10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

YAŞAR TÜRKAZƏR ƏVƏZ TEMİRXANA YAXIN TARİXİ XATIRLATDI

2010-02-04

“Liderinə xəyanəti əslində Əvəzin özü və lideri hesab etdiyi şəxs edib”

Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Azərbaycanda Rusiya FSB-sinin agenturasında olan partiya və siyasətçilər var” bəyanatında özünü görən siyasi qüvvələrin hay-küyü getdikcə şiddətlənir. Xüsusilə də Liberal Partiyanın sədr Əvəzi Əvəz Temirxanın rahatlıq tapmadığı açıq hiss olunur.

Əvəz TemirxanƏvəz Temirxan İsa Qəmbərin bəyanatından necə narahat olubsa, həyəcanlanaraq Müsavat başqanını Rusiyaya işləməkdə ittiham edib. Ona görə Əvəz bəyin həyəcanlandığını ehtimal edirik ki, İsa Qəmbərin Rusiyaya işlədiyini ancaq stress və ruhi həyəcan keçirən şəxs söyləyə bilər. Mia.az saytında isə Temirxan məhz qeyd olunan iddia ilə çıxış edib.
Ə.Temirxan Müsavat başqanını Müsavat Partiyasını yaradıb Elçibəy hakimiyyətini süquta uğratmaqda ittiham edir: “Elçibəyin hakimiyyətdən getməsində İsa Qəmbər-Elçibəy nifaqı əsas rol oynamadımı?”
Temirxanın İsa Qəmbərə qarşı sərt ittihamlarına tanınmış müsavatçı Yaşar Türkazər münasibət bildirdi. Yaşar bəy “Yeni Müsavat” vasitəsilə Əvəz Temirxana bir sıra xatırlatmalar etdi: “Əvəz Temirxan yadından çıxarmasın ki, avtoritar, antidemokratik adlandırdığı rejimin yaranmasında İsa Qəmbərin yox, Lalə Şövkətin, onun özünün rolu olub. Rejimin təməlinin qoyulması prosesində Lalə Şövkət də yaxından iştirak edib. Rejimin dövlət katibi postunu tutub. Əvəz isə dövlət katibinin köməkçisi işləyib. Bu rejimin qurulmasında can-başla iştirak etmiş birisinin başqalarına demokratiya dərsi keçməsi gülüncdür. Əvəz Temirxan hər şeyi öz arşınları ilə ölçdüyü üçün İsa Qəmbəri Elçibəyə xəyanətdə suçlayır. Liderinə xəyanəti əslində Əvəzin özü və indi lideri hesab etdiyi şəxs edib”.
Yaşar Türkazər onu da bildirdi ki, Əbülfəz Elçibəylə İsa Qəmbərin arasında nə hakimiyyətdə, nə də müxalifətdə olduqları zaman heç bir nifaq olmayıb: “Əvəz Temirxana tarix dərsi keçmək üçün bildirim ki, Müsavat Partiyası 1992-ci ildə yox, 1911-ci ildə yaradılıb. 1992-ci ildə Müsavat Partiyasının bərpa qurultayı keçirilib. Müsavat Partiyasının bərpasına əslində 1989-cu ildən başlanmışdı. 1992-ci ilin yayında Türkiyədən siyahı gəlmişdi ki, Müsavat Partiyasının bərpasında kimlər olmalıdır. O siyahıdan bircə Tamerlan Qarayevin adı çıxarılmışdı. Partiyanın bərpa olunması birbaşa Əbülfəz Elçibəyin xeyir-duası ilə reallaşdırılmışdı. Bəy özü Müsavat Partiyasının bərpasını illər uzunu arzu etmişdi. Bu arzusunun reallaşması üçün də xeyir-dua vermişdi”.
Əvəz Temirxanın siyasətdə Lalə Şövkətin hesabına qaldığını deyən Yaşar Türkazər əlavə etdi ki, Lalə Şövkət siyasətdən getsə, Azərbaycanda Əvəz Temirxan indikindən də betər heç kim olacaq: “Partiya adlandırdıqları təşkilatda 3-4 adam var. Bu səbəbdən neçə vaxtdır qurultay da keçirə bilmirlər. Bu gedişlə Əvəz Temirxan sədr əvəzi olaraq ömrünü başa vuracaq. Ancaq hər halda, artıq o, buna alışıb. Çünki həmişə nəyi və ya kimisə əvəz edib”.

Etibar SEYİDAĞA

1023 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

[08.02.2012] - “BİZ “EUROVİSİON”a KİMİ ÇOX CİDDİ AKSİYALAR KEÇİRƏCƏYİK”

[08.02.2012] - HAFİZ HACIYEVİ KİM ÖLDÜRMƏK İSTƏYİR?

[08.02.2012] - RƏSUL QULİYEV GƏNC FƏALI ÖZÜNƏ MÜŞAVİR TƏYİN ETDİ

[08.02.2012] - AZƏRBAYCAN BANKİRLƏRİ DƏ MÜXALİFƏTLƏ GÖRÜŞƏRMİ?

[08.02.2012] - SABİQ YAP-çı COŞDU

[07.02.2012] - “SİYAVUŞ NOVRUZOVA DEDİM Kİ...

[07.02.2012] - İP XALQI HƏRƏKATA QOŞMAQ PLANI HAZIRLAYIB

[07.02.2012] - İCTİMAİ PALATA VİCDAN MƏHBUSLARI İLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[07.02.2012] - VİCDAN MƏHBUSU ƏHƏD MƏMMƏDLİNİN HƏYATI TƏHLÜKƏDƏ

[07.02.2012] - YAP-çı DEPUTATIN TƏHQİRLƏRİNƏ ZİYALILARDAN SƏRT TƏPKİ GƏLDİ

[06.02.2012] - HAKİMİYYƏT MÜSAVATA CAVABI GECİKDİRİR

[06.02.2012] - NİYƏ RUSİYA MODELİ?

[06.02.2012] - İSA QƏMBƏRDƏN YAP-a İLGİNC TƏKLİF

[06.02.2012] - “SİYASƏTDƏ OLMASAYDIM, DAHA YAXŞI CƏRRAH OLARDIM”

[06.02.2012] - MÜSAVAT BAŞQANININ MÜŞAVİRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008