəf Quliyev, Fuad Qəhrəmanlı partiyanın hədəfləri barədə söz açıblar. Cəbhəçilərin üzərinə düşən hüquq və vəzifələri xatırladıblar. Çıxışlarda bildirilib ki, ölkədə köklü dəyişikliklərin baş verməsi üçün bir an belə arxayınlaşmaq olmaz, dayanmadan partiya sıralarının genişləndirilməsi işi aparılmalıdır.

AXCP sədrinin müavini Nurəddin Məmmədli, partiyanın Rəyasət Heyətinin üzvü Seymur Həzi yeni üzvlərə seçimlərində yanılmadıqlarını, hazırkı mərhələdə müxalifətin yox, hakimiyyətin ağır günlər yaşadığını, dünyanın dörd bir yanından gələn təzyiqlər altında olduğunu qeyd ediblər.

Partiya rəsmilərinin çıxışları yekunlaşdıqdan sonra ötən il AXCP üzvü olanlara söz verilib. Partiyanın müxtəlif rayon şöbələrindən Samir Hüseyn, İlham Hüseynli, Ziya Zöhrab, Rüfət Əliyev, Ehtiram Mehdiyev və digərləri siyasi əqidələrinə görə qürur duyduqlarını ifadə ediblər. Çıxışçılar hakimiyyətin siyasi rəqiblərinə qarşı düşmən münasibət bəsləməsini kəskin tənqid etməklə yanaşı, bu cür davranışın onları mübarizədən çəkindirməyəcəyini də vurğulayıblar.

Milli azadlıq hərəkatının veteranlarından olan istiqlalçı deputat İbrahim İbrahimli də müşavirədə qonaq qismində iştirak və çıxış edib.
AXCP sədri Əli Kərimli çıxışında uzun illərdir cəbhəçilərin avtoritar rejimə qarşı geri çəkilmədən, mətin mübarizəsinin səbəblərindən danışıb. O deyib ki, ardı-arası kəsilməyən repressiyalara, həbslərə, basqılara baxmayaraq, cəbhəçilərin bu gün də mübarizə meydanının önündə olmasının iki səbəbi var: vətənə, ideyalara sonsuz sədaqət və məhəbbət.

Əli Kərimli partiya sıralarına yeni üzv yazılanların bu addımını yüksək dəyərləndirib. AXCP sədri xatırladıb ki, təkcə ötən il Bakının 11 rayonunda 630 nəfər partiyaya qoşulub.
Əli Kərimli qarşıda duran mübarizə haqda danışaraq avtoritarizm üzərində qələbəyə çox qalmadığını da anons edib.
Tədbirin sonunda Əli Kərimli AXCP-yə bu il başlayandan müraciət edən yeni üzvlərə vəsiqələr təqdim edib. Ötən müddətdə partiyaya 100 nəfərə yaxın yeni qoşulan olub. Onlardan müşavirədə iştirak edən təxminən 70 nəfəri partiyanın vəsiqəsini alıb.

E.SEYİDAĞA

4162 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008