|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
"Müsavat-AXCP arasında seçki əməkdaşlığının tap qapandığını demək olmaz."Bu sözləri Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər Milli.Az xəbər portalına açıqlamasında bildirib. S.Əkbərin sözlərinə görə, Müsavat Partiyası Divanının bu gün keçirilən növbədənkənar toplantısının iclasında seçkiqabağı şəraitin demokratikləşməsi, optimal birlik və əməkdaşlıq formalarının axtarılıb tapılması kimi məsələlər bir daha müzakirə olunub: "Məsləhətləşmələrimiz davam edəcək. Bildiyiniz kimi, Demokratiya Uğrunda İttifaqla (DUİ) müzakirələrimiz gündəmdədir. Çox istərdik ki, AXCP də bu müzakirələrdə iştirak etsin. Biz real müxalifətin birliyinin tərəfdarıyıq. Bu baxımdan Müsavat-AXCP əməkdaşlığının tam qapandığını düşünmürəm". Ümid, ADP və Azadlıq blokunun mümkün koalisiyası haqqında mətbuata sızan məlumatları şərh edən S.Əkbər müxalifətin seçkiyə bir neçə blokda getməsinin arzu olunan hal olmadığını bildirib: "Bu məsələdə partiyamızın mövqeyi aydındır və aylardır ki, fikirlərimizi ifadə edirik. Biz nüvəsində Müsavat, AXCP və KXCP-nin durduğu, Rəsulzadə-Elçibəy yoluna sadiq olan bütün demokratik qüvvələrin- partiyaların, ictimai birliklərin, ziyalıların birləşməsinin tərəfdarıyıq. Niyyətimiz hələ də dəyişməyib". S.Əkbər hər dəfə seçki ərəfəsində müxalifətin birlik formatı axtarışına çıxmasını yanlış hesab edənlərin də fikrinə münasibət bildirib: "Bu fikrin özü yanlışdır. Çoxpartiyalı sistem olan bütün ölkələrdə seçki öncəsi müxtəlif koalisiyaların yaranması adi haldır. Azərbaycanda isə seçkinin nəticələrindən əvvəl demokratik şəraitin yaradılması da gündəmdədir. Bu məsələ bütün demokratik qüvvələrin ortaq marağında olduğuna görə, birlik və əməkdaşlıq məsələsi də aktualdır. Adətən parlament tipli ölkələrdə partiyaların koalisiyası seçkidən əvvəl deyil, sonra gündəmə gəlir. Çünki bəzən təkbaşına hansısa partiyanın hökümət qurması mümkün olmur. Amma bu gün Azərbaycan gerçəkliyi yalnız siyasi partiyaların deyil, bütün demokratik qüvvələrin bir araya gəlməsini tələb edir". Sülhəddin Əkbər sonda onu da vurğulayıb ki, demokratik qüvvələr bir araya gələrək seçki qabağı situasiyanın demokratikləşməsinə nail olmasalar, seçkidə də ciddi nəticələr qazana bilməzlər.
694 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR |
| Yeni MÜSAVAT © 2008 |
|