 |
Siyasət
MÜXALİFƏTİN BİRLİYİ BAŞ TUTMADI
İlqar Məmmədov: “Düşərgənin kollektiv sifəti təzələnməli, çağdaş hala gətirilməlidir”
|
Müxalifət partiyalarının hamısının parlament seçkiləri ilə bağlı vahid birlik yaradacağı şübhə altına düşüb. Müsavat başqanı İsa Qəmbərin real müxalifət partiyalarının birliyinin yaradılması təklifinə “Azadlıq” blokundakı partiyalardan ALP-nin və VİP-in qarşı çıxması, bu partiyaların AXCP-yə təzyiq edərək Müsavatla yaxınlaşmasına imkan verməməsi birliyin yaranmayacağını deməyə əsas verir. Bu günlərdə AXCP sədri Əli Kərimliyə yaxın “Azadlıq” qəzetində İsa Qəmbərin təklifi əleyhinə kəskin yazılar dərc olunması isə belə qənaət yaradır ki, artıq AXCP ilə Müsavatın birliyinin reallaşmasını gözləməyə dəyməz. Ehtimal etmək olar ki, Əli Kərimli Lalə Şövkətlə Əli Əliyevi buraxıb Müsavatla əməkdaşlıq etmək fikrində olmadığını özünə yaxın yazarlar vasitəsilə bildirir. Əldə etdiyimiz məlumatlara görə, “Azadlıq” bloku ADP və Ümid Partiyası ilə sıx danışıqlardadır və yeni birliyin adı da müəyyənləşib. Başqa problem ortaya çıxmasa, “Demokratik Azərbaycan” adlanacaq blok seçkiyə birgə qatılacaq. Müsavat Partiyası ətrafında da yeni seçki blokunun yaradılması planlaşdırılır. Xəbərlərə görə, “Müsavat-KXCP” Seçki İttifaqı adlanacaq yeni blokda ilkin olaraq Müsavat Partiyası, DUİ-yə daxil olan təşkilatlar və AMİP-in qatılması nəzərdə tutulub.
Lakin məsələ burasındadır ki, sözügedən hər iki blok yaransa da bu, müxalifətin birləşməsi demək olmayacaq. Müxalifət yenə də seçkiyə ən azı iki blokla gedəcək. Bəs düşərgə niyə birləşə bilmir? Sualla müraciət etdiyimiz Respublikaçı Alternativ (REAL) Vətəndaş Birliyinin həmtəsisçisi İlqar Məmmədov bildirdi ki, müxalifətin kollektiv sifəti təzələnmədiyi üçün birlik mümkün olmur: “Majoritar seçki sistemində qalibiyyət üçün oxşar siyasi mövqeli adaylar mütləq birləşməlidir. Bu, majoritar sistemin təbiətinin diqtəsidir. Seçki islahatı hələ 2005-də müxalifət üçün gözəl fürsətlər açmışdı. Amma Azərbaycan müxalifətinin o zamankı çox zəifləmiş və indiki daha da əzilmiş durumunda təkcə birləşmək yetərli deyil. Onda heç də hamı bunu anlamadı, indi də görən azdır. Yeni strateji yollar tapılmalıdır. O cümlədən müxalifətin kollektiv sifəti təzələnməli, çağdaş hala gətirilməlidir. ”Kimdir müxalifət" sualına tapdığı cavab seçicini ürkütməməlidir. Əks təqdirdə, 2005-də seçicilərin 2/3-si evdə qaldısa, builki səsvermədə onların 80 faizi evdə oturacaq". İlqar Məmmədov Respublikaçı Alternativin seçkidə azı 30-50 namizədlə çıxış edəcəyinin gözlənildiyini bildirdi: “REAL daha çox xaricdə gözəl təhsil almış, ölkəmizi biznes, akademik və sivil sahələrdə dünyada layiqincə təmsil edən, adı heç bir ”köhnə" işlərdə ləkələnməmiş, cümhuriyyətçilik ideallarına sadiq insanlardan ibarətdir. Dediyim o “kollektiv sifət” baxımından bizə bərabərini görmürəm. Bu, o demək deyil ki, başqa qurumlarla əməkdaşlıq mümkün deyil. Amma bu əməkdaşlıq yalnız elə qurulacaq ki, bizi istəyən vətəndaşlar bizdən üz döndərməsinlər". Etibar SEYİDAĞA 385 dəfə baxılıb
|
[03.09.2010] - ALP İLƏ VİP-in BLOKUNA AD QOYULDU [03.09.2010] - SABAH MÜSAVAT MƏCLİSİNİN İCLASINDA MÜHÜM QƏRARLAR VERİLƏCƏK [02.09.2010] - MÜBAHİSƏLİ DAİRƏLƏRLƏ BAĞLI QƏRARI İKİ LİDER VERƏ BİLƏR [01.09.2010] - ŞƏKİ MÜSAVATÇILARI ADİL QEYBULLANIN MÜDAFİƏSİNƏ QALXDI [01.09.2010] - RAZILAŞDIRILMIŞ DAİRƏLƏRİN SAYI 80-ə ÇATDI [01.09.2010] - ƏLİ ƏLİYEV “XAİN” ELAN ETDİYİ GƏNCİ PARTİYAYA QAYTARIB [01.09.2010] - ETİBAR MƏMMƏDOV HƏLƏ SON QƏRAR VERMƏYİB [01.09.2010] - ZİYA MƏMMƏDOVUN MALİYYƏLƏŞDİRDİYİ BLOK HANSIDIR? [31.08.2010] - 17 SAYLI YASAMAL DAİRƏSİNDƏ GƏRGİN MÜBARİZƏ BAŞLAYIB [31.08.2010] - FƏZAİL AĞAMALI DA DAİRƏSİNİ AÇIQLADI [31.08.2010] - “HƏR YARANAN QURUMA BLOK DEMƏK GÜLÜNCDÜR” [31.08.2010] - LALƏ ŞÖVKƏT BLOKA ONUN ADININ VERİLMƏSİNƏ QARŞI ÇIXIB [31.08.2010] - ADP MEDVEDYEVİN AZƏRBAYCANA SƏFƏRİNƏ QARŞI ÇIXDI [31.08.2010] - AXCP FUNKSİONERİNDƏN MÜSAVATÇI RƏQİBİNƏ İTTİHAM [31.08.2010] - İLTİZAM ƏKBƏRLİ AXCP-yə MESAJ VERDİ [31.08.2010] - ABŞ PARLAMENT SEÇKİLƏRİNİ DİQQƏTDƏ SAXLAYACAQ [31.08.2010] - SEÇKİ BLOKLARI PUL PROBLEMİNİ HƏLL ETMƏYƏ ÇALIŞIRLAR [31.08.2010] - MÜSAVAT MƏCLİSİ SENTYABRIN 4-də TOPLANACAQ [31.08.2010] - MÜSAVAT DAHA İKİ DAİRƏNİ GÜZƏŞTƏ GETDİ [30.08.2010] - İQTİDARLA MÜXALİFƏTİN DAHA BİR FƏRQİ ARXIV
|