|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma ”erməni soyqırımı" ilə bağlı qərarın qəbulu ilə bağlı Amerikanın Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirmək məsələsi gündəlikdə deyil". Bu fikirləri Müsavat başqanının müavini Arzu Səmədbəyli bildirdi. Onun sözlərinə görə, partiyanın məsələ ilə bağlı açıqlaması olub və partiya başqanı İsa Qəmbər mətbuatda mövqeyini ifadə edib. Eyni zamanda Müsavat deputat qrupu parlamentdə mövqeyini açıqlayıb: “Biz bu hadisəyə öz fikrimizi dərhal bildirdik. Amma konkret olaraq hansısa siyasi aksiyanın hazırlanması ilə bağlı qərar yoxdur. Hillari Klintonun və Ağ Evin sözçüsünün mövqeyindən belə bəlli olur ki, bu məsələ səsverməyə çıxarılmayacaq. Fikrimizcə, prezident Obama da bu məsələnin Nümayəndələr Palatasının gündəliyinə çıxarılmasında maraqlı olmayacaq”. Bununla belə, A.Səmədbəyli prosesi diqqətdə saxlamağı zəruri sayır: “Türkiyə rəhbərliyi haqlı olaraq kifayət qədər prinsipial və Amerikaya təpkili davranış sərgilədi. Bizim borcumuzdur ki, bu məsələdə Türkiyənin yanında olaq və eyni qərarlar qəbul edək”. Cavid TURAN 454 dəfə baxılıb
|
[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB” [13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR... [13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB [13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR? [13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ [13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ |
| Yeni MÜSAVAT © 2008 |
|