12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

LALƏ ŞÖVKƏTİN İDDİASI GERİ QAYTARILDI

2010-03-06

Məhkəmə iddiaçının müraciətinin qanunun tələblərinə uyğun gəlmədiyi qənaətindədir

Yasamal Rayon Məhkəməsi "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət Hacıyevanın "Ölkə" qəzetinə qarşı qaldırdığı iddianı geri qaytarıb. Məhkəmənin "Ölkə" qəzetinin redaksiyasına ünvanladığı qərardadda iddiaçının ərizəni qanunvericiliyin tələblərinə uyğun hazırlamadığı deyilir.

Lent.az-ın məlumatına görə, hakim Abbas Rzayevin imzaladığı qərardada iddiaçının ərizəsində cavabdehlərdən Orxan Sultanəli adlı şəxsin adı, soyadı və atasının adını tam göstərmədiyi bildirilir. Həmçinin cavabdehin poçt ünvanı da iddia ərizəsində qeyd olunmayıb. Halbuki, MRM-nin 149.2.2-ci maddəsinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir.

Qərardadda deyilir: “İddiaçı iddia ərizəsinə rəsmi saytdan çıxışları əlavə etsə də, həmin çıxışların həqiqiliyi müvafiq qaydada təsdiq edilməmiş, həmçinin iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin cavabdehlərə göndərilmək üçün müvafiq qaydada təsdiq edilmiş surətləri iddia ərizəsinə əlavə edilməmişdir".

Hakim bununla da MRM-nin 150.0.5-ci maddəsinin tələbinin pozulduğunu bildirib. Daha sonra məhkəmənin qərardadında deyilir: "Azərbaycan Respublikası MRM-nin 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə görə iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilməsi üçün bu sənədlərin surətləri əlavə edilir. Göstərilən Məcəllənin 152.1.2-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır...”

Xatırladaq ki, Lalə Şövkət Hacıyeva "Ölkə" qəzetinin 11 fevral 2010-cu il tarixli 2 sayında dərc olunan "Madam" ləqəbli "KQB" agenti" yazısında şərəf və ləyaqətinin təhqir olunduğu qənaətindədir. Elə bu iddia ilə də o, qəzeti və yazının müəllifini məhkəməyə vermişdi.

1115 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008