23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

REAL SƏFİRLƏRLƏ GÖRÜŞLƏRƏ BAŞLADI

2012-02-22

İlqar Məmmədov Fransa səfirinə xəbərdarlıq edib

REAL Hərəkatının rəhbərliyi Bakıdakı diplomatik korpusun nümayəndələri ilə görüşlərini davam etdirir. Bu barədə təşkilatın həmsədri İlqar Məmmədovdan aldığımız məlumata görə, fevralın 20-də Fransanın Azərbaycandakı səfiri Qabriel Kellerlə görüşüb. Görüş REAL-ın mərkəzi ofisində baş tutub.

İ.Məmmədov bildirdi ki, görüşdə beynəlxalq mövzulardan tutmuş Azərbaycan-Fransa münasibətlərinə, Fransa Senatının qəbul etdiyi “soyqırım”ı inkar  qanununa qədər bir sıra məsələlərdən danışılıb: “Həmçinin REAL-ın planları haqqında ətraflı söhbətimiz oldu”. REAL həmsədri fransız səfirin “soyqırım” məsələsi ilə bağlı dediklərini açıqlamadı: “Biz bir qayda olaraq tərəf müqabilimizin yerinə onun dediklərini açıqlamırıq. Amma mən öz etirazımı səfirə bildirdim. Dedim ki, 29 fevralda bu məsələyə son qoyulmalıdır. Əks təqdirdə azərbaycanlılara bütün bunların nəyə görə baş verdiyini izah etmək mümkün olmayacaq”.
Dünən isə İngiltərənin Azərbaycandakı səfirliyində səfir Piter Beytmanla keçirilən görüşdə isə İ.Məmmədovla birgə RATİ-nin İdarə Heyətinin üzvləri Erkin Qədirli, Zöhrab ismayıl, Cəsur Sümərinli, Rəsul Cəfərov da iştirak edib.

ELŞAD

394 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008