 |
Siyasət
BU İL QƏLƏMİ QIRILACAQ DEPUTATLAR... 2010-03-07 Nazim Məmmədov: “Hesab etmirəm ki, onlardan biri mənəm” Məlahət İbrahimqızı: “Demokratik ölkələrdə hər seçkidə parlamentin tərkibi dəyişir”
|
Payızda keçiriləcək parlament seçkilərində hakim partiyada ciddi təlatümlərin yaşanacağı barədə yazılanlar təsdiqini tapır. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da bunun anonsunu verib. S.Novruzova görə, əgər YAP-ın ötən dəfə irəli sürülən namizədi özünü tam doğruldubsa, onda həmin şəxsin namizədliyi yenidən müdafiə olunacaq: “Əks halda həm dəyişiklik, yerdəyişmə baş verər, həm də təzə namizəd ola bilər. Bələdiyyə seçkilərində bu tədqiqatı apardıq, keçmiş namizədlərin cəmi 30 faizi yenidən irəli sürüldü. Etimadı doğrultmayanların namizədliyi verilməyəcək”. Novruzovun bununla heç də şəxsi fikrini dilə gətirmədiyi və partiya rəhbərliyinin mövqeyini ifadə etdiyi şübhə doğurmur. Deputatın “Bəs ötən dəfə YAP-ın parlamentə irəli sürdüyü namizədlər özlərini nə qədər doğrulda bilib” sualına cavabı da diqqət çəkir: “Ümumilikdə mən YAP-dan olan millət vəkillərinin parlament fəaliyyətini yaxşı qiymətləndirirəm. Fərdi qaydada isə təbii ki, bu namizədlər arasında çatışmayan cəhətləri olanlar, göstərilən etimadı bu və ya digər şəkildə doğrultmayanlar da var”. YAP siyahısından kənarda qalacaq deputatlar sırasında bir sıra şəxslərin adı vaxtaşırı çəkilir. O sırada Murtuz Ələsgərov, Cəlal Əliyev kimi yaşlı deputatların, parlament seçkilərinin ləğv olunması təşəbbüsünün müəllifi Aydın Həsənovun, bələdiyyə seçkiləri zamanı sərt ittihamları ilə yadda qalan Əhəd Abıyevin, müxalifətə münasibətdə özünü təmkinli aparan, YAP-ın davasını aparmağı mənasız sayıb kənara çəkilən, parlamentdə sərt çıxışları ilə yadda qalmayan, hətta hökuməti tənqid etməkdən çəkinməyən bəzilərinin adı hallanır. S.Novruzovun mesajından bəzi deputatların narahat olub-olmadığını araşdırmaq istədik. Ancaq əksər YAP-çı deputatlarla əlaqə yaratmaq mümkün olmadı. 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat seçilən Nazim Məmmədov isə dedi ki, o, ötən seçkilərdə YAP-ın namizədi olmadığı üçün adı da partiyanın seçki siyahısında olmayıb: “Sağlıq olsun, yenə namizədliyimi həmin dairədən verəcəyəm. Güman edirəm ki, YAP məni dəstəkləyəcək. Biz hakim partiyanın üzvüyük. Güman etmirəm ki, fəaliyyətimizlə, danışığımızla hər hansı problem yaratmışıq. Seçicilərin də kifayət qədər rəğbətini qazanmış adamıq. Bu mənada hesab etmirəm ki, yazdığınız kimi, qələmi qırılan deputatlardan biri mənəm”.
Bələdiyyə seçkilərində partiya siyahısından kənarda ortaya iddia qoyan YAP-çı namizədlərin cəzalandırılmasını xatırlatdıqda N.Məmmədov dedi ki, keçmişdə olduğu kimi parlament seçkilərində YAP-çı namizədlərin siyahısının ortaya qoyulacağını gözləmir: “İnanıram ki, seçkidə cavanlara üstünlük veriləcək. Təbii ki, hər kəs seçkidə iştirak etmək istəyər. Amma yəqin ki, ölkə başçısının, partiyamızın sədrinin mövqeyi həlledici olacaq. Güman ki, partiya sədri gəncliyə üstünlük verəcək”. Siyahıda adının olmayacağı və ya YAP-la razılaşdırılmayacağı halda N.Məmmədov seçkiyə qatılacaqmı? Cavabı belə oldu: “Siyahıya salsalar da, salmasalar da bunun seçimimə aidiyyəti yoxdur. Onsuz da namizədliyimi verəcəyəm. Konkret siyahı namizədlər formalaşdırılandan sonra ortaya çıxa bilər”.
YAP-ın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı S.Novruzovun fikirlərini bölüşdü: “Təbii ki, hər bir partiya dəstəklədiyi deputatın fəaliyyətinin yekununda ondan hesabat tələb edir. Eləcə də seçiciləri. Bu, anormal olar ki, partiyanın dəstəyini almış, onun resurslarından yararlanmış şəxs fəaliyyəti dövründə partiyanın etimadını doğrultmasın. Ona görə də hesabat məsələsinə normal yanaşıram. Özü də bu, təkcə YAP-da olmayıb. Elə Müsavatdan və ya digər partiyalardan olan deputatların tərkibində də müəyyən dəyişikliklər olub. Ona görə də Siyavuş Novruzovun fikrinə müsbət yanaşıram”. M.İbrahimqızı parlamentin tərkibində dəyişiklik olacağına şübhə etmir: “Demokratik inkişaf yolu ilə gedən bütün ölkələrdə hər parlament seçkisində parlamentin müəyyən hissəsi tərkibini dəyişir, təzələnmə olur. Bu, normal şeydir”. Xanım deputat bu dəfə ortaya iddia qoyub-qoymayacağı barədə bunu dedi: “Mən müstəqil namizəd olaraq parlamenti təmsil etmirəm. İstər 2000-ci, istərsə də 2005-ci ildə namizədliyimi mənsub olduğum partiya müəyyənləşdirib. Biz partiya rəhbərliyinin əsgəriyik. Hara desələr, ora getmək borcumuzdur”. E.PAŞASOY 2208 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|