03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜXALİFƏT PARTİYALARININ NEÇƏ ÜZVÜ VAR?

Fevralın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) 500 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib. YAP üzvlərinin sayının təxminən 40 faizinin gənclərdən ibarət olduğunu deyən icra katibi Əli Əhmədovun sözlərinə görə, hər il partiya sıralarına 30 min civarında insan qoşulur.

Maraqlıdır, bəs müxalifət partiyalarının neçə üzvü var?
Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu konkret rəqəm açıqlaya bilməyəcəyini dedi: “Partiyamızın üzvləri hər gün, hər həftə çoxaldığı üçün dəqiq rəqəm deyə bilmirəm. Ancaq bu yaxınlarda rəsmi rəqəm açıqlayacağıq”.
KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu: “KXCP Elçibəyin siyasi varisidir. Partiyamızın bu gün 10 minə yaxın üzvü var”.
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, YAP təsərrüfat partiyasıdır: “Mən partiyamızın üzvlərinin sayı haqda heç bir məlumat vermək istəmirəm. Yaxşı təşkilatlanmış azsaylı partiya pis təşkilatlanmış çoxsaylı partiyadan yaxşıdır. Kommunist Partiyasının 17 milyon üzvü var idi. Ancaq bir kiçik təkanla o boyda ittifaq dağıldı və heç kim onun qarşısını ala bilmədi. Yəni təşkilatın nəhəngliyi ilə onun gücü arasında heç bir əlaqə yoxdur. 9 milyon əhalinin hamısını YAP üzvü qəbul edə bilərlər. Amma bu, o demək deyil ki, bu partiya ölkənin siyasi həyatında rola malikdir”.
Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli isə köhnə statistika ilə partiyanın 50 min üzvünün olduğunu bildirdi: “Qurultaydan keçən dövrdə üzvlərimiz təxminən 50 minə yaxın idi. Bu köhnə statistikadır. Yeni göstəriciləri isə qurultaydan sonra açıqlayacağıq”.
Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev yaxın günlərdə üzvlərinin sayını açıqlayacaqlarını dedi: “Böyük Quruluş kifayət qədər elektoratı olan partiyadır. Son bələdiyyə seçkilərində bu bir daha təsdiq edildi. Ancaq bu yaxınlarda yeni statistika açıqlayacağıq”.

Türkan TURAN

502 dəfə baxılıb

[03.09.2010] - ALP İLƏ VİP-in BLOKUNA AD QOYULDU

[03.09.2010] - SABAH MÜSAVAT MƏCLİSİNİN İCLASINDA MÜHÜM QƏRARLAR VERİLƏCƏK

[02.09.2010] - MÜBAHİSƏLİ DAİRƏLƏRLƏ BAĞLI QƏRARI İKİ LİDER VERƏ BİLƏR

[01.09.2010] - ŞƏKİ MÜSAVATÇILARI ADİL QEYBULLANIN MÜDAFİƏSİNƏ QALXDI

[01.09.2010] - RAZILAŞDIRILMIŞ DAİRƏLƏRİN SAYI 80-ə ÇATDI

[01.09.2010] - ƏLİ ƏLİYEV “XAİN” ELAN ETDİYİ GƏNCİ PARTİYAYA QAYTARIB

[01.09.2010] - ETİBAR MƏMMƏDOV HƏLƏ SON QƏRAR VERMƏYİB

[01.09.2010] - ZİYA MƏMMƏDOVUN MALİYYƏLƏŞDİRDİYİ BLOK HANSIDIR?

[31.08.2010] - 17 SAYLI YASAMAL DAİRƏSİNDƏ GƏRGİN MÜBARİZƏ BAŞLAYIB

[31.08.2010] - FƏZAİL AĞAMALI DA DAİRƏSİNİ AÇIQLADI

[31.08.2010] - “HƏR YARANAN QURUMA BLOK DEMƏK GÜLÜNCDÜR”

[31.08.2010] - LALƏ ŞÖVKƏT BLOKA ONUN ADININ VERİLMƏSİNƏ QARŞI ÇIXIB

[31.08.2010] - ADP MEDVEDYEVİN AZƏRBAYCANA SƏFƏRİNƏ QARŞI ÇIXDI

[31.08.2010] - AXCP FUNKSİONERİNDƏN MÜSAVATÇI RƏQİBİNƏ İTTİHAM

[31.08.2010] - İLTİZAM ƏKBƏRLİ AXCP-yə MESAJ VERDİ

[31.08.2010] - ABŞ PARLAMENT SEÇKİLƏRİNİ DİQQƏTDƏ SAXLAYACAQ

[31.08.2010] - SEÇKİ BLOKLARI PUL PROBLEMİNİ HƏLL ETMƏYƏ ÇALIŞIRLAR

[31.08.2010] - MÜSAVAT MƏCLİSİ SENTYABRIN 4-də TOPLANACAQ

[31.08.2010] - MÜSAVAT DAHA İKİ DAİRƏNİ GÜZƏŞTƏ GETDİ

[30.08.2010] - İQTİDARLA MÜXALİFƏTİN DAHA BİR FƏRQİ

ARXIV

Yeni MÜSAVAT © 2008