10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜXALİFƏT BİRLİYİN REALLAŞACAĞINA HƏLƏ DƏ ÜMİD EDİR

2010-02-07

Arif Hacılı: “Birliyə kimlərin mane olduğu bəllidir”
Mirmahmud Mirəlioğlu: “Səmimi şəkildə birlik istəyənlərə mane olmaq mümkün deyil”
Sərdar Cəlaloğlu: “Son vaxtlar müşahidə olunan söz atışması birliyin bir daha baş tutmayacağına dəlalət eləmir”

Əsas müxalifət partiyalarının parlament seçkiləri ilə bağlı vahid birlik yaradacağı şübhə altına düşüb. Müsavat başqanı İsa Qəmbərin real müxalifət partiyalarının birliyinin yaradılması təklifinə “Azadlıq” blokundakı ALP-nin və VİP-in qarşı çıxıb. Bu partiyaların AXCP-yə təzyiq edərək Müsavatla yaxınlaşmasına imkan verməməsi birliyin yaranmayacağını deməyə əsas verir. Son günlər Əli Kərimliyə yaxın “Azadlıq” qəzetində İsa Qəmbərin təklifi əleyhinə kəskin yazılar dərc olunması isə belə qənaət yaradır ki, artıq AXCP ilə Müsavatın birliyinin reallaşmasını gözləməyə dəyməz.

Bir sıra ekspertlərdə belə qənaət yaranıb ki, artıq nəinki Müsavatla AXCP-nin birliyinin reallaşması, ümumiyyətlə müxalifətin birliyinin baş tutmasına ümid etməyə dəyməz.
Partiyaların rəhbərliyi bu məsələdə hansı fikirdədirlər? Birliyin reallaşacağına ümidləri qalıbmı?
Arif HacılıMüsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı real müxalifət qüvvələrinin birliyinin baş tutacağı ilə bağlı ümidsiz olmadıqlarını bildirdi: “Biz əvvəlcədən real və səmimi müxalifət qüvvələrinin birliyinin tərəfdarı olmuşuq. İndi də bu mövqeyimizdə qalırıq. Son dövrlər İqbal Ağazadə-Lalə Şövkət duetinin İsa Qəmbərə və Müsavat Partiyasına qarşı məlum mövqeni tutması müxalifətin birliyinə mane qüvvələrin kimliyini ortaya qoyub. Bu cür araqarışdırmalara baxmayaraq, biz bundan sonra da real, səmimi müxalifət qüvvələrinin birliyi istiqamətində səylərimizi davam etdirəcəyik. Biz bu fikirdə deyilik ki, birliyi reallaşdırmaq mümkünsüzdür”.
Mirmahmud MirəlioğluKXCP sədri Mirmahmud Mirəlioğlu müxalifətin birliyinin baş tutacağına ümidinin ölmədiyini bildirdi: “Biz bu məsələnin reallaşması üçün müzakirələrimizi davam etdiririk. Əslində şəxsən bizimlə danışıqlarda heç kimin birliyin əleyhinə olduğunu müşahidə etməmişik. Birliyin əleyhinə olanlar yalnız öz əleyhlərinə olacaqlar və özlərinə zərbə vurmuş olacaqlar. Birlik mütləq baş tutacaq. Hansı miqyasda olacağını isə zaman göstərəcək. Səmimi şəkildə birlik istəyənlərə mane olmaq mümkün deyil. Hesab edirəm ki, son günlər müşahidə olunan qarşılıqlı ittihamların özü sonda ortaq məxrəcə gəlməklə nəticələnəcək”.
Sərdar CəlaloğluADP sədri Sərdar Cəlaloğlu müxalifətin birliyinin baş tutmayacağı haqda rəylərlə razılaşmır: “Bəzi partiyalar, siyasətçilər arasında son vaxtlar müşahidə olunan söz atışması birliyin bir daha baş tutmayacağına dəlalət eləmir. Ona görə də mən bu cür konfliktli vəziyyətin birlik məsələsinə nöqtə qoyacağını düşünmürəm. Hamı birlik istəyəndə bu cür qarşılıqlı ittihamlar öz əhəmiyyətini itirəcək”.

Etibar SEYİDAĞA

550 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

[08.02.2012] - “BİZ “EUROVİSİON”a KİMİ ÇOX CİDDİ AKSİYALAR KEÇİRƏCƏYİK”

[08.02.2012] - HAFİZ HACIYEVİ KİM ÖLDÜRMƏK İSTƏYİR?

[08.02.2012] - RƏSUL QULİYEV GƏNC FƏALI ÖZÜNƏ MÜŞAVİR TƏYİN ETDİ

[08.02.2012] - AZƏRBAYCAN BANKİRLƏRİ DƏ MÜXALİFƏTLƏ GÖRÜŞƏRMİ?

[08.02.2012] - SABİQ YAP-çı COŞDU

[07.02.2012] - “SİYAVUŞ NOVRUZOVA DEDİM Kİ...

[07.02.2012] - İP XALQI HƏRƏKATA QOŞMAQ PLANI HAZIRLAYIB

[07.02.2012] - İCTİMAİ PALATA VİCDAN MƏHBUSLARI İLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[07.02.2012] - VİCDAN MƏHBUSU ƏHƏD MƏMMƏDLİNİN HƏYATI TƏHLÜKƏDƏ

[07.02.2012] - YAP-çı DEPUTATIN TƏHQİRLƏRİNƏ ZİYALILARDAN SƏRT TƏPKİ GƏLDİ

[06.02.2012] - HAKİMİYYƏT MÜSAVATA CAVABI GECİKDİRİR

[06.02.2012] - NİYƏ RUSİYA MODELİ?

[06.02.2012] - İSA QƏMBƏRDƏN YAP-a İLGİNC TƏKLİF

[06.02.2012] - “SİYASƏTDƏ OLMASAYDIM, DAHA YAXŞI CƏRRAH OLARDIM”

[06.02.2012] - MÜSAVAT BAŞQANININ MÜŞAVİRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008