12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜSAVAT- AXCP BİRLİYİ BAŞ TUTMADI

2010-03-10

Arif Hacılı: “AXCP başqa mövqe tutdu”

Müsavat başqanı İsa Qəmbərin Müsavat-AXCP-KXCP birliyinin yaradılması təklifinə AXCP-nin müsbət cavab verməməsi sözügedən formatda birliyin yaranmayacağını deməyə əsas verir. Son vaxtlar AXCP rəhbərliyinə daxil olan şəxslərin Müsavata qarşı fikirlər səsləndirməsi və Əli Kərimliyə yaxın “Azadlıq” qəzetində İsa Qəmbərin əleyhinə kəskin yazılar dərc olunması isə belə qənaət yaradır ki, artıq birliyin reallaşmasını gözləməyə dəyməz.

Arif HacılıArtıq Müsavat Partiyası da bu formatda birliyin reallaşma perspektivinə inanmır. Bu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının “Yeni Müsavat”a açıqlamalarından da görünür. A.Hacılı bildirdi ki, Müsavat Partiyası ilə AXCP-nin birliyi istiqamətində müzakirələrin getməsi mövzusu şişirdilirdi. Belə bir birliyin yaranması ideyası, sadəcə olaraq, Müsavat Partiyası rəhbərliyinin məramı kimi ortalığa çıxıb: “Biz Rəsulzadə-Elçibəy yoluna bağlı olan siyasi qüvvələrin nüvəsini təşkil etdiyi birliyin yaradılmasını məqsədəuyğun hesab etdiyimizi açıqlamışıq. Eyni zamanda hesab edirik ki, belə bir nüvə Müsavat, AXCP və KXCP-dən ibarət yaradıla bilər. Ancaq açığı belə birliyin yaradılması istiqamətində hansısa konkret fəallıq göstərilməyib. AXCP tərəfindən verilən açıqlamalar onu göstərdi ki, onlar daha çox ”Azadlıq" bloku tərkibində, həmin blokla birgə fəaliyyət göstərməyə üstünlük verirlər. Biz də onların bu mövqeyinə hörmətlə yanaşırıq. “Azadlıq” bloku xeyli müddətdir ki, fəaliyyət göstərən blokudur. Görünür, AXCP rəhbərliyi hesab edir ki, bu blokun bundan sonra da fəaliyyəti daha səmərəlidir. Halbuki bizim irəli sürdüyümüz təklif heç də “Azadlıq” blokunun bundan sonra da özünü qoruyub saxlamasını istisna etmirdi. Yəni AXCP Müsavat Partiyası ilə əməkdaşlıq və müttəfiqlik münasibətləri qura, eyni zamanda “Azadlıq” bloku tərkibində də fəaliyyətini davam etdirə bilərdi. Ancaq bu təşkilat başqa mövqe tutdu".
“AXCP ilə birlik baş tutmadı, KXCP -Müsavat birliyi reallaşa bilərmi” sualına A.Hacılı belə cavab verdi: “Rəsulzadə-Elçibəy yoluna bağlı siyasi qüvvələr dedikdə burada, məsələn, ya Müsavat Partiyası, ya AXCP yoxdursa, bu birliyi tam birlik kimi qəbul etmək çətindir. Bu baxımdan hesab etmirəm ki, Müsavatla KXCP-nin bloku bütövlükdə Rəsulzadə-Elçibəy yoluna bağlı olan siyasi qüvvələrin birliyi kimi qavranıla bilər. Ona görə də Müsavat-KXCP birliyi mövzusu o qədər də aktuallıq kəsb etmir”.

Etibar SEYİDAĞA

787 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008