05 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

“HÖKUMƏT ÖLKƏNİ BİRPARTİYALI SİSTEMƏ APARIR”

2009-11-25

Əli Kərimli çətinliklərə baxmayaraq, AXCP-nin seçkidən çəkilməyəcəyini deyir

“2008-ci ildə Seçki Məcəlləsinə edilən neqativ dəyişikliklər indi tətbiq olunur. Son illərdə müxalifət heç olmasa qeydiyyat mərhələsini keçməyə nail olurdu. Artıq bu imkan da aradan qalxıb. Minlərlə bələdiyyə üzvlüyünə namizədi qeydə almadılar və bu, birinci neqativ dəyişikliyin təzahürü oldu”. AXCP sədri Əli Kərimli bələdiyyə seçkilərinin qeydiyyat mərhələsini “Media forum”a dəyərləndirərkən belə deyib.

O bildirib ki, hökumət illərdir ölkəni birpartiyalı sistemə doğru aparır və partiyaların fəaliyyəti buna görə məqsədyönlü şəkildə məhdudlaşdırılır: “Əvvəllər partiyalara normal qurultay, konfrans keçirmək, seçiciləri ilə görüşmək, heç olmasa öz ofislərində işləmək imkanı tanınırdı. İndiyə qədər, görüntü xatirinə də olsa seçkidə müxalifətin iştirakına imkan yaradılırdı. Artıq hökumət hesab edir ki, belə imitasiyaya da ehtiyac yoxdur. YAP-dan başqa digər partiya və blokların seçkidə iştirakına imkan verilmir. Bələdiyyə seçkiləri rəsmən birpartiyalı seçki olacaq və YAP-dan başqa partiyanın iştirakı olmayacaq”.
AXCP sədri deyir ki, əvvəlki seçkilərdə nəticələr xalqın iradəsini ifadə etməsə də seçki kampaniyasında müxalifətin məhdud da olsa televiziyaya çıxmaq, mitinqlər keçirmək imkanı vardı: “Lakin birinci seçkidir ki, kampaniya dövründə müxalifətin nə televiziyaya çıxışı, nə də mitinqlər keçirmək imkanı olacaq. Seçki təşviqatı üçün ayrılan televiziya vaxtının hamısından YAP istifadə edəcək. Çünki hər hansı başqa müxalif partiyanın qeydiyyatdan keçməsinə imkan verilməyib. Bu da onu göstərir ki, bələdiyyə seçkiləri rəqabət mühitində keçirilməyəcək”.
Ə.Kərimli AXCP-nin neçə namizədinin qeydiyyatdan keçməsi haqda məlumatsız olduğunu deyib: “Olduqca az sayda müxalifətçi qeydiyyatdan keçib, onların sayını dəqiq bilmirik. Çünki müəyyən olunmuş vaxt başa çatsa da bu barədə heç bir məlumat verilmir. Hətta namizədliyini şəxsən irəli sürənlər də bilmir ki, qeydiyyata alınıblar, ya yox”.
AXCP sədri seçkidə iştirak edəcəklərini söyləyib: “Düzdür, vəziyyət heç də sadə deyil. 2004-cü il bələdiyyə seçkilərinə qatıldıq. Sonra təqribən indikinə bənzər mənzərə ilə qarşılaşdıq və seçkiləri boykot edib namizədlərimizi geri çağırdıq. Buna baxmayaraq, namizədlərimizin bəzilərinin adını siyahıdan çıxarmadılar və özləri onları bələdiyyələrə keçirdilər. AXCP fəalları hətta seçiləndən sonra ərizə yazıb bələdiyyələrdə təmsilçilikdən imtina etdi. Bu dəfə isə insanlar seçkidə iştiraka meylli deyildi. Biz bir neçə seçkini dalbadal boykot etmişdik. Düşündük ki, bələdiyyə seçkilərində yüzlərlə insanın ən azı iştirak imkanı var. Bunu nəzərə alıb seçkiləri boykot etmədik. Sentyabrda partiya fəalları Ali Məclisin iclasında belə sual qoydu ki, seçkilərə getməyimizi təşviq edirsiniz, bu çətinlikləri keçəndən sonra boykot qərarı verilməyəcək ki... Biz də vəd etdik ki, seçkidə iştirak etmək istəyənlərin hüquqlarına hörmətlə yanaşacağıq. Ona görə də seçkidə iştirak edəcəyik. Qeydiyyatdan keçən yüzlərlə insanın istəyinə hörmətlə yanaşacağıq”.

Xəbər xidməti

1125 dəfə baxılıb

Xəbəri paylaş

[04.02.2012] - BU GÜN İCTİMAİ PALATANIN SESSİYASIDIR

[04.02.2012] - YAP ÖTƏN İL XƏRCLƏDİYİ PULLARIN HESABANI VERDİ

[04.02.2012] - MÜXALİFƏT PARTİYALARI FƏALİYYƏTİNİ DONDURMAYIB

[04.02.2012] - RƏSUL QULİYEVİN ADAMI AYAZ MÜTƏLLİBOVA CAVAB VERDİ

[03.02.2012] - MÜSAVATÇI GƏNCLƏR AZADLIĞA ÇIXDI (FOTOLAR)

[02.02.2012] - İCTİMAİ PALATANIN SESSİYASI TƏYİN EDİLDİ

[02.02.2012] - BAŞQANLIQ MÜZAKİRƏLƏRİNƏ TAMAM, YOXSA DAVAM?

[01.02.2012] - “MƏN NECƏ DEYİM Kİ, BİRİNİ SEVİRƏM?..”

[01.02.2012] - MÜSAVATDAN ARİF HACILININ MÜRACİƏTİNƏ REAKSİYALAR GƏLDİ

[31.01.2012] - “MÜXALİFƏTİN 2013-də HAKİMİYYƏTƏ GƏLMƏK ŞANSI REALDIR”

[31.01.2012] - ARİF HACILI HƏBSXANADAN MÜSAVATÇILARA MÜRACİƏT ETDİ

[31.01.2012] - VİCDAN MƏHBUSU ŞAHİN HƏSƏNLİNİN SƏHHƏTİ PİSLƏŞİB

[31.01.2012] - KXCP-nin MƏRKƏZİ SEÇKİ QƏRARGAHI YARADILDI

[30.01.2012] - “TÜRKİYƏ MEDİASINDA BU MƏSƏLƏLƏRƏ SON QOYULMALIDIR”

[30.01.2012] - AXCP SƏDRİNDƏN AZƏRBAYCAN VƏ TÜRKİYƏ İQTİDARINA İSMARIŞ

[30.01.2012] - “HAKİMİYYƏT HEÇ YAP-ın GÜCLƏNMƏSİNDƏ DƏ MARAQLI DEYİL”

[30.01.2012] - VAQİF HACIBƏYLİDƏN SƏMƏD SEYİDOVA TƏPKİ

[29.01.2012] - İSA QƏMBƏR TÜRKİYƏDƏDİR

[27.01.2012] - “TÜRKİYƏYƏ SIRINAN OYUN DAHA MƏKRLİ PLANIN TƏRKİB HİSSƏSİDİR”

[27.01.2012] - MÜXALİFƏTÇİ LİDERƏ QURŞAQDAN AŞAĞI ZƏRBƏ

ARXIV

Yeni MÜSAVAT © 2008