12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

YENİ BİRLİK FORMATI ORTAYA ÇIXIB

2010-03-10

Sərdar Cəlaloğlu: “Müsavat Partiyası özü istəmirsə, biz onu zorla birliyə gətirə bilmərik”

“Biz blok yaratmaq istiqamətində praktiki addımlar atmağa başlamamışıq ki, həmin addımların da nəticəsiz olduğunu bildirək və prosesə son qoyaq. Bir variant alınmırsa, orada ilişib qalan deyilik”. Bu barədə ADP sədri Sərdar Cəlaloğlu müxalifətin birliyi məsələsinə nöqtə qoyulduğu haqda deyilənlərə münasibət bildirərkən söylədi. Başqa variant üzərində işlədiklərini qeyd edən ADP sədri birlik məsələsinin gündəmin bir nömrəli məsələsi olduğunu vurğuladı.

ADP-"Azadlıq" bloku-Ümid Partiyası formatında seçki blokunun yaradılacağı haqda yayılan məlumatların nə dərəcədə doğru olmasına gəlincə, S.Cəlaloğlu bildirdi ki, bu format mümkün variantlardan biridir: “Bu, əslində ən müvəffəqiyyətli variantlardan biridir. Çünki həmin partiyaları diqqətlə təhlil edəndə görünür ki, onların iştirakı ilə Azərbaycanın bütün regional elektoratını özündə cəmləşdirən blok alınar. Bu formatda birlik, yaranacağı halda, müxalifətin əsas güc mərkəzlərindən biri olacaq”.
Müsavatsız birliyin nə dərəcədə güclü olacağı məsələsinə gəlincə, S.Cəlaloğlu qeyd etdi ki, Müsavat özü-özünü kənarda saxlayır: “Müsavat Partiyası özü istəmirsə, biz onu zorla birliyə gətirə bilmərik. Müsavatı kənarda biz yox, özü qoyur. Müsavat potensial birləşəcəyi qüvvələrə qarşı şərt, ittihamlar irəli sürür. Belə bir situasiyada biz istəsək də Müsavatla həmin qüvvələrin birliyinə nail ola bilməyəcəyik. Müsavat özü bu cür xətt seçib. Görünür, bu cür yol getmək onlar üçün daha məqsədəmüvafiqdir”.

Etibar SEYİDAĞA

798 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008