23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜSAVATIN PROQRAMINDA DƏYİŞİKLİKLƏR EDİLƏCƏK

2012-02-21

Qubad İbadoğlu irəli sürülən təkliflər paketini açıqladı

Müsavat Partiyasının nizamnamə və proqramında bəzi dəyişikliklər edilməsi gözlənilir. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində məsələ müzakirə edilir və irəli sürülən təkliflər nəzərdən keçirilir. Qeyd edək ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində nizamnamə və proqramın təkmilləşdirilməsi üzərində aparılan işlərə məsul Müsavat Divanının üzvü, iqtisadçı alim Qubad İbadoğludur.

Onun verdiyi məlumata görə, hər iki sənəd üzərində işlər bu həftə yekunlaşdırılmalıdır. Proqramda və nizamnamədə hansı dəyişikliklərin gözlənildiyinə gəlincə, Q.İbadoğlu bildirdi ki, proqramda ciddi dəyişikliklər nəzərdə tutulmur: “İndiki sənəd 1998-ci ildə qəbul olunub, o vaxtdan ölkədəki mövcud dəyişiklikləri nəzərə alaraq proqrama bəzi əlavələr etmək niyyətindəyik. Bunlar Avropaya inteqrasiya, yerli demokratiya, liberal dəyərlərlə bağlıdır. Nizamnamədə dəyişikliklər üçün də təkliflər var. Lakin təkliflərin qurultayda qəbul edilib-edilməyəcəyi barədə yekun və qəti söz demək mümkün deyil. Çünki nizamnamədə dəyişiklik aparmaq hüququ qurultaya məxsusdur. Ancaq Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi qurultaya qədər nizamnaməyə təklif olunan dəyişiklikləri sistemləşdirib təqdim edəcək. Təkliflər çoxdur, onların bəziləri qəbul olunub. Ancaq nizamnamə imkan verir ki, üzvlər təklifləri qurultayda da səsləndirsinlər”.
Nizamnaməyə dəyişikliklərlə bağlı hansı təkliflərin olmasına gəlincə, Q.İbadoğlu dedi ki, bir qrup təkliflər partiyadaxili demokratiyanın genişləndirməsini əks etdirir. İkinci qrup partiyanın seçki sisteminə vahid yanaşmanı, yəni səslərin sayılması nəzərdə tutulur ki, bu da indiyə qədər problem olan üzvlüklə bağlı yaranmış çətinlikdən doğur: “Həqiqətən də partiyanın Məclis üzvü olmaq deputat olmaqdan çətindir. Çünki Məclis üzvlərinin yarısından çoxunun səsini almaq hər bir partiya üzvünə nəsib olmurdu. Ona görə də seçki məsələlərində yumşalmağa doğru təkliflər var. Üçüncü qrup təkliflər partiyanın idarə olunması ilə bağlıdır. Bura Məclisin və partiyanın ali rəhbərliyinin idarə olunması daxildir. Əsasən partiya başqanının, Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK), gənclər, qadın, rayon, şəhər təşkilatlarının sədrlərinin iki dəfə ardıcıl seçiləndən sonra yenidən namizədliyini irəli sürmək hüququnu məhdudlaşdıran məlum maddənin çıxarılması ilə bağlı təklifdir”.
Q.İbaoğlunun dediyinə görə, yeni institutların yaradılması ilə əlaqədar təkliflər də var: “Məsələn, təklif edilir ki, başqan postu qalsın, amma sədr postu da yaradılsın. Amma bunların heç biri Təşkilat Komitəsi tərəfindən qəbul olunmadı. Hətta iki dəfə ardıcıl seçiləndən sonra yenidən namizədliyini irəli sürmək hüququnu məhdudlaşdıran məlum maddənin çıxarılması ilə əlaqədar Təşkilat Komitəsində vahid mövqe yoxdur. Ona görə Təşkilat Komitəsi adından bu təklif qurultaya təqdim olunmayacaq. Sadəcə, qurultay iştirakçıları özləri müzakirə zamanı təqdim edə bilərlər. Daha bir təklif isə nizamnamədəki boşluqdan irəli gəlir, 10-cu maddəyə görə rayon və şəhər təşkilatlarının sədrləri xüsusi halda özlərinin namizədliklərini verə bilərlər. Amma xüsusi hallarla bağlı açıqlama yoxdur. Ola bilər ki, keçid, ya da siyasi şəraitdən asılı dövr olsun. Təklif var ki, bunu başqana və MNTK sədrinə də tətbiq etmək üçün nizamnamədə normalar yaradılsın. Yəni nizamnamədə bu norma qəbul olunarsa, qurultay o halda səlahiyyətlərin uzadılmasını qoya bilər və bu başqana da şamil edilər. Əslində bu hal olub və praktikada da işləyib”.
Başqan seçkisinin 2013-cü ilə qədər təxirə salınması ehtimalına gəlincə, Q.İbadoğlu bildirdi ki, nizamnamədəki məhdudiyyətin aradan qaldırılmasının tərəfdarları var: “Mən onların da arqumentlərini gözəl başa düşürəm və Türkiyə, Avropa ölkələri təcrübəsində məhdudiyyət halları nəzərdə tutulmur. Şəxsən mən həmin maddənin dəyişdirilməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, İsa bəy əvvəl olduğu kimi gələcəkdə də indiki hakimiyyətdən fərqli bir mövqe nümayiş etdirir. Bu fərqli yanaşma gələcəkdə cəmiyyətimiz və qonşu ölkələr üçün örnək ola bilər. Əgər başqa partiyalar bundan bəhrələnərsə, demokratiyanın inkişafına töhfə olar. Bəli, mən maddənin dəyişdirilməsi haqqında arqumentlərini başa düşsəm də, buna getməyi məqbul saymıram. Amma nizamnaməni pozmadan qurultayın səlahiyyətində olan xüsusi hallar var ki, bununla başqanın səlahiyyətini müəyyən müddətə qədər uzatmaq imkanları var”.

Etibar SEYİDAĞA

969 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008