10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

“QÜDRƏT HƏSƏNQULİYEV ƏSLİNDƏ İLHAM ƏLİYEVƏ QARŞI ÇIXIR”

2010-02-05

İki deputatın arasındakı gərginlik pik nöqtəyə çatıb

Milli Məclisin iki deputatı arasında yaranan gərginlik səngimir. Deputat Qüdrət Həsənquliyev dünən mia.az saytına bildirib ki, deputat Elmira Axundovanın ona qarşı hucüma keçməsi qruplaşmanın sifarişidir. O, həmçinin iddia edib ki, E.Axundovanın radikal müxalifətlə əlaqəsi var: “Yeni Müsavat”n saytına göndərdiyi açıqlamada demişdi ki, Qüdrət Həsənquliyev müxalifəti gözdən salır, daha doğrusu, diskreditasiya edir. Sonradan fikirləşib ki, səhv edib. Axı bu iqtidar təəssübkeşidir. Əslində, mənim müxalifəti diskreditasiya etməyim onun maraqlarına uyğun olmalıdır".

Q.Həsənquliyev deputat həmkarının ifşa olunduğunu deyir: “Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətindən ona görə uzaqlaşdırdılar. İndi bilinir ki, hansı qruplaşmanın üzvüdür. O da məlumdur ki, hansı missiyanı yerinə yetirir. Başqalarının haqqında sifarişlə yazılar yazır, böhtanlar atır. Bu dəfə də onu mənim üstümə salıblar. Onun kimliyini hamı bilir”.
Qüdrət HəsənquliyevQ.Həsənquliyevin son ittihamlarına E.Axundovanın münasibətini öyrəndik. O bildirdi ki, Qüdrət Həsənquliyevi ciddi adam hesab etmədiyi üçün onun hansısa fikirlərini ciddi qəbul etmir: “O, gündə bir cəfəngiyyat söyləyir deyə mən hər dəfə onun qeyri-ciddi fikirlərinə cavab verəsi, buna vaxt ayırası deyiləm. İndi onun yalnız bir fikrinə münasibətimi bildirmək istəyirəm. Qüdrət Həsənquliyev mənim vaxtilə “Azadlıq” radiosunda işləməyimi, müxalifətə kəskin münasibətdə olmamağımı qəbahət və müxalifətə işləmək kimi qələmə verir. Həmçinin mənim jurnalistika fəaliyyətimə qiymət verir. Mən “Azadlıq” radiosunda işləyəndə nə iqtidara, nə müxalifətə işləmişəm. Mən həqiqətə işləmişəm. Rusiyada jurnalistlik fəaliyyətimdə, “Azadlıq” radiosunda işlədiyim zamanlarda ermənilərə qarşı vuruşmuşam. Ermənilər məni Moskvada Azərbaycanın ideoloji ruporu adlandırırdılar. Mənə Azərbaycanın iqtidarı da, müxalifəti də həmişə hörmət edirdi. İsa Qəmbərdən, Lalə Şövkətdən soruşun, görün, mənim haqqımda onlar nə deyəcək. Həmçinin iqtidardakılar, o zaman rəhmətlik Heydər Əliyev mənim fəaliyyətimi yüksək qiymətləndirirdi. Mənim jurnalist fəaliyyətimə cənab prezident İlham Əliyev də ən yüksək qiyməti verib. Məni əməkdar jurnalist adı ilə təltif edib. Qüdrət Həsənquliyev kimi insanlar buna qarşı nə deyə bilər? Mən pis jurnalist olsam, İlham Əliyev mənə o cür yüksək qiymət verərdi? Qüdrət Həsənquliyev əslində həmin fikirləri ilə İlham Əliyevə qarşı çıxır".
E.Axundova Q.Həsənquliyevin müxalifətçiliyinin də saxta olduğunu dedi: “Mən bitərəf deputatam və bunu fəaliyyətimdə də ortaya qoyuram. Qüdrət Həsənquliyev özünü müxalifət adlandırır. Müxalifətdirsə, fəaliyyətində özünü göstərsin də. Siyasətçi ya müxalifət, ya iqtidar, ya da bitərəf olar. Qüdrət Həsənquliyev bunların heç biri deyil. O, bu vəziyyətdə olduğunun fərqindədirmi?
Müxalifətdəkilər də, hakimiyyətdəkilər də Azərbaycanın vətəndaşlarıdır, hər ikisi bir cəmiyyətin qanadlarıdırlar. Bir-birinə düşmən deyillər. Qüdrət kimi adamlar hamıya öz gözü ilə baxır, müxalifətlə hakimiyyət arasında düşmənçilik olmasında maraqlıdırlar. Belə bir düşmənçilik isə ölkə üçün zərərlidir".

Etibar SEYİDAĞA

1755 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

[08.02.2012] - “BİZ “EUROVİSİON”a KİMİ ÇOX CİDDİ AKSİYALAR KEÇİRƏCƏYİK”

[08.02.2012] - HAFİZ HACIYEVİ KİM ÖLDÜRMƏK İSTƏYİR?

[08.02.2012] - RƏSUL QULİYEV GƏNC FƏALI ÖZÜNƏ MÜŞAVİR TƏYİN ETDİ

[08.02.2012] - AZƏRBAYCAN BANKİRLƏRİ DƏ MÜXALİFƏTLƏ GÖRÜŞƏRMİ?

[08.02.2012] - SABİQ YAP-çı COŞDU

[07.02.2012] - “SİYAVUŞ NOVRUZOVA DEDİM Kİ...

[07.02.2012] - İP XALQI HƏRƏKATA QOŞMAQ PLANI HAZIRLAYIB

[07.02.2012] - İCTİMAİ PALATA VİCDAN MƏHBUSLARI İLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[07.02.2012] - VİCDAN MƏHBUSU ƏHƏD MƏMMƏDLİNİN HƏYATI TƏHLÜKƏDƏ

[07.02.2012] - YAP-çı DEPUTATIN TƏHQİRLƏRİNƏ ZİYALILARDAN SƏRT TƏPKİ GƏLDİ

[06.02.2012] - HAKİMİYYƏT MÜSAVATA CAVABI GECİKDİRİR

[06.02.2012] - NİYƏ RUSİYA MODELİ?

[06.02.2012] - İSA QƏMBƏRDƏN YAP-a İLGİNC TƏKLİF

[06.02.2012] - “SİYASƏTDƏ OLMASAYDIM, DAHA YAXŞI CƏRRAH OLARDIM”

[06.02.2012] - MÜSAVAT BAŞQANININ MÜŞAVİRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008