 |
Siyasət
İKİ DEPUTAT BİR-BİRİNƏ DEYİLMƏYƏNİ BURAXMADI
Elmira Axundova ilə Qüdrət Həsənquliyevin davası daha da qızışdı
|
Milli Məclisin yaz sessiyasının ilk iclasında BAXCP sədri Qüdrət Həsənquliyevlə onun bitərəf deputat həmkarı Elmira Axundova arasında baş verən mübahisə sərt ittihamlara keçib. Qeyd edək ki, sözügedən iclasda Q.Həsənquliyev tez-tez əfv fərmanlarının imzalanmasını və amnistiya aktının qəbulunu dövlətin cinayətkarlığa qarşı mübarizəsinə zərbə hesab edib. Deputat həmkarı isə onun dediklərinə cavabında deyib ki, Əfv Komissiyasının üzvü olandan bəri 7-8 min adam əvf edilib və onlardan cəmi 5-10 nəfər təkrar cinayət törədib. Ancaq Q.Həsənquliyev bundan sonra bir daha mövzuya qayıdaraq xanım həmkarına sərt cavab verib. O deyib ki, qardaşı Nadir Həsənquliyev sifarişlə qətlə yetirilib və üç övladı, ailəsi başsız qalıb: “Mənim qardaşımı sifarişlə qətlə yetiriblər. Elmira Axundova Əfv Komssiyasının hər iclasında məsələ qaldırır ki, qardaşımı qətlə yetirən killer azadlığa buraxılmalıdır. Bu iş onun ailəsinin başına gəlsə, belə edərdimi? Axı o da anadır. Mən bilirəm ki, Elmira xanım nəyin müqabilində bunu edir. Bu adam nə Əfv Komissiyasına üzv olmağa, nə də Milli Məclisdə oturmağa layiqdir”. Dünən bu ittihamlarla bağlı E.Axundovaya müraciət etdik. O bildirdi ki, Q.Həsənquliyevin fikirlərinə cavab hazırlayır və az sonra cavabını redaksiyamıza göndərdi.
Elmira Axundova: “Buqələmun xasiyyətli Qüdrət Həsənquliyev kimilər Milli Məclisdə oturmağa layiq deyillər”
E.Axundova yazır: “Qüdrət Həsənquliyev iddia edir ki, Elmira Axundova Əfv Komissiyasının hər iclasında məsələ qaldırır ki, qardaşımı qətlə yetirən killer azadlığa buraxılmalıdır. Bildirmək istərdim ki, bu ağ yalandır. Onun qardaşını öldürən cinayətkar haqqında məsələ Əfv Komissiyasının iclasında üç-dörd il bundan əvvəl bir dəfə gündəmə gətirilmişdi. Biz o iclasda ömürlük həbs cəzasını almış məhbuslar haqqında müzakirələr aparırdıq və siyahını təhlil edirdik. Mənə həmin qatilin bacısı ərizə ilə müraciət etmişdi ki, qardaşının ömürlük həbs cəzası alması ədalətsizdir, çünki o, heç vaxt killer olmayıb, cinayəti birinci dəfə törədib, Qüdrət Həsənquliyevin qardaşını ekstremal şəraitdə, dostunun Nadir Həsənquliyev tərəfindən döyüldüyünü görüb öldürmüşdür, sonra isə polisə özü könüllü təslim olmuşdur. Ona ən çoxu 15 il düşürdü. Lakin Qüdrət Həsənquliyev bütün təsir mexanizmlərini işə saldı, həm istintaqa, həm də məhkəməyə ciddi təsir göstərərək, qatilin ömürlük həbs cəzası almasına nail oldu. Qarşı tərəf iddia edirdi