|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Ayın 4-də avtomobilimin qarşısını kəsib məni öldürəcəyi ilə hədələyən şəxsin kimliyi bəlli olsa da, müvafiq rəsmi orqanlar heç bir ölçü götürmürlər”. Bu barədə “Yeni Müsavat”a açıqlamasında prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev məlumat verdi. Onun dediyinə görə, Daxili İşlər Nazirliyi polis mayoru Firdovsi Quliyevi cəzalandırmaq əvəzinə barışıq təklifi edir. “Mən Daxili İşlər Nazirliyinə bəyan etmişəm ki, heç bir barışığımız yoxdur və olmayacaq. Barışsam, kim təminat verir ki, sabah həyatıma daha bir təhlükə yaradılmayacaq. Kim təminat verir ki, bu gün avtomobilimin qarşısını ”Cip"lə kəsən polis bağışlansa, sabah o, avtomobilini üstümdən keçirməyəcək. Mənə qarşı qanunsuzluq edən şəxs qanuni cəzasını almalıdır. Mən geri çəkiləsi deyiləm. Həmin polis mayoru işdən çıxarılanadək mübarizəmi davam etdirəcəyəm. Ya bu cür özbaşınalıqlara yol verənlər cəzalandırılmalıdır, ya da birdəfəlik elan etsinlər ki, bu ölkədə dərəbəylikdir, Azərbaycan xalqı polis rejimində yaşayır, yiyəsizdir. Bundan sonra biz Azərbaycandan köçmək barədə düşünməliyik. Partiya sədrləri olaraq biz xarici demokratik ölkələrə müraciət edib siyasi sığınacaq almalıyıq. Ona görə ki, qarşıdan gələn parlament seçkilərində bizə qarşı çox oyunlar qurulacaq. Qanunların işləmədiyi, cəzasızlıq hökm sürən ölkədə başımıza hər an oyun gətirilə bilər. İki dəfə prezidentliyə namizəd olmuş bir partiya sədrinə küçənin ortasında bu cür açıq-aşkar hörmətsizlik edilirsə, görün adi insanların başına nə müsibətlər açılır". E.SEYİDAĞA 2681 dəfə baxılıb
|
[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR [08.02.2012] - “BİZ “EUROVİSİON”a KİMİ ÇOX CİDDİ AKSİYALAR KEÇİRƏCƏYİK” [08.02.2012] - HAFİZ HACIYEVİ KİM ÖLDÜRMƏK İSTƏYİR? [08.02.2012] - RƏSUL QULİYEV GƏNC FƏALI ÖZÜNƏ MÜŞAVİR TƏYİN ETDİ [08.02.2012] - AZƏRBAYCAN BANKİRLƏRİ DƏ MÜXALİFƏTLƏ GÖRÜŞƏRMİ? [08.02.2012] - SABİQ YAP-çı COŞDU [07.02.2012] - “SİYAVUŞ NOVRUZOVA DEDİM Kİ... [07.02.2012] - İP XALQI HƏRƏKATA QOŞMAQ PLANI HAZIRLAYIB [07.02.2012] - İCTİMAİ PALATA VİCDAN MƏHBUSLARI İLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [07.02.2012] - VİCDAN MƏHBUSU ƏHƏD MƏMMƏDLİNİN HƏYATI TƏHLÜKƏDƏ [07.02.2012] - YAP-çı DEPUTATIN TƏHQİRLƏRİNƏ ZİYALILARDAN SƏRT TƏPKİ GƏLDİ [06.02.2012] - HAKİMİYYƏT MÜSAVATA CAVABI GECİKDİRİR [06.02.2012] - NİYƏ RUSİYA MODELİ? [06.02.2012] - İSA QƏMBƏRDƏN YAP-a İLGİNC TƏKLİF [06.02.2012] - “SİYASƏTDƏ OLMASAYDIM, DAHA YAXŞI CƏRRAH OLARDIM” [06.02.2012] - MÜSAVAT BAŞQANININ MÜŞAVİRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB |
| Yeni MÜSAVAT © 2008 |
|