|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini, 2 aprel məhbusu Əhəd Məmmədli “Mediaforum” saytının suallarını cavablandırıb. Müxalif İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirdiyi etiraz aksiyasına görə 3 il müddətinə azadlıqdan məhrum olunmuş müsavatçı gənc paytaxtdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. “Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onu vicdan məhbusu kimi tanıyır. - 2 aprel mitinqi sizin həyatınızda nə rol oynadı? - Mən 2001-ci ildən Müsavat Partiyasının üzvüyəm. Bu müddətdə çox mitinq görmüşəm. 2 aprel mitinqindən sonrakı həbsxana həyatım zamanı özümə, ətrafıma və ümumiyyətlə həyatıma yenidən baxış keçirdim. İndi əminliklə söyləyə bilərəm ki, həbsdən sonra siz daha bərk, soyuqqanlı və öz hədəflərində israrlı Əhəd Məmmədli görəcəksiniz. - Sizin, eləcə də Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının və bir neçə gənc Müsavat fəalının həbsindən sonra Gənclər Təşkilatında durğunluq yarandığını deyirlər. Bu fikirlərlə nə qədər razısız? - Təbii, bu həbslər təşkilatımıza zərbələr vurdu. Amma bu həbslərdən sonra gənclərimiz daha bərkidi və ətrafımızda birləşdi. İndi biz yumruq kimi, bir ailə kimiyik. Bu hadisələr bir daha Müsavat Gənclər Təşkilatının hakimiyyət üçün necə təhlükə olduğunu göstərdi. - Həbsxanada tapdığınız yeni məşğuliyyət nədir? - Bura da bir balaca Azərbaycandır. Burada da digər vicdan məhbusları ilə birlikdə hüquqları pozulmuş vətəndaşlarımızın hüquqlarını müdafiə edirik. - Məhkəmə prosesində xeyli adam şahid qismində sizin, eləcə də digər aksiya iştirakçılarının əleyhinə ifadə verdi. Azərbaycan reallığını nəzərə alıb onlara haqq qazandıra bilirsiniz? - Xeyr! Azərbaycan kişisinə yaraşmaz üzə durmaq! Mən məhkəmə proseslərində də bir neçə dəfə xatırlatmışam, bizim həbsimizdə günahkar olanlar bunun əvəzini ödəyəcəklər. - İndiyə qədər siyasi məhbusların həbsxana təcrübəsi göstərir ki, onlar hər hansı təxribatdan sığortalanmayıb. Belə bir vəziyyətə özünüzü hazır bilirsinizmi? - Mən özümü kifayət qədər soyuqqanlı adam hesab edirəm. 14 saylı Cəzaçəkmə Müəssisəsində 6 nəfər vicdan məhbusu var. Biz bir-birimizə arxa durmuşuq, yumruq kimiyik. Bir çox dustaq bizə böyük rəğbət bəsləyir. Bizi təxribata çəkmək elə də asan iş deyil. - Dörd divar arasında azadlıq ifadəsinin tərifini necə verərdiniz? - Məşhur şeirdə deyildiyi kimi: “Azadlığı istəmirəm zərrə-zərə, qram-qram, Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram...” - Bu il Müsavat Partiyasının qurultayı olacaq. Gənclər Təşkilatının sədr müavini olaraq başqanlığa namizədiniz kimdir? Yaxud kimin namizədliyini dəstəkləyirsiniz? - Biz Müsavat Gənclər Təşkilatı olaraq sədrimiz Tural Abbaslının ötən il dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə səsləndirdiyi kimi, Arif Hacılının namizədliyini dəstəkləyirik. Bu məsələdə mövqeyimizi, ehtiyac olarsa, Tural bəy daha ətraflı ifadə edəcək. Xəbər xidməti 886 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB |
| Yeni MÜSAVAT © 2008 |
|