12 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

ADP NAXÇIVANA XÜSUSİ MƏRUZƏÇİ GÖNDƏRİLMƏSİNİ İSTƏYİR

Demokratlar Ukraynada Rusiyapərəst qüvvənin hakimiyyətə gəlməsindən narahatdır

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ADP Ukraynada Rusiyameylli qüvvələrin hakimiyyətə gəlməsindən narahat olduqlarını bəyan edib. İdarə Heyəti üzvləri Ukraynada demokratik proseslərin geriyə doğru getməsi faktının nəinki adıçəkilən ölkədə, eləcə də MDB-nin digər ölkələrində imerialist xülyasından əl çəkmək istəməyən Rusiyanın xeyrinə dəyişilməsinə gətirib çıxarmasının qaçılmaz olduğunu qeyd edib. ADP bu geriləmənin ABŞ, o cümlədən Qərbin narıncı inqilabların baş tutduğu ölkələrdə axıra qədər demokratiyanın müdafiəsində durmaması ilə bilavasitə bağlı olduğunu diqqətə çatdırıb.

ADP İdarə Heyəti həmçinin Norveç Helsinki Komitəsinin Naxçıvan MR-də insan hüquq və azadlıqlarının pozulması, muxtar respublikanın diktaturanın hökm sürdüyü “Qara ada” halına salınması və bölgədə heç bir beynəlxalq qanunların işləməməsi ilə bağlı AŞ PA-nın qış sessiyasında xüsusi bəyanat yayaraq həmin bölgə üçün xüsusi məruzəçi göndərilməsi təklifini dəstəkləyib. ADP Azərbaycan hakimiyyətini muxtar respublikada baş verən qanun pozuntularının və insan haqlarına qarşı kobud müdaxilənin qarşısını almaq üçün təcili tədbirlər həyata keçirməyə çağırıb.
ADP Türkiyə-Ermənistan anlaşmasını özündə əks etdirən Sürix razılaşmasının yenidən gündəmə gəlməsi və bu yöndə ABŞ, Qərb ölkələri və Rusiyanın ağır şərtlər daxilində protokolların ratifikasiya edilməsi üçün Türkiyəyə təzyiqlər göstərməsinin yolverilməz olduğunu diqqətə çatdırıb. ADP Azərbaycan hakimiyyətini bu basqılar zəminində Türkiyə ilə bir yerdə olmağa və bu təzyiqlərin qarşısını almaq üçün gərəkən neytrallaşdırıcı addımlar atmağa çağırıb.

ETİBAR

259 dəfə baxılıb

[12.03.2010] - SİYASİLƏR TONQALA “İSTİ” YANAŞIR

[11.03.2010] - ŞEYX QAREGİNİN BAKIYA GƏLMƏSİNİ İSTƏYİR

[11.03.2010] - HÜSEYNBALA MİRƏLƏMOV DA ADINI “QARA SİYAHI”ya YAZDIRDI

[11.03.2010] - AMİP-dən “AZADLIQ” BLOKUNA SƏRT İTTİHAMLAR

[11.03.2010] - DUİ ABŞ-ın ANTİTÜRK MÖVQEYİNİ PİSLƏYİR

[11.03.2010] - “AZADLIQ” BLOKU ADP-ni VƏ ÜMİD PARTİYASINI ÖZ ÇƏTİRİ ALTINA ÇƏKİB

[11.03.2010] - DEPUTAT OLMAQ İSTƏYƏN YAP-çılar, “ƏLİNİZ CİBİNİZDƏ OLSUN”!

[11.03.2010] - MÜSAVAT PREZİDENTİN İSTEFASINI TƏLƏB ETDİ

[10.03.2010] - MÜSAVAT-AXCP ƏMƏKDAŞLIĞI TAM QAPANMAYIB

[10.03.2010] - İSGƏNDƏR HƏMİDOVUN DURUMU NORMALLAŞIR

[10.03.2010] - MÜXALİFƏT ABŞ SƏFİRLİYİ QARŞISINDA AKSİYA KEÇİRMƏYƏCƏK

[10.03.2010] - MÜSAVAT- AXCP BİRLİYİ BAŞ TUTMADI

[10.03.2010] - YENİ BİRLİK FORMATI ORTAYA ÇIXIB

[10.03.2010] - YAP DEPUTATLIĞA NAMİZƏDLƏRİ ÜÇÜN PUL YIĞACAQ

[09.03.2010] - ELDAR İBRAHİMOV YAP NAMİZƏDLƏRİNƏ

[08.03.2010] - MÜXALİFƏTİN SEÇKİDƏ ƏN CİDDİ PROBLEMİ - PUL

[08.03.2010] - “SEÇKİLƏRDƏ AZI 100 DAİRƏDƏN NAMİZƏD VERMƏLİYİK”

[08.03.2010] - İSA QƏMBƏR MÜSAVATÇI DEPUTATLARIN İŞİNƏ QİYMƏT VERDİ

[07.03.2010] - LƏNKƏRAN MÜXALİFƏTÇİLƏRİ SEÇKİ MƏCƏLLƏSİNƏ TƏKLİFLƏR VERDİ

[07.03.2010] - BU İL QƏLƏMİ QIRILACAQ DEPUTATLAR...

ARXIV

Yeni MÜSAVAT © 2008