23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

“ZİDDİYYƏTLƏR HAKİMİYYƏTİ DAHA DA ZƏİFLƏDƏCƏK”

2009-11-25

İsa Qəmbər: “Bu hakimiyyətin nə danışıqlar yolu ilə, nə də hərbi yolla uğur qazanacağına inamım yoxdur”
“Ziddiyyətlər onsuz da bərbad vəziyyətdə olan hakimiyyəti daha da zəiflədəcək”

Ötən həftənin ortalarında Avropa Liberal Demokrat İslahatçı Partiyalar İttifaqının İspaniyada keçirilən qurultayına qatılan Müsavat Partiyasının başqanı İsa Qəmbər vətənə qayıdıb. İsa Qəmbərlə görüşüb Avropa səfəri ilə və ölkəmizdə cərəyan edən digər siyasi proseslərlə bağlı suallarımızı ona ünvanladıq.

(əvvəli ötən sayımızda)

- Bir müddət əvvəl Xalq Cəbhəsinin yaranması ideyasını irəli sürmüşdünüz. Son vaxtlar mətbuatda bu ideyanın reallaşa biləcəyi haqda informasiyalar, açıqlamalar verilməkdədir. Sizcə, bu ideyanın həyata keçməsi mümkün olacaqmı?

“Xalq Cəbhəsinin yaranması ilə bağlı hansısa real rəsmi danışıqlar aparılması iddiası həqiqət deyil”

- Bu tipli məsələlərə bir az diqqətli yanaşılmalıdır. Bu mövzuda prosesin olduğundan daha qəti cizgilərlə göstərilməsi, qərara alınmamış məsələlərin artıq qərara alınmış kimi təqdim edilməsi düzgün deyil. Real müxalifətdə olan həmkarlar arasında fikir mübadiləsini, vaxtaşırı edilən dəyərləndirmələri Xalq Cəbhəsinin yaradılması istiqamətində danışıqlar aparıldığı kimi qiymətləndirmək həqiqəti əks etdirmir. Mən AXC ideyasını sonuncu dəfə hakimiyyət QHT-lər haqqında qanunu kobud şəkildə dəyişməyə hazırlaşanda ictimaiyyətin diqqətinə təqdim etdim. Hakimiyyət bu məntiqsiz, həddən artıq ziyanlı, vətəndaş cəmiyyətinin məhvinə yönəlmiş dəyişiklikləri qanuna əlavə etsə, ölkənin aparıcı siyasi qüvvələrinə, QHT-lərə, ictimai xadimlərə Xalq Cəbhəsini bərpa etmək, bu rejimə qarşı bir hərəkat halında mübarizə aparmaq təklifi vermişdim. İndi mən demirəm ki, yalnız bu təklifə görə, ancaq hər halda, hakimiyyət geri çəkildi və qanunu o şəkildə qəbul etmədi. Ona görə də təklifim üzərində təkid etmədim. Onu zamanın öhdəsinə buraxdım. Zaman-zaman müxtəlif siyasətçilər və partiyalar bu mövzuya qayıdırlar. Bu ideya, mövzu mövcuddur. Vaxtaşırı müxtəlif tədbirlərdə dəyərləndirilir, tərəflər müxtəlif fikirlər bildirirlər. Ancaq Xalq Cəbhəsinin yaranması ilə bağlı hansısa real rəsmi danışıqlar aparılması iddiası həqiqət deyil. Bu ideyanın nə dərəcədə aktual olduğunu və tərəflərin bu cür məsuliyyətli bir prosesə nə dərəcədə hazır olduğunu zaman göstərəcək. Ancaq bundan sonra o söhbətlər indiki mərhələdən başqa mərhələyə keçəcək. Lakin indiki halda tələsməyə və prosesləri süni şəkildə tələsdirməyə ehtiyac yoxdur.

- Parlament seçkilərinə bir il qaldığı vaxtda hakimiyyətdəki ayrı-ayrı qrupların, oliqarxların arasında mübarizənin şiddətləndiyi müşahidə olunur. İqtidardaxili proseslər haqda hansı fikirdəsiniz və qruplararası mübarizə hakimiyyətə nə vəd edir?

- Mən bir qədər əvvəl dedim ki, dairə qapanmaqdadır. Dairənin qapanmasının əlamətlərindən biri kimi də hakimiyyətin daxili siyasətindəki yanlışlıqlarına, görməmişliyinə işarə etdim. Bu hakimiyyət bütün sahələr kimi iqtisadiyyatı da tam şəklidə öz monopoliyasına alıb. Ölkədə özlərindən başqa bizneslə məşğul olan ciddi bir dairə qalmayıb. Hər şeylə özləri məşğul olurlar. Aydın məsələdir ki, artıq digər bütün qüvvələri biznes məkanından sıxışdırıb çıxartdıqları üçün indi özləri-özləri ilə qarşı-qarşıya qalıblar. Öz mülkiyyətlərini, təsirlərini artırmaq uğrunda addım atanda bir-birilərinə qarşı çıxmalı olurlar. Artıq onların biznes sahəsində dalaşacağı, sıxışdıracağı başqa bir iqtisadi subyekt, ciddi bir şirkət qalmayıb. Ona görə də hakimiyyətin öz içində münasibətlərin kəskinləşməsi labüddür. Bu davam edəcək. Və təbii ki, ziddiyyətlər onsuz da bərbad vəziyyətdə olan hakimiyyəti daha da zəiflədəcək. Onu da qeyd edim ki, Müsavat Partiyası öz siyasətini bunun üzərində qurmaq fikrində deyil. Çünki hakimiyyətin daxilində bir qrup insanın bir-birini qırması Müsavat Partiyasında əlavə bir resurs kimi dəyərləndirilmir. Bütün bu proseslər hakimiyyət üçün nə qədər ağrılı nəticələrə gətirib çıxaracaqsa, ölkə üçün də ciddi təhlükələr yaradır. Ona görə də hamı vəziyyətin ciddiliyini dərk etməli, məsuliyyətli qərarlar qəbul eləməlidir.

- Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sarkisyanın görüşü bu dəfə də Qarabağla bağlı həlledici addımın atılması ilə yekunlaşmadı. İlham Əliyev bu görüşdən öncə bəyan edib ki, Azərbaycan nəticəsiz danışıqlarda uzun müddət iştirak etmək fikrində deyil. Ölkə başçısının bəyanatından aydın sezilirdi ki, Azərbaycan Qarabağı azad etmək üçün müharibə variantına əl atmağın yaxınlığındadır. Azərbaycan müharibəyə başlaya bilərmi? Başlasa, savaşdan necə çıxar?

- Bu hakimiyyətin yanlışlarını, səhvlərini o qədər görmüşəm ki, indi hansısa sahədə düzgün qərar qəbul edə biləcəyinə inamım xeyli azdır. Ona görə istərdim ki, hakimiyyət torpaqlarımızın işğaldan azad edilməsinin zəruriliyi kimi ciddi məsələlərdə səmimi olsun. Cəmiyyətlə, ölkənin aparıcı siyasi qüvvələri ilə danışılmadan Qarabağ məsələsində hansısa ciddi qərarların qəbul edilməsi ciddi uğur gətirməz. Yalnız cəmiyyətin ortaq mövqeyi hansısa qərarları hansısa istiqamətdə hazırlamağa zəmin yarada bilər. Bu hakimiyyətin nə danışıqlar yolu ilə, nə də hərbi yolla uğur qazanacağına inamım yoxdur.

- Hesab edirsinizmi ki, Azərbaycanın hərbi yoldan başqa variantı qalmayıb?

- Bilirsiniz ki, Müsavat Partiyası Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır. Hesab edirik ki, sülh yolunun potensialı tükənməyib. Sadəcə olaraq, bu yolun düzgün istifadə edilməsi məsələsi var ki, hakimiyyət bundan yararlana bilmir. Azərbaycan hakimiyyəti məsələnin sülh yolu ilə həll olunması üçün zəruri olan istiqamətlərdə addımlar atmayıb. Bu, iqtisadiyyatın yalançı rəqəmlərlə deyil, doğrudan da reallıqda inkişaf etdirilməsi, ordunun gücləndirilməsi, diplomatiyanın təkmilləşdirilməsi ilə bağlı olan məsələdir. Bu, Azərbaycanın demokratik qərarlar qəbul etmək, azadlıqların məhdudlaşdırılmasına son qoyulması zərurətidir. Yəni bu istiqamətlərdə addımlar atılmalıdır. Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində prinsipial qərarları qəbul etməlidir. Yalnız bu halda Azərbaycan sülh yolunun yaratdığı imkanlardan istifadə edə və torpaqlarını işğaldan azad etməyə nail ola bilər.

- Qarabağdan söz düşmüşkən, Qarabağ və Respublika Uğrunda Hərəkat xeyli vaxtdır toplanmır. Hərəkatın artıq mövcud olmadığını söyləmək olar?

“Qarabağ və Respublika Uğrunda Hərəkatı bitmiş hesab eləmək olar”

- Məsləhət görərdim ki, bu məsələdə sizin də bildiyiniz həqiqətlər olduğu kimi ortaya qoyulsun. Müsavat Partiyası məsələyə prinsipial yanaşma ortaya qoyub. Təəssüf ki, cəmiyyət, mətbuat, eyni zamanda bizim hərəkatdakı tərəfdaşlarımız gerçəyin nədən ibarət olduğunu bilsələr də, məsələdə prinsipial mövqe tutmağa maraq göstərmədilər. Ancaq bu, vəziyyəti dəyişmir. Bir gerçək var və hamı tərəfindən dərk edilir. Müsavat Partiyası bu məsələ ilə bağlı prinsipial mövqe ortaya qoyub. Digər partiyalar isə həmin məsələ ilə bağlı prinsipial mövqe ortaya qoymadıqları üçün Qarabağ və Respublika Uğrunda Hərəkatı bitmiş hesab eləmək olar. Əslinə qalsa, bunu hamı bilir. Bu, bitib. Yeni mərhələdə real müxalifət partiyaları hansı formatda, nə şəkildə əməkdaşlıq edəcək, bunu zaman göstərəcək.

Etibar SEYİDAĞA

2601 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008