13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

AMİP-dən “AZADLIQ” BLOKUNA SƏRT İTTİHAMLAR

2010-03-11

“Onların ipi hakimiyyətdəki müxtəlif qrupların əlindədir”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ölkədə uğurlu, normal seçki blokunun yaranmasını mümkün hesab etmir. Ona görə də parlament seçkilərində təkbaşına iştirakla bağlı qərar verib. Bu barədə AMİP katibi Əli Orucov əməkdaşımızla söhbətində bildirib.

Ə.Orucov qeyd edib ki, seçkidə təkbaşına iştirak qərarı vermələri müxalifət düşərgəsindən kənarda qalmaq kimi başa düşülməməlidir. Nəticəsi olmayan birlik müzakirələrinin mediaya çıxarılmasının tərəfdarı olmadıqlarını söyləyən AMİP katibi hesab edir ki, müzakirələrin nəticəsi xəbər olaraq ictimaiyyətə çatdırılmalıdır: “Bir sıra partiyalar isə əksini edir. Nəticə olmamış müəyyən açıqlamalarla çıxış edirlər. Sonda isə heç bir nəticə olmur, cəmiyyətdə ruh düşkünlüyü daha da dərinləşir və xəyal qırıqlığı yaşanır”.
Ə.Orucov AMİP-in birlik istiqamətində müzakirələrə qatılmamasının, seçkiyə təkbaşına getmək qərarının həm də bəzi müxalifət partiyalarına inamının yoxluğu ilə bağlı olduğunu bildirdi: “Həmin partiyalarla seçkiyə bir yerdə getmək özünü aldatmaq olardı. Çünki həmin partiyalar müttəfiqini yarı yolda qoymaq təcrübəsinə malikdir. İmzalarına hörmət etmirlər. Bu sıraya AXCP-ni və onun daxil olduğu ”Azadlıq" blokunu daxil etmək olar. AMİP “Azadlıq” blokunun olduğu birlikdə təmsil olunmaz. AXCP atdığı imzaya, verdiyi vədə sadiq təşkilat deyil. Bu partiya əslində müxalifətin birliyində də maraqlı deyil. Belə partiyalarla bir yerdə olmaq məsələsinə həssaslıqla yanaşırıq. AMİP hansısa birliyə ölçüb-biçmədən, gözüyumulu qatılmağı zərərli hesab edir".
Ə.Orucov müxalifətin geniş koalisiyasının yaranacağına inanmamalarını həm də partiyalar arasında gərginliyin hökm sürməsi ilə əsaslandırdı: “Birlik istədiyini bəyan edən liderlər arasında münasibətlər soyuqdur. Onlar bir-birinə inanmır. Bir-birinə şübhə ilə yanaşır. Belə bir şəraitdə normal, effektli birliyin yaranması mümkün deyil”.
AMİP yetkilisinin fikrincə, perspektivli koalisiyanın yaranmasını mümkünsüz edən daha bir faktor bir çox partiyaların ipinin öz əllərində olmamasıdır: “Onların ipi hakimiyyətdəki müxtəlif qrupların və ölkə xaricində bəzi dairələrin əlində olduğundan müstəqil qərarlar verə bilmirlər. Yeri gəlmişkən, açığı, mən Liberal Partiya rəhbərliyinin Müsavat başqanı İsa Qəmbərin ad çəkmədən səsləndirdiyi məlum bəyanata o cür kəskin reaksiyalar verməsindən şübhələndim. Bu günə qədər də məndə sual yaranıb ki, niyə məhz Liberal Partiyanın rəhbərliyi İsa Qəmbərin bəyanatını öz üzərinə çəkdi. Axı İsa bəy ad çəkməmişdi. Adamdan soruşarlar ki, sənin adını çəkilməyib, o zaman nədən bu qədər narahatsan. Başqa partiyalar niyə o cür reaksiya vermədi? Liberal Partiyanın rəhbərliyinin İsa Qəmbərin bəyanatına o cür reaksiyası ”qarğa, məndə qoz var" deyimini xatırlatdı".

Etibar SEYİDAĞA

601 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008