|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ölkə siyasətçilərinin reytinqini müəyyən etmək məqsədilə “Turan” İnformasiya Agentliyi tərəfindən hər il keçirilən sorğu üç ildir ki, dayandırılıb. Qeyd edək ki, siyasətçilərin fəallıq reytinqi kimi qəbul edilən sorğunun açıqlanmasını həm ictimaiyyət, həm də siyasətçilərin özləri səbirsizliklə gözləyirdilər. Hətta siyahıda kimin birinci olacağı, kimin ilk onluğa düşəcəyi də maraqlı idi. 2010-cu il ölkədə parlament seçkisi ili olduğundan, il ərzində siyasi fəallığın yüksələcəyi gözlənilir. Bu səbəbdən həmin sorğu yenidən bərpa edilə bilərmi? “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirir ki, sözügedən sorğunun dayandırılmasına səbəb “Turan” İnformasiya Agentliyinin analitik xidmətinə rəhbərlik edən professor Həsən Quliyevin 2008-ci ildə dünyasını dəyişməsidir: “Bu işlə Həsən Quliyev məşğul idi və o, rəhmətə gedəndən sonra sorğunu dayandırdıq. 1993-1994-cü ildən keçirirdik”. Sorğunun bərpa edilib-edilməməsinə gəldikdə isə, M.Əliyev qeyd edib ki, bu barədə fikirləşəcəklər. O, siyasətçilərlə bağlı agentlik tərəfindən ictimaiyyətə açıqlanmayan hər hansı sorğunun da keçirilmədiyini vurğulayıb. Onun sözlərinə görə, müxalifət passivlik nümayiş etdirdiyindən, buna ehtiyac duyulmur. M.Əliyevə görə, sorğu keçirilən illərdə müxalifət siyasətdə kifayət qədər aktiv olduğundan, sorğuya da maraq böyük olub: “Son illərdə isə müxalifət düşərgəsində çox böyük passivlik var. Hakimiyyət öz resurslarından istifadə edərək istədiyini edir, reytinqini müəyyənləşdirir. Bu səbəbdən indi ölkə siyasətçilərinin reytinqini müəyyənləşdirmək də bir az çətindir”. R.RƏFİYEVA 549 dəfə baxılıb
|
[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR [08.02.2012] - “BİZ “EUROVİSİON”a KİMİ ÇOX CİDDİ AKSİYALAR KEÇİRƏCƏYİK” [08.02.2012] - HAFİZ HACIYEVİ KİM ÖLDÜRMƏK İSTƏYİR? [08.02.2012] - RƏSUL QULİYEV GƏNC FƏALI ÖZÜNƏ MÜŞAVİR TƏYİN ETDİ [08.02.2012] - AZƏRBAYCAN BANKİRLƏRİ DƏ MÜXALİFƏTLƏ GÖRÜŞƏRMİ? [08.02.2012] - SABİQ YAP-çı COŞDU [07.02.2012] - “SİYAVUŞ NOVRUZOVA DEDİM Kİ... [07.02.2012] - İP XALQI HƏRƏKATA QOŞMAQ PLANI HAZIRLAYIB [07.02.2012] - İCTİMAİ PALATA VİCDAN MƏHBUSLARI İLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [07.02.2012] - VİCDAN MƏHBUSU ƏHƏD MƏMMƏDLİNİN HƏYATI TƏHLÜKƏDƏ [07.02.2012] - YAP-çı DEPUTATIN TƏHQİRLƏRİNƏ ZİYALILARDAN SƏRT TƏPKİ GƏLDİ [06.02.2012] - HAKİMİYYƏT MÜSAVATA CAVABI GECİKDİRİR [06.02.2012] - NİYƏ RUSİYA MODELİ? [06.02.2012] - İSA QƏMBƏRDƏN YAP-a İLGİNC TƏKLİF [06.02.2012] - “SİYASƏTDƏ OLMASAYDIM, DAHA YAXŞI CƏRRAH OLARDIM” [06.02.2012] - MÜSAVAT BAŞQANININ MÜŞAVİRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB |
| Yeni MÜSAVAT © 2008 |
|