23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MARTDA RƏSULÇULARIN 100 MİNLİK AKSİYASI OLMAYACAQ

2012-02-21

Müqavimət Hərəkatı Rəsul Quliyevin anonsunu reallaşdırmadı

Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev bir neçə ay öncə verdiyi bəyanatda mart ayına qədər Bakıda aksiyalar keçirəcəklərini anons etmişdi. ACP lideri bildirmişdi ki, Bakıda təşkil ediləcək aksiyalar eyni zamanda bütün regionlarda davam edəcək: “Ola bilsin ki, ilk günlərdə aksiyalarda 30 min insan iştirak eləsin. Sonrakı günlərdə isə onların sayı 100 minə çatacaq”.

Mart ayına az müddət qalıb. Rəsul Quliyevin vəd etdiyi aksiyalara onun liderlik etdiyi partiyada və təmsil olunduğu Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında hazırlıq işləri gedirmi?
ACP sədri Vaqif Mahmudov bildirdi ki, hazırda gündəmin əsas məsələsi Xocalı soyqırımı ilə bağlı tədbirlərə hazırlaşmaqdır. Ona görə də bu gün konkret hansısa tarixdə etiraz aksiyalarına hazırlıq aparılmır: “Xocalı soyqırımı tədbirlərimiz başa çatdıqdan sonra Müqavimət Hərəkatında kütləvi aksiyalar məsələsi müzakirə olunacaq və qərarlarla bağlı məlumat veriləcək. Mitinqlərin konkret nə vaxt keçiriləcəyi hələ bəlli deyil. Aksiyaların kütləviliyinə gəlincə, Rəsul Quliyev deməmişdi ki, 100 min nəfərlik mitinq keçirəcəyik. Rəsul müəllim demişdi ki, ilk mərhələdə təxminən 30 min nəfərlik aksiyalar keçirilsə, sonrakı mərhələdə aksiyalarda kütləviliyin 100 min nəfərə qalxacağı mümkündür”.
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirdi ki, kütləvi aksiyaları Hərəkatın fəaliyyət formalarından biri kimi qəbul olunub: “Azərbaycanda hərəkatın pik nöqtəsinin 2013-cü il prezident seçkilərinə qədər gəlib çatmasını planlaşdırırıq. Əsas məqsəd ölkədə demokratik seçki keçirilməsinə nail olmaqdır. İndiki mərhələdə isə kütləvi aksiyalar planlaşdırılmır. İndiki mərhələ hərəkatın təşkilatlanması mərhələsidir. Yaxın bir neçə ay ərzində biz Hərəkatın Mərkəzi Aparatının, Məclisinin, rayon şöbələrinin formalaşdırılması istiqamətində işlərimizi planlaşdırırıq. İndiki mərhələdə aksiya keçirməməyimiz həm də onunla bağlıdır ki, cəmiyyətdə, ictimai rəydə aktivlik yoxdur. Aktivliyə nail olmaq üçün hesab edirik ki, öncə hərəkatın təşkilatlanması həyata keçirilməlidir”.

ETİBAR

1533 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008