14 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

OQTAY ƏSƏDOVUN HƏDƏLƏDİYİ DEPUTATLAR KİMLƏRDİR?

Fazil Mustafa: “Spikerin hədələri mənə ünvanladığını güman etmirəm”
Fəzail Ağamalı: “Tamamilə əminəm ki, bu barədə faktlar spikerə bəllidir”
Nazim Məmmədov: “Cənab sədr özü hər şeyi yaxşı bilir”

Milli Məclisin yaz sessiyasının ilk iclasında spiker Oqtay Əsədovun bir qrup deputatdan narazılığını sərt şəkildə ifadə etməsi mətbuata yeni mövzu verib. Qeyd edək ki, parlament sədri konkret ad çəkməsə də, Milli Məclisi fəaliyyətsizlikdə ittiham edənləri sərt dillə tənbeh edib. O.Əsədov yaz sessiyasının üçüncü çağırış Milli Məclisin sonuncu tam sessiyası olduğunu xatırladıb deputatları ləyaqətli olmağa çağırıb: “Ona görə bu sessiyasını indiyədək necə olubsa, gərək bundan sonra da ləyaqətlə aparaq. Amma mən televiziyaya baxanda, mətbuatı oxuyanda bəzən təəssüf hissi keçirirəm. Bəzi deputatlar deyirlər ki, Milli Məclis işləmir, səlahiyyəti yoxdur, olan səlahiyyətini də yerinə yetirmir. Baxmayaraq ki, olar öz aramızda oturublar, amma belə danışırlar. Belə deputatlar mövqesiz deputatlardır”.

Spiker bildirib ki, kimin necə işlədiyini, qanun layihələri hazırladığını hamı yaxşı bilir: belə deputatların işi yalnız populist şəkildə Milli Məclisdən danışmaqdan ibarətdir. Bir qrup yaranıb ki, işləri yalnız Milli Məclisdən danışmaqdır. Elə bil özləri Milli Məclisdə işləmirlər, Amerikada yaşayırlar. Bunun köklü səbəbləri var. Mən bunun səbəblərini demək istəmirəm. Milli Məclis necə işləmir ki, dörd ildə 938 qanun qəbul edib? Ona görə də işimizdə diqqətli olaq və işimizi şərəf və ləyaqətlə başa vuraq".
Göründüyü kimi, spiker açıq-aşkar ona qarşı fəaliyyət göstərən qruplara mesaj verib. Hakimiyyətin digər qollarında olduğu kimi, Milli Məclisdə də ayrı-ayrı nazir-oliqarxların nəzarətində olan qruplaşmaların olması barədə ötən saylarımızda bəhs etmişik. Ancaq spiker artıq pərdə arxasında gedən mübarizənin konturlarını açıq müstəviyə çıxartdı. Aydın məsələdir ki, O.Əsədov bu sözləri deyərkən parlamenti fəaliyyətsizlikdə ittiham edən müxalifətçiləri nəzərdə tutmurdu. Çünki bu kimi tənqidi fikirlər müxalifətçilər tərəfindən daim səslənib. Elə isə spiker kimləri nəzərdə tuturdu? Əlimiz çatan, özü də bəzən tənqidi ruhlu çıxışlar edən deputatlara müraciət edib onların fikirlərini spruşduq.
Bitərəf deputat Elmira Axundova dedi ki, yəqin spiker müxalifəti nəzərdə tutub. Deputat spikerin parlamentdəki qruplaşmalara xitab etdiyi barədə fikirləri bölüşmədiyini bildirdi.
Fazil MustafaBöyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirdi ki, spikerin hədələrinin ona ünvanladığını güman etmir: “Çünki mən parlamentin fəaliyyətinin həm müsbət, həm də mənfi tərəflərini dilə gətirirəm, bunda da tam sərbəstəm. Kimsəni hədəfə almaq üçün bunu etmirəm. Ümumiyyətlə, parlamentin işini təkmilləşdirmək üçün edirəm. Konkret olaraq bir neçə qanun layihəsi təqdim etsəm də, heç birinə cavab almamışam, müzakirəyə çıxarılmayıb".
F.Mustafa hesab edir ki, bu kimi məsələlərə bir az tolerant yanaşmaq lazımdır: “Millət vəkilinin istənilən şəkildə məsələlərə münasibət bildirmək hüququ var. Bunun heç də spikerə toxunulacaq, onu nəzərdə tutacaq tərəfi yoxdur. Əksinə, Oqtay müəllim gələndən sonra Məclisdə müzakirə ab-havası xeyli yumşalıb, deputatların da çıxışlarına xüsusi məhdudiyyət qoyulmur. Amma televiziyada, başqa yerlərdə müəyyən məsələlərlə bağlı konkret suallar səslənəndə mən yalandan durub deməyəcəyəm ki, verdiyim qanunlara baxılıb. Baxılmayıb axı. Mən bunu necə yalandan deyim?!”
Fəzail AğamalıAna Vətən Partiyasının sədri Fəzail Ağamalı dedi ki, o, birmənalı şəkildə spikerin fikirlərini bölüşür: “Məntiq bunu deyir ki, əgər parlament fəaliyyət göstərmirsə, onda deputatlar fəaliyyət göstərmir. Bu cür fikirləri dilə gətirən deputat öz fəaliyyətini sual altına alır və fəaliyyətini kölgə altına salır. Onlardan fərqli olaraq mən düşünürəm ki, 4 illik zaman kəsiyində parlament öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. Oqtay Əsədovun dediyi kimi, parlamentdə minə yaxın qanun qəbul edilib”. F.Ağamalı dedi ki, medianı diqqətlə izləyə bilmədiyi üçün mesajların konkret ünvanlandığını bilmir: “Ancaq mən tamamilə əminəm ki, Oqtay Əsədova bu faktlar bəllidir və kimin o mövqedə olmasından xəbərdardır. Ancaq mən həmin adları bilmirəm, bilsəydim deyərdim. Hər halda, bu fikirləri dilə gətirən adamlar mahiyyət etibarilə Milli Məclisin mövqeyinə kölgə salmaq istəyən və qərəzli mövqedə dayanan insanlardır”.
Nazim MəmmədovYAP-çı deputat Nazim Məmmədov da dedi ki, bu məsələnin ona aidiyyəti yoxdur: “Mən şübhə etmirəm ki, tənqiddən bizə pay düşmür. Hanı bilir ki, mən təəssübkeş adamam. Yəni işlədiyim yerin təəssübünü çəkirəm. Digər tərəfdən, Milli Məclisin bütün deputatlarına hörmətim var”. N.Məmmədov da ad çəkməyə çətinlik çəkdiyini dedi: “Güman edirəm ki, kimlərin hansı fikirlər söylədiyi barədə cənab sədrin daha çox məlumatı var. Ancaq onu da güman etmirəm ki, cənab sədr ancaq iqtidar, yaxud müxalifət deputatlarını nəzərdə tutub. O, öz fikirlərini ümumilikdə deyirdi. Onun fikirləri ilə razılaşmaq olar. Çünki biz telekanallardan da görürük ki, müxalifət təmsilçiləri Milli Məclisin yalnız notariat kontoru olduğunu deyiblər. Düzgün deyil. Ancaq yenə də mən konkret ünvanı göstərə bilmirəm. Mən qəzetlərdən oxuyuram ki, Milli Məclisdə qruplaşmalar var və spiker də onlara cavab verib. Mən heç bir qruplaşma tanımıram və Oqtay Əsədov da hansısa qruplaşmadan bəhs etmədi. Digər tərəfdən, mənim hansısa qruplaşmada iştirak etmək fikrim yoxdur. Mən YAP-ın üzvüyəm, ümumi məsələlərdə hər zaman partiyanın mövqeyindən çıxış etmişəm. Lakin hər bir insanın fərdi baxışı mövcuddur”.

