09 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

QUBAD İBADOĞLU MÜSAVAT BAŞQANI "OLDU"

2010-02-09

“Mediaforum”un virtual sorğusunda

Məlum olduğu kimi, ölkənin ən populyar saytlarından biri mediaforum.az iki həftə idi “Hansı müsavatçını partiya başqanı görmək istərdiniz” sualı ilə internet sorğusu keçirirdi. Müsavat rəhbərliyində təmsil olunan 16 nəfərin adının daxil edildiyi sorğu dünən başa çatıb. Sorğunun nəticələrinə görə ilk üçlüyə Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu (37 %), Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı (35 %) və Müsavat başqanının müavini Arzu Səmədbəyli (9%) yiyələniblər.

Qeyd edək ki, sorğunu izləyənlər əsas mübarizənin Qubad İbadoğlu ilə Arif Hacılı arasında getdiyinin şahidi olublar.
Bu səbəbdən də mediaforum.az saytında keçirilən və dünən dayandırılan sorğuya onların münasibətini öyrəndik.
Qubad İbadoğlu nəticələrə belə münasibət bildirdi: “Bu sorğunu keçirən mənbənin mötəbərliyinə inanıram və ona heç bir şübhəm yoxdur. Amma nəzərə almaq lazımdır ki, informasiya texnologiyaları əsrində yaşayırıq. Bu, hər hansı bir sorğunun ideal və mükəmməl olması ilə bağlı fikir yürütməkdə çətinlik yaradır. Sorğunun indi keçirilməsinə münasibətim birmənalı deyil. Hesab edirəm ki, indiki mərhələdə belə sorğular partiyanın qarşısında duran hədəflərə çatması kontekstində o qədər də böyük fayda verə bilməz. Çünki bizim partiyanın yaxın zamanlar üçün əsas hədəfi parlament seçkiləri, bu seçkilərə hazırlıqdır. Biz bu hədəfə yönələn siyasəti gücləndirmək istiqamətində fəaliyyət göstərməliyik. Belə sorğuların başlanması tezdir. Zamanında aparılsa daha yaxşı olardı. Çox maraqlı qüvvələr var ki, bu mövzunu gündəmdə saxlasınlar. Bu maraqlar nə Müsavatın, nə də bütövlükdə demokratik düşərgənin maraqlarına uyğundur. Həlli daha vacib məsələlər var. Fəaliyyətimizi həlli vacib olan digər məsələlərə yönəltməliyik”.
Saytın keçirdiyi sorğuya Arif Hacılının mövqeyinə gəlincə, o bildirdi ki, ümumiyyətlə internet sorğularına xüsusi etimadla yanaşmaq lazım deyil: “Elə mediaforum.az saytının özündə internet sorğuları ilə bağlı mütəxəssislərin rəyləri yazılmışdı. O rəylərdə də görünürdü ki, internet sorğularında real vəziyyəti müəyyənləşdirməklə əlaqədar çətinliklər üzə çıxır. Çünki bir kompyuterdən bir neçə dəfə səs vermək olur və ya hər gün eyni kompyuterdən yenidən səs vermək imkanları var. Bu baxımdan bir nəfərin bir neçə dəfə və ya dəfələrlə bir namizədin xeyrinə səs vermək imkanları var. Ona görə sürətli kompyuteri olan və bu işlə məşğul olmağa həm vaxtı, həm həvəsi olan adamların belə sorğularda irəli çıxması daha real görünür. Ancaq düşünürəm ki, sorğunun müsbət cəhətləri də oldu. Obyektiv mövqeyi ilə seçilən, Azərbaycanın informasiya məkanında xüsusi yeri olan sayt bu sorğu vasitəsilə ciddi şəkildə təbliğ olundu”.
A.Hacılı Müsavat rəhbərliyinin bu sorğulara soyuqqanlı yanaşdığını qeyd etdi: “Hesab edirik ki, hələlik Müsavat başqanlığı uğrunda mübarizəyə start vermək siyasi və mənəvi cəhətdən düzgün deyil. Çünki bu seçkiyə 10 ay var. Çünki İsa Qəmbər öz postundadır, ən azı ilin sonunadək Müsavat Partiyasının başqanı kimi öz fəaliyyətini davam etdirəcək. İndidən onun müavinlərinin, ətrafında olan şəxslərin başqanlıq uğrunda mübarizəyə girişməsi istər-istəməz müəyyən diskomfort yaradır. Bu baxımdan hesab edirəm ki, həmin sorğunun xoşagəlməz tərəfləri də mövcuddur. Yəqin ki, qurultay yaxınlaşdıqca, bu məsələlərin aktuallığı artacaq. Müsavat ölkənin aparıcı partiyalarından biri olduğu üçün onun daxilində diskussiyalar, xüsusilə təşkilati məsələlər ictimaiyyətin diqqət mərkəzində olur. Şübhə etmirəm ki, bu ilin birinci mövzusu parlament seçkiləri, ikinci əsas mövzu Müsavat Partiyası başqanlığına seçkilərlə bağlı olacaq”.

Etibar SEYİDAĞA

3563 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

[08.02.2012] - “BİZ “EUROVİSİON”a KİMİ ÇOX CİDDİ AKSİYALAR KEÇİRƏCƏYİK”

[08.02.2012] - HAFİZ HACIYEVİ KİM ÖLDÜRMƏK İSTƏYİR?

[08.02.2012] - RƏSUL QULİYEV GƏNC FƏALI ÖZÜNƏ MÜŞAVİR TƏYİN ETDİ

[08.02.2012] - AZƏRBAYCAN BANKİRLƏRİ DƏ MÜXALİFƏTLƏ GÖRÜŞƏRMİ?

[08.02.2012] - SABİQ YAP-çı COŞDU

[07.02.2012] - “SİYAVUŞ NOVRUZOVA DEDİM Kİ...

[07.02.2012] - İP XALQI HƏRƏKATA QOŞMAQ PLANI HAZIRLAYIB

[07.02.2012] - İCTİMAİ PALATA VİCDAN MƏHBUSLARI İLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[07.02.2012] - VİCDAN MƏHBUSU ƏHƏD MƏMMƏDLİNİN HƏYATI TƏHLÜKƏDƏ

[07.02.2012] - YAP-çı DEPUTATIN TƏHQİRLƏRİNƏ ZİYALILARDAN SƏRT TƏPKİ GƏLDİ

[06.02.2012] - HAKİMİYYƏT MÜSAVATA CAVABI GECİKDİRİR

[06.02.2012] - NİYƏ RUSİYA MODELİ?

[06.02.2012] - İSA QƏMBƏRDƏN YAP-a İLGİNC TƏKLİF

[06.02.2012] - “SİYASƏTDƏ OLMASAYDIM, DAHA YAXŞI CƏRRAH OLARDIM”

[06.02.2012] - MÜSAVAT BAŞQANININ MÜŞAVİRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008