13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜXALİFƏTİN SEÇKİDƏ ƏN CİDDİ PROBLEMİ - PUL

2010-03-08

Partiyaların maliyyə durumu normal kampaniya aparmağa imkan vermir

Siyasi partiyalar parlament seçkilərinə hazırlıq işlərini sürətləndiriblər. Artıq bir sıra müxalifət partiyaları deputatlığa namizədlərinin ilkin siyahısını da hazırlayıblar. Müxalifətin ən ciddi problemlərindən biri isə maliyyə çatışmazlığıdır. Partiyaların rəhbərliyi də seçkilərə sərf etmək üçün maliyyə resurslarının olmadığını bildirirlər.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı maliyyə vəziyyətinin ürəkaçan olmadığını bildirir. Onun sözlərinə görə, Müsavatın maliyyə durumu acınacaqlıdır: “Partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi hələ öz həllini tapmadığından bu, bizim üçün problem olaraq qalır”.
A.Hacılı maliyyə ehtiyatları olmadan seçki kampaniyasında ciddi uğur qazanmağın mümkün olmadığını qeyd etdi: “Ona görə də seçkiyə qalan dövr ərzində maliyyə ehtiyatları əldə etməyə çalışacağıq. İlk növbədə seçkidə iştirak edəcək namizədlər də imkanlarını səfərbər etməlidir”.
KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da partiyanın maliyyə imkanlarının yetərli olmadığını bildirdi. Onun dediyinə görə, KXCP-nin maliyyə vəziyyəti yaxşı olmadığından maliyyə məsələsi namizədlərin üzərinə qoyulacaq: “Namizədlər seçki kampaniyasının maliyyə tərəfini özləri həll edəcək. Əslində bundan əvvəlki seçkilərdə də belə olub”.
X.Teyyublu deyib ki, namizədlərə dövlət büdcəsindən də maliyyə ayrılmalıdır.
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov milli.az-a açıqlamasında hələlik seçkiylə bağlı maliyyə məsələsinin müzakirə mövzusu olmadığını bildirib: “Amma ümumilikdə ADP-də maliyyə vəziyyəti yaxşı deyil. Ən azından əsas rəqibimiz olan iqtidar partiyası ilə maliyyə baxımından rəqabət aparmaq imkanında deyilik”.
H.Rüstəmov vurğulayıb ki, seçki dövründə maliyyə azlığını digər vasitələrlə kompensasiya edəcəklər: “Biz çalışaçağıq ki, parlament seçkisində namizədlərin kampaniyasını minimum maliyyə ilə aparaq. Maliyyə boşluğunu isə siyasi çevikliyimiz və aktivliyimizlə kompensasiya edəcəyik”.

ETİBAR

618 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

ARXIV

Yeni MÜSAVAT © 2008