ki, bu məhkəmə qərarı sırf sifariş xarakteri daşıyırdı. İşin materialları ilə tanış olandan sonra belə qənaətə gəldim ki, qatilin bacısının sözlərində müəyyən məntiq var. Ona görə də Əfv Komissiyasının iclasında bu cinayətkarın ömürlük həbs cəzasının 15-20 illə əvəzlənməsi mümkünlüyü ilə bağlı fikir söylədim (söhbət cinayətkarın azadlığa buraxılmasından getmirdi, çünki qatil öz cəzasını çəkməlidir). Yeri gəlmişkən, komissiyanın tərkibində olan yüksək vəzifəli məmurların bir neçəsi mənimlə razılaşdı və cavab verdilər ki, cinayətkar 10 il cəzasını çəkəndən sonra bu məsələyə qayıtmaq olar. Bu müzakirədən sonra nə mən, nə də komissiyanın başqa üzvləri həmin hadisəyə bir də toxunmadılar, bunu mənim həmkarlarım - Məlahət Həsənova, Azay Quliyev təsdiq edə bilərlər. Maraqlısı ondan ibarətdir ki, komissiyada müzakirə edilən məsələ səhərisi gün təfərrüatı ilə Qüdrət Həsənquliyeva çatdırıldı, halbuki komissiya üzvlərinə orada gedən müzakirələr haqqında kənar şəxslərə xəbər vermək qadağandır". Xanım deputat daha sonra əlavə edib: “Başa düşə bilmirəm ki, nəyə görə Qüdrət Həsənquliyev təşvişə düşüb və 4 il bundan qabaq olan hadisəni indi yada salıb? Yəqin ona görə ki, qarşı tərəf də susmur, həm ölkə prezidentinə, həm də Avropa Məhkəməsinə yazır. Və haçansa bu işə təzədən, daha ədalətli baxıla bilər. Öz şəxsi maraqları naminə Əfv Komissiyasının fəaliyyətinə və prezidentin humanist siyasətinə kölgə salmaq ən azı insafsızlıqdır. Qüdrət Həsənquliyev istehza ilə soruşur: ”Bu iş onun ailəsinin başına gəlsə, belə edərdimi?" Təəssüf ki, bu iş ailəmin başına gəlib və 1979-cu ildə mən cavan, çox istedadlı insan olan, yazıçı, kinodramaturq qardaşımı itirmişəm. O, müəmmalı şəkildə Bakıda qətlə yetirilmişdi. O vaxt istintaq zamanı qatil tapılmadı və işi bağladılar. Ona görə də mən Qüdrət Həsənquliyevin ağrısını çox gözəl başa düşə bilirəm, lakin onun ədalətsiz, qərəzli hərəkətlərini heç bir halda bağışlamıram. Bu insan daima qisas almaq eşqi ilə yaşayır və bu hisslərin əsirinə çevrilib". E.Axundovanın sonrakı fikirləri daha sərtdir: “O ki qaldı mənim Milli Məclisdə oturmağa layiq olmağıma, mənə olan qiyməti 1996-cı ildə Azərbaycan yazıçılarının qurultayında dahi Heydər Əliyev - ”Elmira xanım çox dəyərli bir insandır" deməklə, 2003-cü ildə isə məni “Şöhrət” ordeni ilə təltif edərkən vermişdi. Min bir mənsəbə qulluq edən, adını müxalifət qoyub gizlində bir neçə cəbhəyə işləyən, buqələmun xasiyyətli Qüdrət Həsənquliyev kimiləri Milli Məclisdə oturmağa layiq deyillər və bu həqiqəti bütün xalq bilir".
