30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

İQBAL AĞAZADƏ DƏ MÜSAVAT BAŞQANINI İTTİHAM ETDİ

“İsa Qəmbərin açıqlamaları Azərbaycan müxalifətini parçalamaq məqsədi güdmürmü?”

“Əgər İsa Qəmbərin əlində dəlillər varsa, ortaya qoysun, hakimiyyət içindən gələn məlumatlar əsasında danışmağa ehtiyac yoxdur. Hakimiyyət daxilindəki mənbədən aldığı dezinformasiyalarla Azərbaycan müxalifətinin və seçicisinin taleyini bu şəkildə bərbad hala salmaq, nəticə etibarilə demokratik prinsiplərə belə zərbə vurmaq olmaz”.

İsa QəmbərBunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. ALP lideri Lalə Şövkətin APA-ya müsahibəsində Müsavat rəhbərliyi ilə bağlı suallarının çox məntiqli olduğunu bildirən İ.Ağazadənin sözlərinə görə, İ.Qəmbərin bu ittihamlara verdiyi cavabların bir sıra məqamları ortaya çıxarıb: “Xüsusilə İsa Qəmbər bildirir ki, xüsusi xidmət orqanları bu barədə məlumatlıdır və öz məlumat mənbəyinin də hakimiyyətin içində olduğunu deyir. Əgər Azərbaycanın hansısa strukturu siyasi partiyalar içərisində agentura şəbəkəsinə xidmət edən və Azərbaycanın mənafelərini satan qüvvələrin olduğunu bilirsə, bu partiyaların heç biri məsuliyyətə cəlb olunmursa, onda həmin orqanlar və adamlar ciddi məsuliyyət daşımalıdır. İkinci tərəfdən, İsa Qəmbər qeyd edir ki, onun informasiya mənbələri hakimiyyətin içindədir. Təbii ki, hakimiyyətin heç bir reaksiya vermədiyi və tədbir görmədiyi faktı ortadadırsa, deməli, bunlar yanlış informasiyalardır. Amma sual olunur: onda İsa Qəmbər bu informasiyaları səsləndirməklə Azərbaycan müxalifətini parçalamaq niyyəti güdmürmü? 2010-cu il seçkiləri öncəsi İsa Qəmbərin çıxışından sonra partiyalar arasındakı münasibətlər hansı səviyyəyə gəldi? Bu miqyasda münasibət nəticə etibarilə 2010-cu ildə seçkilərə birgə qatılmaq perspektivini çox aşağı endirir. Bu da onu deməyə əsas verir ki, İsa Qəmbərə belə informasiyalar düşünülmüş şəkildə verilir, o da bu informasiyaları tirajlayır”.
Lalə ŞövkətQeyd edək ki, Lalə Şövkət APA-a müsahibəsində Müsavat başqanı İ.Qəmbəri müxalifətdə xarici ölkələrin xüsusi xidmət orqanlarına işləyən partiyaların olduğunu dilə gətirməsi ilə bu düşərgəyə böyük zərbə vurduğunu, bu partiyanın rəhbərliyini bolşevik təfəkkürlü üslubdan istifadə etməklə Müsavatın tarixinə xəyanət etdiyini bildirib. Buna cavab olaraq isə İ.Qəmbər “Yeni Müsavat” qəzetinə açıqlamasında müxalifətdə xarici ölkələrin agentlərinin olması barədə məlumatları hakimiyyətdəki mənbələrindən aldığını bildirib. O, həmçinin bu açıqlamalarının hədəfə dəydiyini qeyd edib.
“Reaksiyalardan görünür ki, mənim dediklərim hədəfə dəyib”. Bu fikirləri də İsa Qəmbər “Yeni Müsavat” qəzetinə söyləyib.

Xəbər xidməti

355 dəfə baxılıb

[30.07.2010] - “MƏNİM ADIMDAN YALAN DANIŞIRLAR”

[30.07.2010] - “VƏZİYYƏT DƏYİŞƏCƏKSƏ, MÜNASİBƏTLƏR DƏ DƏYİŞƏCƏK”

[29.07.2010] - MİRMAHMUD MİRƏLİOĞLU AXCP-yə CAVAB VERDİ

[29.07.2010] - HÖKUMƏT ƏLİ ƏLİYEVİN PARTİYASINA 105 MİN MANAT VERİB

[29.07.2010] - MERİYA MÜSAVATIN MİTİNQİNƏ YENƏ İCAZƏ VERMƏDİ

[29.07.2010] - MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏ YENİ BİRLİK YARANIR

[29.07.2010] - ASƏF KƏRİMOV AXCP-dən NİYƏ GEDİB?

[29.07.2010] - AMİP-ə DAHA IKI GURULTULU TRANSFER OLACAQ

[28.07.2010] - AXCP DUİ-nin BİRLİKDƏ OLMASINA QARŞIDI

[28.07.2010] - BU İSTİDƏ QALSTUKDAN İMTİNA EDƏKMİ?

[28.07.2010] - YAP-da SEÇKİ KÜLƏYİ BAŞLAYIB

[28.07.2010] - MÜSAVATIN SƏDRLƏR ŞURASI DİVANIN QƏRARINA ETİRAZ ETDİ

[27.07.2010] - MÜXALİFƏT İQTİDARDAN MİTİNQ MEYDANI İSTƏDİ

[27.07.2010] - AXCP MÜSAVATLA BİRLƏŞMƏ QƏRARINI AVQUSTDA VERƏCƏK

[27.07.2010] - MSK-dan “FACEBOOK”da TƏBLİĞAT APARANLARA XƏBƏRDARLIQ

[27.07.2010] - ŞƏMKİRDƏ MÜSAVATÇILARLA CƏBHƏÇİLƏR BİRLƏŞDİ

[27.07.2010] - TAPDIQ ABBAS MÜSAVATDAN ÇIXARILMADI

[26.07.2010] - İSA QƏMBƏRLƏ ƏLİ KƏRİMLİ ARASINDA FİKİR AYRILIĞI?

[25.07.2010] - MÜSAVATDA BİRLƏŞMƏYƏ MÜQAVİMƏT VAR?

[25.07.2010] - TAPDIQ ABBAS MÜSAVATDAKI RƏQİBLƏRİNƏ BARMAQ SİLKƏLƏDİ

ARXIV

Yeni MÜSAVAT © 2008