E.PAŞASOY

2384 dəfə baxılıb

[14.03.2010] - MÜSAVATIN RAYON TƏŞKİLATLARI MİTİNQ QƏRARINI DƏSTƏKLƏDİ

[14.03.2010] - MÜXALİFƏT ƏLİ HƏSƏNOVUN DEDİKLƏRİNİ FƏRQLİ QARŞILADI

[14.03.2010] - SƏRDAR CƏLALOĞLU RƏSUL QULİYEVİ ALQIŞLADI

[14.03.2010] - “HEYDƏR ƏLİYEVİN YERİ GÖRÜNÜR”

[14.03.2010] - MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏ CİDDİ HƏRƏKƏTLİLİK

[13.03.2010] - ÜÇ MÜXALİFƏT LİDERİ, 2 GÖRÜŞ...

[13.03.2010] - SƏRDAR CƏLALOĞLU MÜSAVAT FUNKSİONERLƏRİNİ ƏRƏBƏ BƏNZƏTDİ

[13.03.2010] - HARADASAN, AZƏRBAYCAN MÜXALİFƏTİ...

[13.03.2010] - RƏSUL QULİYEV İNTERPOLUN RƏİSİNƏ CAVAB VERDİ

[13.03.2010] - MÜXALİFƏT İLHAM ƏLİYEVİ İSTEFAYA GÖNDƏRƏ BİLƏCƏKMİ?

[12.03.2010] - İSA QƏMBƏR MİTİNQLƏR ÜÇÜN YER TƏLƏB ETDİ

[12.03.2010] - DEPUTATLAR HESABATI TƏZYIQ VASITƏSI SAYIRLAR

[12.03.2010] - HAKİMİYYƏTDƏN MÜXALİFƏTİN İSTEFA TƏLƏBİNƏ REAKSİYA GƏLDİ

[12.03.2010] - MÜSAVATIN RAYON TƏŞKİLATLARI AYAĞA QALXDI

[12.03.2010] - ATƏT SƏFİRİ FAZİL MUSTAFANIN PARTİYASINA GƏLDİ

[12.03.2010] - MÜSAVATI TƏKLƏMƏK PLANI İŞƏ SALINIB

[12.03.2010] - MÜSAVAT FƏALININ OĞLUNUN QƏTLİ ARAŞDIRILIR

[12.03.2010] - SİYASİLƏR TONQALA “İSTİ” YANAŞIR

[11.03.2010] - ŞEYX QAREGİNİN BAKIYA GƏLMƏSİNİ İSTƏYİR

[11.03.2010] - HÜSEYNBALA MİRƏLƏMOV DA ADINI “QARA SİYAHI”ya YAZDIRDI

ARXIV

Yeni MÜSAVAT © 2008