23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜSAVATIN QURULTAYI TƏXİRƏ SALINDI

2012-02-21

Ali tədbirin harada keçirilməsini müəyyən etmək üçün İşçi Qrupu yaradıldı

Dünən Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda partiyanın martın 3-4-nə təyin edilən qurultayına Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) yer ayırmamasından sonra yaranmış vəziyyət müzakirə edilib. Təşkilat Komitəsi BŞİH-in Müsavat Partiyasına VIII Qurultayının keçirilməsi üçün müvafiq zal verilməsindən imtina etməsini pisləyib. BŞİH-in qərarının qanunsuz olduğu vurğulanıb və qərardan məhkəməyə, dövlət orqanlarına və beynəlxalq qurumlara müraciət olunması qərara alınıb.

Müsavat başqanının müavini Tofiq Yaqublunun verdiyi məlumata görə, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi 3 saat yaxın davam edən müzakirələrdən sonra qurultayın martın 3-4-də reallaşdırılmasının mümkün olmadığı qənaətə gəlib. Vaxtın həddən artıq az qalması belə vəziyyət yaradıb ki, hakimiyyət hətta bundan sonra yer ayırsa da martın 3-4-də qurultay keçirilməsi mümkün deyil: “Qarşıdakı müddət seçkili orqanlara namizədlərin irəli sürülməsi, bir sıra təşkilati-texinki işlərin həyata keçirilməsi üçün yetərli deyil. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi qərar verdi ki, 3-4 martda qurultay keçirilməsi təxirə salınsın. Qurultaya yer müəyyənləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması və qurultay keçirilə biləcək zalların hüquqi sahibləri ilə danışıqlar aparmaq üçün İşçi Qrupu yaradıldı. Partiyanın qurultayının yaxın zamanlarda keçirilməsi məqsədəuyğun hesab edildi. Ən qısa müddətdə qurultayın keçirilməsinə normal şəraiti olan yer müəyyənləşdirildikdən sonra qurultayın keçiriləcəyi günlərin bəyan edilməsi qərara alındı. İşçi Qrupu yeni variantlar istiqamətində axtarışlar edəcək. Yeni yerlər müəyyənləşdirilib Təşkilat Komitəsinə məlumat verildikdən sonra qurultayın vaxtı təyin ediləcək və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndəriləcək. Qurultayın xaricdə keçirilməsi təklifləri də var və ciddi təkliflərdir. İşçi Qrupu bu variant istiqamətində də iş aparacaq. Bu variantın üzərində dayanılması da mümkün variantlardan biridir”.
P.S. Dünən hökumət də Müsavatın qurultayı ilə bağlı mövqeyini açıqlayıb. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA-ya deyib ki, Müsavata qurultay üçün yer ayrılmaması barədə mətbuatda yazılanlar bu partiya tərəfindən təşkil olunmuş piar kampaniyasıdır. Müsavat da daxil olmaqla dövlət qeydiyyatından keçmiş partiyaların əksəriyyətinə qurultay üçün müvafiq yerlər indiyədək ayrılıb, bundan sonra da ayrılacaq: “Bakı Şəhər İcra Hakimiyyəti Müsavata da qurultay keçirmək üçün müvafiq yer ayıracaq. Amma bu yer onların istədiyi, yoxsa BŞİH-in təklif etdiyi vahid yer olacaq, buna hər halda şəhər rəhbərliyi qərar verəcək”.

Etibar SEYİDAĞA

2032 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008