Qüdrət Həsənquliyev: “Bu qadın kimlərəsə yarınmaqla iyrənc oyunlarda iştirakına görə bağışlanacağını güman edir”
Bütün bunlara Q.Həsənquliyevin necə reaksiya verdiyini öyrənmək istədik. BXCP sədri həmkarının qeyri-səmimi olduğunu bildirdi: “Əgər həqiqətən də ona belə bir ərizə daxil olmuşdusa, qarşı tərəfin bu hadisə barədə məlumatı yox idisə, mənim fikirlərimi öyrənə bilərdi. Yəni təkcə şikayətçinin ərizəsi əsasında Əfv Komissiyasında fikrini bildirməzdi. Yaxud iş materialları ilə tanış olub sonra məsələ qaldırardı. Bütün bunları etməməsi onu göstərir ki, bu adam əvvəldən məqsədli şəkildə qərəzli olub. İkincisi, mənim qardaşımın məhkəmə prosesi o dövrdə demək olar ki, bütün mətbuatda işıqlandırılıb, proses açıq keçirilib. Hamı bilir ki, mənim qardaşım nəinki kimisə döyməyib, heç kiməsə barmağının ucu ilə də toxunmayıb. Sadəcə, bildirib ki, ”siz kimsiniz camaatı aldadıb onun pulunu qaytarmırsınız?" Söhbət mənim bacımın kürəkənindən gedir. Yəni bu qadın qardaşım barəsində növbəti yalan danışıb". Q.Həsənquliyev E.Axundovanın onun barəsində işlətdiyi sərt fikirlərinə də reaksiya verdi: “Bu qadın Heydər Əliyevin adından istifadə edib özünü sığortalamaq istəyir. Amma elə onun Heydər Əliyev haqqında yazdığı kitabın təqdimatındakı çıxışına görə Sirus Təbrizli YAP-dan xaric olundu. Bu qadın Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin tərkibindən çıxarıldığını unutmasın. İndi bu qadın kimlərəsə yarınmaqla güman edir ki, iyrənc oyunlarda iştirakına görə onu bağışlayacaqlar. Amma bu qadının kimliyini hamı bilir”. E.PAŞASOY 2669 dəfə baxılıb
|
[29.07.2010] - XALİQ BAHADIR AXCP RƏHBƏRLİYİNİ İTTİHAM ETDİ [29.07.2010] - MİRMAHMUD MİRƏLİOĞLU AXCP-yə CAVAB VERDİ [29.07.2010] - HÖKUMƏT ƏLİ ƏLİYEVİN PARTİYASINA 105 MİN MANAT VERİB [29.07.2010] - MERİYA MÜSAVATIN MİTİNQİNƏ YENƏ İCAZƏ VERMƏDİ [29.07.2010] - MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏ YENİ BİRLİK YARANIR [29.07.2010] - ASƏF KƏRİMOV AXCP-dən NİYƏ GEDİB? [29.07.2010] - AMİP-ə DAHA IKI GURULTULU TRANSFER OLACAQ [28.07.2010] - AXCP DUİ-nin BİRLİKDƏ OLMASINA QARŞIDI [28.07.2010] - BU İSTİDƏ QALSTUKDAN İMTİNA EDƏKMİ? [28.07.2010] - YAP-da SEÇKİ KÜLƏYİ BAŞLAYIB [28.07.2010] - MÜSAVATIN SƏDRLƏR ŞURASI DİVANIN QƏRARINA ETİRAZ ETDİ [27.07.2010] - MÜXALİFƏT İQTİDARDAN MİTİNQ MEYDANI İSTƏDİ [27.07.2010] - AXCP MÜSAVATLA BİRLƏŞMƏ QƏRARINI AVQUSTDA VERƏCƏK [27.07.2010] - MSK-dan “FACEBOOK”da TƏBLİĞAT APARANLARA XƏBƏRDARLIQ [27.07.2010] - ŞƏMKİRDƏ MÜSAVATÇILARLA CƏBHƏÇİLƏR BİRLƏŞDİ [27.07.2010] - TAPDIQ ABBAS MÜSAVATDAN ÇIXARILMADI [26.07.2010] - İSA QƏMBƏRLƏ ƏLİ KƏRİMLİ ARASINDA FİKİR AYRILIĞI? [25.07.2010] - MÜSAVATDA BİRLƏŞMƏYƏ MÜQAVİMƏT VAR? [25.07.2010] - TAPDIQ ABBAS MÜSAVATDAKI RƏQİBLƏRİNƏ BARMAQ SİLKƏLƏDİ [25.07.2010] - YAP-da ƏNƏNƏVİ “TƏZƏ-KÖHNƏ” DAVASI BAŞLAYIB ARXIV
|